Beynəlxalq və vilayət konqresləri bizi Allaha izzət verməyə təşviq edir!
Artıq bu vaxta qədər keçirilmiş “Allaha izzət verin” adlı beynəlxalq və vilayət konqresləri insanlar üçün böyük şahidlik olmuşdur. Bu mühüm teokratik hadisələr Yehovanın adını ucaltmış və Onun isminə daha yaxşı izzət verməkdə bizə kömək etmişdir (Məz. 96:8). Allah Özünün heyrətləndirici xüsusiyyətlərini əks etdirən valehedici tərzdə xəlq etdiyi hər bir şeyə görə doğrudan da izzətə layiqdir (Eyub 37:14; Vəhy 4:11).
Aşağıdakı suallardan və konqresdə etdiyiniz qeydlərdən istifadə edərək vilayət konqresinin proqramının müzakirəsinə hazırlaşın. Bu müzakirə oktyabrın 20-dən başlanan həftədə keçiriləcək.
1. Allahın yaratdığı cansız varlıqlar Onun izzətini necə bəyan edirlər və bu, insanların Allaha izzət vermələrindən nə ilə fərqlənir? (Məz. 19:1-3; “Allahın yaratdıqları Onun izzətini bəyan edir” mə’ruzəsindən).
2. İsanın görkəminin dəyişilməsi nəyin in’ikası idi və bu in’ikasın təcəssümü müasir məsihçiləri nəyə təşviq edir? (“Şöhrətli izzətin rö’yası bizi fəaliyyət göstərməyə təşviq edir!” adlı əsas mə’ruzədən).
3. Biz peyğəmbər Danielin malik olduğu təvazökarlığı necə inkişaf etdirə bilərik və bu bizə hansı faydanı gətirəcək? (Dan. 9:2, 5; 10:11, 12; “Yehovanın izzəti təvazökar olanlara aşkar olur” mə’ruzəsindən).
4. a) Amos haqqındakı peyğəmbərlikdən Allahın hökmlərinin hansı üç cəhətini öyrənə bilərik? (Amos 1:3, 11, 13; 9:2-4, 8, 14). b) Amos 2:12 ayəsində təsvir olunan xəbərdaredici nümunədən bu gün Yehovanın Şahidləri hansı praktiki ibrət dərsini ala bilərlər? (“Amosun peyğəmbərliyi. Bizim günlərimiz üçün onun əhəmiyyəti” adlı mə’ruzələr silsiləsindən).
5. a) Hətta sərxoşluq əlamətləri olmasa da, spirtli içkilərdən sui-istifadə etməyin təhlükələri hansılardır? b) Spirtli içkiyə aludəliyin öhdəsindən necə gəlmək olar? (Mark 9:43; Efes. 5:18; “Spirtli içkilərdən sui-istifadə. Bu tələdən necə qaçınmaq olar?” mə’ruzəsindən).
6. “Yaxşı məmləkətə” baxın” adlı yeni nəşrdən necə faydalanırsınız? (“Yaxşı məmləkət” — gələcəkdə olacaq Cənnətin surəti” mə’ruzəsindən).
7. Yehovanın izzətini hansı üç üsulla “ayna” kimi əks etdirə bilərik? (2 Kor. 3:18; “Yehovanın izzətini aynalar kimi əks etdiririk” adlı mə’ruzələr silsiləsindən).
8. Yersiz nifrətin səbəbi nədir və bizə qarşı göstərilən bu cür nifrətə baxmayaraq, nöqsansızlığımızı qorumaqda bizə nə kömək edə bilər? (Məz. 109:1-3; “Yersiz nifrət edilənlər” adlı mə’ruzədən).
9. Məsihin böyük olmağa dair nöqteyi-nəzəri necədir və məsihçi bu sahədə nədə inkişaf etməli olduğunu necə müəyyən edə bilər? (Mat. 20:20-26; “Məsihin böyüklüyə olan nöqteyi-nəzərini inkişaf etdirin” mə’ruzəsindən).
10. Fiziki cəhətdən yorğun olduğumuza baxmayaraq, ruhani cəhətdən möhkəm durmağımıza nə kömək edə bilər? (“Yorğun olanlar, lakin haldan düşməyənlər” mə’ruzəsindən).
11. Şeytan yalanı hansı üsullarla yayır və Onun bizim imanımızı sarsıtmaq cəhdlərinə müqavimət göstərməkdə Müqəddəs Kitabın hansı məsləhəti kömək edir? (Yəh. 10:5; “Yadların səsin”dən qorunun” mə’ruzəsindən).
12. a) Mark 10:14, 16 ayələrində təsvir olunan İsanın nümunəsini valideynlər necə izləyə bilər? b) “Böyük Müəllimdən öyrən” adlı yeni kitabda xoşunuza gələn nə olub? (“Uşaqlar bizim qiymətli mirasımızdır” mə’ruzəsindən).
13. Gənclər Yehovaya necə həmd edirlər? (1 Tim. 4:12; “Gənclər Yehovaya necə həmd edirlər?” mə’ruzəsindən).
14. “Müqavimətə baxmayaraq, cəsarətli şəhadətlik” adlı dramdan hansı məqamlar xüsusilə yadınızda qalıb?
15. Biz a) Peter və Yəhyanın (Həv. iş. 4:10), b) Stefanın (Həv. iş. 7:2, 52, 53), c) Birinci əsrin məsihçi yığıncağının nümunəsini necə təqlid edə bilərik? (Həv. iş. 9:31; dramdan və “Durmadan xoş xəbəri bəyan edin” mə’ruzəsindən).
16. a) Biz Yehovaya hansı üsullarla izzət vermək niyyətindəyik? b) “Allaha izzət verin” adlı konqreslərdə öyrəndiklərimizi tətbiq ediriksə, nədə əmin ola bilərik? (Yəh. 15:9, 10, 16; “Yehovanın izzəti üçün daha çox ‘məhsul verin’” mə’ruzəsindən).
Konqresdə aldığımız ruhani nəsihətlər üzərində nə qədər çox fikirləşiriksə, bir o qədər də öyrəndiklərimizi tətbiq etmək istəyirik (Filip. 4:8, 9). Bu, “hər şeyi Allahın izzəti üçün” etmək qətiyyətində bizi möhkəmləndirəcək (1 Kor. 10:31).