Yeni broşüranı paylamaq üçün xüsusi kampaniya
1 Bu gün dünyada hökm sürən şəraitlərin ucbatından bir çox insanlar narahatdırlar, lakin yalnız azsaylı insanlar dünyanın nə üçün belə vəziyyətdə olduğunu, qabaqda bizi nələr gözlədiyini və gələcək hökmdə sağ qalmaq üçün nə etməli olduqlarını başa düşürlər (Hez. 9:4). İnsanlara bizim zəmanənin mə’nasını başa düşməkdə kömək etmək üçün, oktyabrın 18-i bazar ertəsindən noyabrın 14-ü bazar gününədək, “Oyaq durun!” broşürasının paylanması üzrə xüsusi kampaniya keçiriləcək.
2 Broşüranı evdən-evə təbliğ edərkən, insanlara təkrar baş çəkərək, qeyri-rəsmi surətdə və işgüzar ərazidə təbliğ edərkən təklif etmək olar. Lakin onu necə gəldi paylamaq lazım deyil. Bu broşüranı yalnız Müqəddəs Kitabın dünya hadisələrinin mə’nası haqqında dediklərinə maraq göstərən insanlara vermək lazımdır. Çox az maraq göstərən insanlara sadəcə traktat təklif etmək olar.
3 Sən insanın diqqətini belə sözlərlə cəlb edə bilərsən:
◼ “Bir çox insanlar bu gün adi hala çevrilmiş ciddi problemlərə və dəhşətli hadisələrə görə narahatdırlar. [Yaşadığınız yerdə mə’lum olan hadisəni danış.] Bu cür hadisələrin Müqəddəs Kitabda qabaqcadan xəbər verildiyini bilirdinizmi? [Cavab verməsinə izn ver. Sonra danışdığın hadisəyə uyğun olan, məsələn, Matta 24:3, 7, 8; Luka 21:7, 10, 11; yaxud 2 Timoteyə 3:1-5 kimi ayələri oxu.] Müqəddəs Kitab bizim hansı zəmanədə yaşadığımızı və bəşəriyyəti qabaqda nə gözlədiyini açıqlayır. Daha çox mə’lumat əldə etmək istəyərdinizmi? [Cavab verməsinə izn ver. İnsan səmimi maraq göstərirsə broşüranı təklif et.] Broşüra satılmır. Bizim ümumdünya işimizə kiçik məbləğdə ianə etməyi arzu edirsinizsə, biz onu qəbul etməyə çox şad olardıq”.
4 Yaxud bu təqdimə sənin üçün effektiv ola bilər:
◼ “Bir çoxları bu gün dəhşətli hadisələrdən və ciddi ağır itkilərdən iztirab çəkirlər. Bə’ziləri Allahın bu cür şeylərin qarşısını almaq üçün nəyə görə müdaxilə etmədiyinə təəccüblənirlər. Müqəddəs Kitab bizi əmin edir ki, Allah tezliklə bəşəriyyəti iztirablardan azad edəcək. Allahın bəşəriyyətə hansı faydaları gətirəcəyinə diqqət yetirin. [Məzmur 37:10, 11 ayələrini oxu.] Daha çox mə’lumat əldə etmək istəyərdinizmi?” Söhbəti yuxarıda qeyd olunduğu kimi yekunlaşdırmaq olar.
5 Broşüranı götürən hər kəsin adını və ünvanı almağa çalış və göstərilən marağı inkişaf etdirmək üçün növbəti görüş haqqında danış. Bunu etmək üsulları “Bizim Padşahlıq Xidmətimiz”in 2004-cü il noyabr sayında dərc olunacaq. Əgər ilk söhbətdə insan dərin maraq göstərirsə, sən “Oyaq durun!” və ya başqa nəşrlərdən, məsələn, “Allah tələb edir” broşürasından istifadə edərək dərhal Müqəddəs Kitab öyrənməsinə başlaya bilərsən.
6 Yeni broşüranı bu məqalə xidməti görüşdə müzakirə olunduqdan sonra əldə etmək olar. Təbliğçilər və pionerlər kampaniyanın ilk günlərində lazım olduğu qədər broşüra götürə bilərlər. Qoy Yehova Onu izzətləndirəcək, təmiz ürəkli insanlara isə fayda gətirəcək bu xüsusi fəaliyyətə xeyir-dua versin (Məz. 90:17).