Suallar Qutusu
● Nəyə görə təbliğçilərin yaşadıqları əraziyə aid olan yığıncaqda xidmət etmələri məsləhət görülür?
Bütün işləri nizamla və teokratik qaydalara uyğun həyata keçirmək olduqca vacibdir. Həvari Pavel yazırdı: «Allah sülh Allahıdır. O, nizamsızlığı sevmir... Qoy hər şey ədəb-ərkanla və nizamla olsun» (1 Kor. 14:33, 40).
Nəqliyyatla bağlı çətinliklər ucbatından, iş qrafikimizə görə və yığıncağa nəzarət işinə köməyə tələbat olduğundan istisna hallar ola bilər. Lakin ümumi götürdükdə, yaşadığımız ərazinin aid olduğu yığıncağa getmək daha düzgündür. Bu, xidmətimizi asanlaşdıracaq, çünki qrupla birgə xidmət etmək üçün uzaq əraziyə getmək lazım gəlməyəcək. Eləcə də bu, yığıncağımızda başqaları ilə əməkdaşlıq etməyə və maraqlananları onlar üçün rahat olan yerə dəvət etməyə əlverişli şərait yaradır. Həmçinin yaxınlıqda yaşayan və çətin anlarda dadımıza çatan bacı-qardaşlarla sıx əlaqədə oluruq.
İtaətkarlıq göstərib müəyyən olunmuş teokratik qaydalara əməl etməklə Padşahlığın maraqlarını birinci yerə qoyduğumuzu göstəririk (Luka 16:10). Yeni yığıncaq təşkil olunanda, ola bilsin, dostlarımızdan ayrı düşmək istəmirik. Lakin görülən tədbirləri dəstəkləsək, yeni dostlar qazana və ünsiyyət dairəmizi genişləndirə bilərik. Bundan əlavə, əgər təbliğçilər öz yığıncaqlarının ərazisində yaşayırlarsa, onda ağsaqqallara ruhani cəhətdən sürünün qayğısına qalmaq və onları möhkəmləndirmək asan olacaq.