Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 8/04 s. 1
  • Təhəmmül mükafatlandırılır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təhəmmül mükafatlandırılır
  • Müqəddəs ibadətimiz 2004
  • Oxşar material
  • «Qoy dözüm öz işini tamamlasın»
    Gözətçi qülləsi 2016
  • Yehovanın təşkilatına bağlı qalın
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • «İmtahana dözən adam xoşbəxtdir»
    Müqəddəs ibadətimiz 2007
  • Sınaqlar zamanı sevincimizi qoruyaq
    Gözətçi qülləsi 2021
Əlavə
Müqəddəs ibadətimiz 2004
km 8/04 s. 1

Təhəmmül mükafatlandırılır

1 “Öz canlarınızı səbirlə [təhəmmül ilə] xilas edin” (Luka 21:19). İsanın “dövrün sonuna” dair söylədiyi peyğəmbərliyin bir hissəsini təşkil edən bu sözlər aydın göstərir ki, biz sadiq məsihçilər qarşıda olacaq sınaqlarla qarşılaşmağa hazır olmalıyıq. Yehovanın köməyi sayəsində hər birimiz axıra qədər təhəmmül edə və xilas ola bilər (Mat. 24:3, 13; Filip. 4:13).

2 Tə’qiblər, xəstəliklər, pul çatışmazlığı və nigarançılıqlar ucbatından, yaşadığımız hər gün bizim üçün sınağa çevrilə bilər. Lakin heç vaxt unutmaq lazım deyil ki, Şeytan bizim Yehovaya olan sadiqliyimizi sındırmaq istəyir. Səmavi Atamıza sədaqətlə xidmət etdiyimiz hər bir gün, Yehovanın Şeytanın rişxəndlərinə verdiyi daha bir cavabdır. Yehovanın çətin anlarda axıtdığımız ‘göz yaşlarını’ heç vaxt unutmadığını bilmək necə də təsəllivericidir! Bu göz yaşları Yehova üçün qiymətlidir və biz öz sədaqətliyimizlə Onun ürəyini sevindiririk! (Məz. 56:8; Sül. məs. 27:11).

3 Sınaqlarda təmizlənirlər. Gərgin vəziyyətlərdə imanımızın zəif olduğu, yaxud da ciddi çatışmazlıqlarımızın, misal üçün, məğrurluq və ya səbirsizlik kimi keyfiyyətlərimizin olduğu aşkar oluna bilər. Sınaqlardan Müqəddəs Kitaba zidd olan üsullarla yaxa qurtarmaq və ya onlara son qoymaq üçün imkanlar axtarmaq əvəzinə, biz Allahın Kəlamına diqqət yetirməliyik ki, “təhəmmül... öz əməlini ikmal etsin”. Nəyə görə? Çünki sınaqlar zamanı təhəmmül edərək, biz hər cəhətdən “kamil və tam” ola bilərik (Yaq. 1:2-4). Təhəmmül bizə dərrakəli olmağa, şəfqət və mərhəmət kimi qiymətli keyfiyyətlər inkişaf etdirməyə kömək edir (Rom. 12:15).

4 İmanın sınaqdan keçməsi. Çətinliklərə təhəmmüllə tab gətirərək, biz Allahın gözündə qiymətli olan sınaqdan keçmiş imana malik oluruq (1 Pet. 1:6, 7). Bu cür iman gələcəkdə olacaq sınaqların qarşısında sarsılmaz olmağımıza kömək edir. Bundan əlavə, Allahın bizi bəyəndiyini daha çox hiss edirik, ümidimiz isə möhkəmlənir və daha real olur (Rom. 5:3-5).

5 Yaqub 1:12 (İ–93) ayəsində təhəmmül edənlər üçün ən yüksək mükafat haqqında deyilir: “İmtahana təhəmmül edən adam, xoşbəxtdir. Çünki sınaqdan müvəffəqiyyətlə çıxdığı zaman Rəbbin, Onu sevənlərə və’d etdiyi həyat tacını alacaqdır”. Gəlin Yehovaya sədaqətlə bağlı qalaq və yadda saxlayaq ki, O, ‘Onu sevənləri’ səxavətlə mükafatlandıracaq.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş