Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp16 №  4 s. 14—15
  • Müqəddəs Kitab vasitəsilə imanınızı yoxlayın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitab vasitəsilə imanınızı yoxlayın
  • Gözətçi qülləsi (kütləvi) 2016
  • Başlıqlar
  • Oxşar material
  • NECƏ YOXLAYA BİLƏRİK?
  • Allahın Padşahlığı nədir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Allahın Padşahlığı
    Müqəddəs Kitab təlimləri
  • İsa Məsih haqqında həqiqət
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Məsihçilər ruhən və həqiqətən ibadət edirlər
    Gözətçi qülləsi 2002
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2016
wp16 №  4 s. 14—15

Müqəddəs Kitab vasitəsilə imanınızı yoxlayın

OLA BİLSİN siz Xristian dininə mənsubsunuz. Ümumilikdə bütün dünyada hər üç nəfərdən biri xristiandır. Xristian dininin bu gün minlərlə məzhəbi var və bu məzhəblərin bir-birinə zidd təlim və baxışları mövcuddur. Buna görə də çox ehtimal ki, sizin də inanclarınız digər xristianların inanclarından fərqlənir. Bəs nəyə inandığınız vacibdir? Əlbəttə! Əgər siz Allahı razı salan tərzdə ibadət etmək istəyirsinizsə, nəyə inandığınızı bilməlisiniz.

İsa Məsihin birinci əsrdəki davamçıları «məsihi» kimi tanınırdılar (Həvarilərin işləri 11:26). Onun ilk davamçıları cürbəcür məzhəblərə bölünmədiklərinə görə onları ayırd etmək üçün müxtəlif adlara ehtiyac yox idi. Bu insanlar İsa Məsihin təlim və göstərişlərini yekdilliklə qəbul edirdilər. Bəs sizin mənsub olduğunuz kilsə haqda nə demək olar? Orada deyilənlər Məsihin öyrətdiyi və onun ilk davamçılarının qəbul etdiyi təlimlərlə üst-üstə düşür? Bunu necə bilə bilərsiniz? Yeganə yol imanınızı Müqəddəs Kitabda yazılanlarla yoxlamaqdır.

Bildiyimiz kimi, İsa Məsih Müqəddəs Kitabı Allahın Kəlamı hesab edir, orada yazılanları əziz tuturdu. O, insan ənənələrinə üstünlük verən və Müqəddəs Kitab təlimlərini heçə endirən insanlardan narazı idi (Mark 7:9—13). Buna əsasən, İsa Məsihin əsil davamçısı da inanclarını Müqəddəs Kitaba əsaslandırmalıdır. Odur ki, özünü İsanın davamçısı sayan hər kəs düşünməlidir: «Mənsub olduğum dinin təlimləri Müqəddəs Kitabla üst-üstə düşür?» Bu suala cavab tapmaq üçün məsləhət görürük ki, dininizin öyrətdiklərinə Allahın Kəlamının işığında baxasınız.

İsa Məsih demişdi ki, biz «həqiqətə uyğun» ibadət etməliyik. Həqiqət isə Müqəddəs Kitabdadır (Yəhya 4:24; 17:17). Həvari Bulus da demişdi ki, xilasımız «həqiqət barəsində dəqiq biliyə» yiyələnməyimizdən asılıdır (1 Timutiyə 2:4). Buna görə vacibdir ki, inandığımız şeylərin əsasını Müqəddəs Kitab təşkil etsin. Əks halda, xilas olmağımız sual altında ola bilər!

NECƏ YOXLAYA BİLƏRİK?

Təklif edirik ki, çərçivədəki altı sualı oxuyub Müqəddəs Kitabın bu suallara verdiyi cavaba fikir verəsiniz. Həmçinin sitat gətirilən ayələri oxuyub üzərində düşünün. Özünüzə sual verin: «Dinimin öyrətdikləri Müqəddəs Kitabda yazılanlara uyğun gəlir?»

Bu yolla siz Müqəddəs Kitab vasitəsilə imanınızı yoxlamış olacaqsınız. Bəs dininizin öyrətdikləri digər təlimlərin də Müqəddəs Kitabda yazılanlara uyğun gəlib-gəlmədiyini yoxlamaq istəyərdiniz? Yehovanın Şahidləri bu sahədə sizə böyük məmnuniyyətlə kömək edərlər. Müqəddəs Kitabı pulsuz öyrənmək üçün onlara müraciət edin. Bundan əlavə, Yehovanın Şahidlərinin rəsmi saytı olan jw.org saytını ziyarət edə bilərsiniz.

1 SUAL: Həqiqi Allah kimdir?

CAVAB: Yalnız bir həqiqi Allah var. Onun adı Yehovadır. O, yeri və göyü yaradan tək Allahdır.

MÜQƏDDƏS KİTABDA YAZILIB:

«Sizin üçün hər dəfə dua edəndə Allaha, Ağamız İsa Məsihin Atasına şükür edirik» (Koloslulara 1:3).

«Allahımız Yehova, Sən şana, şərəfə, qüdrətə layiqsən! Çünki hər şeyin yaradanı Sənsən» (Vəhy 4:11).

Həmçinin Romalılara 10:13; 1 Timutiyə 1:17 ayələrinə baxın.

2 SUAL: İsa Məsih kimdir?

CAVAB: İsa Məsih Allah tərəfindən yaradılmış ilk varlıqdır. Elə buna görə də o, Allahın oğlu adlanır. İsa yaradıldığı üçün başlanğıcı var. İsa Allaha tabedir və Onun iradəsinə boyun əyir.

MÜQƏDDƏS KİTABDA YAZILIB:

«Ata məndən üstündür» (Yəhya 14:28).

«[İsa Məsih] gözəgörünməz Allahın bənzəri, bütün xilqətin ilkidir» (Koloslulara 1:15).

Həmçinin Mətta 26:39; 1 Korinflilərə 15:28 ayələrinə baxın.

3 SUAL: Müqəddəs ruh nədir?

CAVAB: İstəyini həyata keçirmək üçün Allahın istifadə etdiyi qüvvədir. Müqəddəs ruh şəxsiyyət deyil. İnsan müqəddəs ruhla dola bilər və ya ondan güc ala bilər.

MÜQƏDDƏS KİTABDA YAZILIB:

«İlsəba Məryəmin salamını eşidəndə bətnindəki uşaq tərpəndi. İlsəba müqəddəs ruhla doldu» (Luka 1:41).

«Müqəddəs ruh üzərinizə gələndə siz qüvvət alacaqsınız» (Həvarilərin işləri 1:8).

Həmçinin Yaradılış 1:2; Həvarilərin işləri 2:1—4; 10:38 ayələrinə baxın.

4 SUAL: Allahın Padşahlığı nədir?

CAVAB: Allahın göydə qurduğu hökumətdir. Allah İsa Məsihi bu hökumətin padşahı təyin edib. Tezliklə Allahın Padşahlığı Allahın iradəsini yer üzündə yerinə yetirəcək.

MÜQƏDDƏS KİTABDA YAZILIB:

«Yeddinci mələk kərənayını çaldı. Bu zaman göydə gur səslər eşidildi: “Dünya üzərində padşahlıq indi Rəbbimizə və Onun Məsihinə məxsusdur. Rəbbimiz əbədiyyət boyu padşahlıq edəcək!”» (Vəhy 11:15).

Həmçinin Dənyal 2:44; Mətta 6:9, 10 ayələrinə baxın.

5 SUAL: Yaxşı insanların hamısı göyə qalxır?

CAVAB: Xeyr. Allah göydə yaşamaq üçün məhdud sayda sadiq insan seçib. Onlar «kiçik sürü» adlanır. Onlar İsa Məsihlə birgə bəşəriyyəti idarə edəcək.

MÜQƏDDƏS KİTABDA YAZILIB:

«Qorxma, kiçik sürü, çünki Atanız Padşahlığı sizə verməyi məsləhət bildi» (Luka 12:32).

«Onlar Allahın və Məsihin kahinləri olacaq və min il ərzində Məsihlə birlikdə padşahlıq edəcəklər» (Vəhy 20:6).

Həmçinin Vəhy 14:1, 3 ayələrinə baxın.

6 SUAL: Allahın bəşəriyyətə və yer üzünə dair hansı niyyəti var?

CAVAB: Allahın Padşahlığının hakimiyyəti altında yer kürəsi Cənnətə çevriləcək. Allaha sadiq qalan bütün insanların mükəmməl sağlamlığı, əbədi həyatı və əmin-amanlığı olacaq.

MÜQƏDDƏS KİTABDA YAZILIB:

«Həlimlər yer üzünə sahib olacaq, əmin-amanlığın bolluğundan həzz alacaqlar» (Zəbur 37:10, 11).

«O, onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:3, 4).

Həmçinin Zəbur 37:29; 2 Butrus 3:13 ayələrinə baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş