Müqəddəs Kitabı nəyə görə oxumaq lazımdır?
MÜQƏDDƏS KITAB müqayisəedilməz kitabdır. Bu kitaba Allahın məhəbbətlə dolu rəhbərliyi daxildir (1 Saloniklilərə 2:13). Müqəddəs Kitabın məsləhətlərinə riayət etmək sizə böyük fayda gətirəcək. Bundan əlavə, Allaha olan məhəbbətiniz artacaq və “hər bir yaxşı bəxşiş və hər kamil hədiyyə”ni Bəxş edənə yaxınlaşmaq imkanınız olacaq (Yaqub 1:17). Siz Ona duada necə müraciət etməyi öyrənəcək, çətin anlarınızda isə Onun köməyini duyacaqsınız. Allahın Müqəddəs Kitabda göstərilən normalarını həyatınızda tətbiq etsəniz, Allah sizə əbədi həyat bəxş edəcəkdir (Romalılara 6:23).
Müqəddəs Kitabda bir çox sualları işıqlandıran həqiqətlər var. Bu kitabdakı biliklər, milyonlarla insanları kölə etmiş yanlış təsəvvürlərdən azad edir. Məsələn, can haqqında həqiqəti öyrəndikdə, ölülərin bizə hansısa bir ziyan vurmaları və ölən əzizlərimizin əzab çəkmələri haqda yanlış təsəvvürlərdən azad oluruq (Hezekiel 18:4). Müqəddəs Kitabın dirilmə haqqında verdiyi tə’lim, yaxınlarını itirən kəslərə təsəlli verir (Yəhya 11:25). Pis mələklər haqqında həqiqəti öyrəndikdə isə, spiritizmin törətdiyi təhlükələrdən qaçınır və dünyada mövcud olan iztirabların səbəbini anlayırıq.
Allah tərəfindən verilmiş Müqəddəs Kitab prinsipləri, fiziki rifahımıza kömək edən həyat tərzi sürməyi öyrədir. Məsələn, “təmkinli” olmaq sağlamlığı qorumağa kömək edir (1 Timoteyə 3:2). “Özümüzü hər bir bədən və ruh murdarlığından təmizləyərək” bir çox xəstəliklərdən qorunmuş oluruq (2 Korinflilərə 7:1). Allahın Müqəddəs Kitabda verdiyi məsləhətlər həmçinin nikahda xoşbəxtliyə nail olmağa və özünə hörmət hissi duymağa kömək edəcəkdir (1 Korinflilərə 6:18).
Allahın Kəlamına müvafiq yaşayaraq daha xoşbəxt olacaqsınız. Müqəddəs Kitab bilikləri bizə həyatda məmnunluq və rahatlıq hissi duymağa, həmçinin ümid əldə etməyə kömək edir. Bundan əlavə, Allah haqqında bilik məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq kimi cəlbedici keyfiyyətlər inkişaf etdirməyə kömək edir (Efeslilərə 4:24, 32; Qalatiyalılara 5:22, 23). Bu keyfiyyətlərin sayəsində biz daha yaxşı həyat yoldaşı, valideyn və övlad ola bilərik.
Gələcək haqqında heç düşünmüsünüzmü? Müqəddəs Kitabın peyğəmbərliyinə əsasən biz tarixin xüsusi dövrünü yaşayırıq. Müqəddəs Kitabda, yalnız müasir dünyada hökm sürən vəziyyət deyil, həm də Allahın tezliklə yeri gözəl cənnətə çevirmək niyyəti haqqında da bəhs olunur (Vəhy 21:3, 4).
Müqəddəs Kitabı anlamaqda kömək
Bəlkə də siz, Müqəddəs Kitabı oxumağa cəhd göstərmiş, amma onu anlamağın bir o qədər də asan olmadığını müəyyən etmişsiniz. Ola bilsin ki, suallarınıza Müqəddəs Kitabın hansı hissəsindən cavab tapacağınızı bilmirsiniz. Bu cür çətinliklərlə çoxları üzləşir. Allahın Kəlamını anlamaq üçün hər birimizin köməyə ehtiyacı var. Yehovanın Şahidləri 235 ölkədə milyonlarla insanlara Müqəddəs Kitabı pulsuz olaraq öyrənməkdə kömək edirlər. Onlar böyük məmnuniyyətlə sizə də kömək etməyə hazırdırlar.
Müqəddəs Kitabı, əsas tə’limlərindən başlayaraq ardıcıl surətdə öyrənmək daha çox fayda gətirir (İbranilərə 6:1). Belə olduqda, vaxtilə “qüvvətli yeməyi”, yə’ni daha dərin həqiqətləri qəbul etmək sizə asan olacaq (İbranilərə 5:14). Məqsəd, ilk növbədə Müqəddəs Kitabı öyrənməkdir, ona əsaslanan nəşrlər isə, məsələn, “Allah bizdən nə tələb edir?” broşürası, müxtəlif mövzuları açıqlayan Müqəddəs Kitab ayələrini anlamaqda kömək edir.
Müqəddəs Kitabı daha yaxşı anlamaq üçün hər həftə vaxt ayırmağa hazırsınızmı?
Müqəddəs Kitabı sizə rahat olan yerdə və münasib vaxtda öyrənmək imkanınız var. Çoxları öz evlərində məşğul olurlar. Başqaları isə telefon vasitəsilə. Bir qayda olaraq məşğələlər fərdi keçirilir. Bu zaman, həmin adamın şəraiti, onun təhsili və bilik səviyyəsi mütləq nəzərə alınır. Müzakirə rahat və sərbəst şəraitdə keçirilir və heç bir imtahan götürülmür. Belə müzakirələr zamanı sizi maraqlandıran suallara cavab tapacaq və Allaha yaxınlaşmağın necə mümkün olduğunu öyrənəcəksiniz.
Öyrənmə pulsuzdur (Matta 10:8). Öyrənmə, dinindən və şəxsi e’tiqadından asılı olmayaraq hər bir kəsə təklif olunur. Ən başlıcası odur ki, Allahın Kəlamı haqqındakı biliklərini artırmağa onlarda səmimi istək olsun.
Müzakirələrdə kimlər iştirak edə bilər? Bütün ailə üzvləriniz. Sizinlə birlikdə iştirak etmələrini istədiyiniz dostlarınız. Amma əgər arzu edirsinizsə, öyrənmə sizinlə fərdi keçiriləcək.
Bir çoxları Müqəddəs Kitabı öyrənmək üçün həftədə bir saat vaxt sərf edirlər. Əgər bundan az və ya çox vaxt ayırmaq imkanınız varsa, Şahidlər sizin şəraitinizə uyğunlaşmağa çalışacaqlar.
Öyrənməyə də’vət
Biz sizə, Yehovanın Şahidlərinə müraciət etməyi təklif edirik. Bunun üçün aşağıda göstərilən ünvanlardan birinə yaza bilərsiniz. Biz qayğı göstərəcəyik ki, Yehovanın Şahidlərindən biri, evdə Müqəddəs Kitabı pulsuz öyrənməkdə sizə kömək etsin.