Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp17 №  1 s. 5—6
  • Mütaliəni maraqlı edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Mütaliəni maraqlı edin
  • Gözətçi qülləsi (kütləvi) 2017
  • Oxşar material
  • Fəsillər və ayələr. Bu bölgü nə vaxtdan yaranıb?
    Gözətçi qülləsi (kütləvi) 2016
  • Mütaliə üçün tövsiyə
    Gözətçi qülləsi 2023
  • Müqəddəs Kitabı oxumaqdan zövq alın
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • “Məhz buna ehtiyacım vardı”
    Gözətçi qülləsi 2003
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2017
wp17 №  1 s. 5—6
Bir qadın Müqəddəs Kitabı mütaliə edərkən əlavə vasitələrdən də istifadə edir

ÜZ QABIĞINDAKI MÖVZU | MÜQƏDDƏS KİTABI OXUMAĞIN HANSI FAYDASI VAR?

Mütaliəni maraqlı edin

Bu kitabı oxumaq maraqlıdır, yoxsa darıxdırıcı? Hər şey sizin onu necə oxumağınızdan asılıdır. Gəlin görək Müqəddəs Kitabı oxumağı maraqlı etmək üçün nə etmək olar.

Etibarlı və müasir tərcümə seçin. Əgər oxuduğunuz Müqəddəs Kitab çətin başa düşüləndirsə və ya bilmədiyiniz sözlərlə doludursa, onda onu oxumaq sizin üçün cansıxıcı olacaq. Buna görə də çalışın rahat başa düşülən, eyni zamanda dəqiq tərcümə olunmuş Müqəddəs Kitabı oxuyasınıza.

Müasir texnologiyadan istifadə edin. Bizim dövrümüzdə Müqəddəs Kitab nəinki çap formada, həmçinin elektron formatda da mövcuddur. Siz Müqəddəs Kitabın bəzi tərcümələrini onlayn şəkildə oxuya bilərsiniz. Bu kitabı həmçinin kompüterinizə, planşetinizə və ya telefonunuza yükləyə bilərsiniz. Müqəddəs Kitabın bəzi tərcümələrində elə imkanlar var ki, onların vasitəsilə oxuduğunuz ayələrlə əlaqəli olan digər ayələri tapa bilərsiniz. Oxuduğunuz ayələri həmçinin digər tərcümələrlə də müqayisə edə bilərsiniz. Oxumaqdan çox dinləməyi sevənlər Müqəddəs Kitabın bir çox dillərdə olan audio formatını yükləyə bilərlər. Əksər insanlar ictimai nəqliyyatda gedərkən və qulaq asmağa imkan verən digər işlərlə məşğul olarkən Müqəddəs Kitabın qiraətinə qulaq asırlar. Siz də öz vəziyyətinizə uyğun üsul seçə bilərsiniz.

Əlavə vəsaitlərdən istifadə edin. Araşdırma aparmaq üçün olan vəsaitlərin köməyi ilə siz oxuduqlarınızdan tam fayda əldə edəcəksiniz. Bu vəsaitlərdən biri Müqəddəs Kitabda adı çəkilən ölkələrin xəritələridir. Onların vasitəsilə oxuduğunuz hadisənin harada baş verdiyini öyrənə və məlumatı daha yaxşı başa düşə bilərsiniz. Bundan başqa, nəşrlərimizdəki, həmçinin jw.org saytının «Müqəddəs Yazıların təlimləri» bölməsindəki məqalələr sizə Müqəddəs Kitab ayələrinin mənasını anlamağa kömək edə bilər.

Müxtəlif üsullarla oxuyun. Müqəddəs Kitabı başdan sona doğru sıra ilə oxumaq sizin üçün darıxdırıcı gəlirsə, oxumağa sizə maraqlı olan hissədən başlaya bilərsiniz. Əgər siz Müqəddəs Kitabda adı çəkilmiş hansısa insan haqqında ətraflı məlumat almaq istəyirsinizsə, onda onun barəsində olan fəsilləri oxuyun. «Müqəddəs Kitabın dərinliyinə varın. Bu mömin insanları yaxından tanıyın» çərçivəsində buna dair nümunələr var. Həmçinin Müqəddəs Kitabı mövzu üzrə və ya xronoloji ardıcıllıqla oxumaq olar. İstədiyiniz üsulu seçə bilərsiniz.

a Çoxları Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin dəqiq, etibarlı və asan başa düşülən olduğunu görmüşlər. Bu kitab Yehovanın Şahidləri tərəfindən dərc olunub və 130-dan çox dildə var. Siz bu kitabın elektron variantını jw.org saytından və ya «JW Library» proqramından yükləyə bilərsiniz. Əgər istəsəniz, Yehovanın Şahidləri bu kitabın çap variantını sizə verə bilərlər.

MÜQƏDDƏS KİTABIN DƏRİNLİYİNƏ VARIN. BU MÖMİN İNSANLARI YAXINDAN TANIYIN

Bəzi mömin qadınlar

Abiqayil

1 İşmuil 25-ci fəsil

Əstər

Əstər 2—5 və 7—9-cu fəsillər

Hənnə

1 İşmuil 1 və 2-ci fəsillər

Məryəm

(İsa peyğəmbərin anası) Mətta 1 və 2; Luka 1 və 2-ci fəsillər; həmçinin Yəhya 2:1—12; Həvarilərin işləri 1:12—14; 2:1—4 ayələrinə baxın

Rahab

Yuşə 2 və 6-cı fəsillər; həmçinin İbranilərə 11:30, 31; Yaqub 2:24—26 ayələrinə baxın

Rəfəqə

Yaradılış 24—27-ci fəsillər

Sara

Yaradılış 17, 18, 20, 21, 23-cü fəsillər; həmçinin İbranilərə 11:11; 1 Butrus 3:1—6 ayələrinə baxın

Bəzi mömin kişilər

İbrahim

Yaradılış 11—24-cü fəsillər; həmçinin Yaradılış 25:1—11 ayələrinə baxın

Davud

1 İşmuil 16—30; 2 İşmuil 1—24; 1 Padşahlar 1 və 2-ci fəsillər

İsa Məsih

Məttanın, Markın, Lukanın və Yəhyanın yazdığı müjdə

Musa

Çıxış 2—20, 24, 32—34; Saylar 11—17, 20, 21, 27, 31-ci fəsillər; Qanunun təkrarı 34-cü fəsil

Nuh

Yaradılış 5—9-cu fəsillər

Bulus

Həvarilərin işləri 7—9, 13—28-ci fəsillər

Butrus

Mətta 4, 10, 14, 16, 17, 26; Həvarilərin işləri 1—5, 8—12-ci fəsillər

MÜQƏDDƏS KİTABI ÖYRƏNMƏK ÜÇÜN YEHOVANIN ŞAHİDLƏRİNİN HAZIRLADIĞI VƏSAİTLƏR

  • JW.ORG. Bu saytda, «Müqəddəs Yazılara aid suallara cavab» bölməsi də daxil olmaqla, axtarış aparmaq üçün çoxlu imkanlar var. Saytda həmçinin «JW Library» proqramını yükləmək üçün təlimatlar da var

  • «“Hər Müqəddəs Yazı” doğru və faydalıdır». Bir neçə hissədən ibarət olan bu broşürlər Müqəddəs Kitab bölmələrinin nə zaman, harada və nə məqsədlə yazıldığı haqda məlumat verir, həmçinin hər bölmənin məzmununu xülasə edir

  • «Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?» Bu 32 səhifəlik broşürdə yığcam şəkildə Müqəddəs Kitabın ümumi mövzusu açıqlanır

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş