Suallar qutusu
◼ Görüşlərimizin bizə daha çox fayda gətirməsi üçün nə edə bilərik?
Bə’ziləri elə düşünə bilərlər ki, yığıncaq görüşlərinin yaxşı keçməsi üçün yalnız ağsaqqallar və xidməti köməkçilər cavabdehdir, çünki bu görüşləri aparan və proqramın bəndlərinin çoxunda iştirak edən onlardır. Əslində isə görüşlərin faydalı və maraqlı keçməsi üçün biz hamımız kömək edə bilərik. Biz növbəti on məsləhətdən istifadə edərək, görüşlərin daha efektli keçməsi üçün kömək edə bilərik.
Qabaqcadan hazırlaş. Yığıncaq görüşlərinə yaxşı hazırlaşanda, bu görüşlər bizim üçün maraqlı olur. Yığıncaqdakıların hamısı hazırlıqlı olanda isə, görüş daha canlı olur və daha çox fayda gətirir. Görüşlərə müntəzəm gəl. Görüşlərə gələnlərin sayı çox olanda, bu, hamını ruhlandırır və görüşə gəlməyin vacib olduğunu dərk etməkdə kömək edir. Vaxtında gəl. Vaxtında yerlərimizə əyləşsək, yığıncaqla birlikdə birinci mahnını ifa edər və duada hamıya qoşula bilərik. Bununla biz görüşdən daha çox fayda əldə edə bilərik. Görüşdə lazım olan hər bir şeyi gətir. Əgər biz özümüzlə Müqəddəs Kitabı və görüş zamanı lazım olan ədəbiyyatı gətiririksə, onda proqramı izləmək və müzakirə olunan materialı daha yaxşı qavramaq imkanımız olacaq. Diqqətini yayındırma. Ön cərgələrdə əyləşsək, ehtimal ki, daha diqqətlə dinləyəcəyik. Pıçıltı və tez-tez ayaqyoluna getmək necə bizi, eləcə də başqalarını yayındıra bilər. İştirak et. Zalda əlini qaldıranların sayı çox olanda və tez-tez şərhlər veriləndə, dinləyicilər daha çox ruhlanır və imanın bu cür ifadə olunmasından qüvvətlənirlər. Qısa şərhlər ver. Bu, bir çoxlarına da iştirak etməyə imkan verər. Verdiyimiz qısa şərhlər öyrənilən material əsasında olmalıdır. Tapşırıqları hazırla. Teokratik Xidmət Məktəbinin və ya xidməti görüşün proqramında iştirak etmək üçün yaxşı hazırlaş. Tapşırığını qabaqcadan məşq et və çıxışını tə’xirə salmamağa çalış. İştirak edənlərin hamısını tə’riflə. Başqalarına onların sə’yinin nə qədər qiymətli olduğunu söylə. Bu onları ruhlandırar və gələcəkdə daha da yaxşı hazırlaşmağa təşviq edən amil olar. Bir-birinizi ruhlandırın. Görüşdən qabaq və sonra deyilən səmimi sözlər və inkişafetdirici söhbətlər bizim daha çox sevinc əldə etməyimizə və yığıncaq görüşlərindən daha çox faydalanmağımıza kömək edəcək.