Vaxtını müdrikliklə istifadə et
1 Yehovanı razı salmaq istəyimiz bizi həyatda ruhani işlərə üstünlük verməyə təşviq edir. Onun Kəlamı «əvvəlcə Allahın Səltənətini [Padşahlığını] axtarın» və ‘ən üstün dəyərləri ayırd edin’ deyə bizə nəsihət verir (Mat. 6:33; Filip. 1:10). Padşahlığın maraqları üçün vaxtı necə satın ala bilərik və çox vacib olmayan işləri ikinci yerə necə qoya bilərik? (Efes. 5:15-17).
2 Padşahlığın işlərinə üstünlük ver. Vaxtın əhəmiyyətsiz işlərə sərf olunmasın deyə, qrafik tərtib et. Bə’zi məsihçilər hər ayın əvvəlində xidmət edəcəkləri vaxtı təqvimlərində qeyd edirlər. Sonra ay ərzində çalışırlar ki, digər işlər planlarını pozmasın. Yığıncaq görüşləri, şəxsi öyrənmə və konqreslər üçün də vaxtı bu cür satın almaq olar. Bir çoxları Müqəddəs Kitabı ya səhər, ya da axşam oxuduqlarını da qeyd edirlər. Hər bir vacib iş üçün qabaqcadan konkret vaxt ayır və başqa işlərin lazımsız yerə sənin planını pozmasına yol vermə (Vaiz 3:1; 1 Kor. 14:40).
3 Dünyadan tam istifadə etməmək. Bə’zi ölkələrdə idman, əyləncə, istirahət, hobbi və başqa məşğuliyyətlər çoxları üçün əlçatandır. Bir çoxları televizor və ya kompüter arxasında həddindən artıq vaxt keçirirlər. Lakin əyləncələrə və bu dünyanın təklif etdiyi hər bir yeni texnikaya aludə olmaq, sözsüz ki, mə’yusluğa gətirib çıxaracaq (1 Yəh. 2:15-17). Buna görə də, Müqəddəs Kitab bizi bu dünyadan tam istifadə etməməyə təşviq edir (1 Kor. 7:31). Bu müdrik məsləhətə riayət etməklə, Yehovaya ruhani işlərin sənin üçün birinci yerdə durduğunu göstərəcəksən (Mat. 6:19-21).
4 Bu dünyanın mövcud olması üçün verilən vaxt tükənmək üzrədir. Padşahlığın maraqlarına həyatlarında üstünlük verən insanlar xoşbəxt olacaq və Yehovanın lütfünü qazanacaqlar (Sül. məs. 8:32-35; Yaq. 1:25). Gəlin çox qiymətli olan vaxtımızdan müdrikcəsinə istifadə edək.