Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 10/06 s. 1
  • Həyatında nəyi ən vacib tutursan?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həyatında nəyi ən vacib tutursan?
  • Müqəddəs ibadətimiz 2006
  • Oxşar material
  • «Məni çox istəyirsən, bunları?»
    Gözətçi qülləsi 2017
  • Seçdiyin əyləncə faydalıdır?
    Gözətçi qülləsi 2011
  • Heç nəyin səni Yehovadan uzaqlaşdırmasına yol vermə
    Gözətçi qülləsi 2013
  • Vaxtını müdrikliklə istifadə et
    Müqəddəs ibadətimiz 2005
Əlavə
Müqəddəs ibadətimiz 2006
km 10/06 s. 1

Həyatında nəyi ən vacib tutursan?

1 Bu suala necə cavab verərdin? Əlbəttə, Padşahlığın işini birinci yerə qoymaq hər birimizin arzusudur (Matta 6:33). Ancaq özümüzdən soruşa bilərik: «Bəs verdiyim qərarlar bunu göstərirmi?» Müqəddəs Kitab təşviq edir: «Özünüzü imtahan edin» (2 Kor. 13:5). Padşahlığı birinci yerə qoymaq məsələsində özümüzü necə imtahan edə bilərik?

2 Vaxtımızı nəyə sərf edirik? Əvvəlcə vaxtı nəyə sərf etdiyimizi yoxlaya bilərik (Efes. 5:15, 16). Hər həftə dostlarla görüşə, televizora, internetə və ya hobbimizə nə qədər vaxt sərf edirik? Əgər bunlara və ruhani işlərə sərf etdiyimiz vaxtı hesablayıb, müqayisə etsək, nəticə, ola bilsin ki, bizi təəccübləndirəcək. Yalnız dəbdəbəli yaşamaq istədiyimiz üçün müqəddəs xidməti qurban verərək işdən sonra da qalıb işləyirikmi? İstirahət xatirinə tez-tezmi həftə sonlarında görüşləri buraxır və xidmətə getmirik?

3 Ən vacib nəyi tutduğunu müəyyən et. İstədiyimiz hər şeyi etməyə çoxlarımızın vaxtı çatmır. Buna görə də Padşahlığı birinci yerə qoymaq üçün ilk növbədə nəyin vacib olduğunu müəyyən etməli və sonra ‘ən üstün dəyərlərə’ vaxt ayırmalıyıq (Filip. 1:10). Bura Allahın Kəlamını öyrənmək, ailənin qayğısına qalmaq, xidmətdə və məsihçi görüşlərində iştirak etmək daxildir (Məz. 1:1, 2; Rom. 10:13, 14; 1 Tim. 5:8; İbr. 10:24, 25). Başqa işlərin də, məsələn, idmanın və istirahətin də faydası vardır (Mark 6:31; 1 Tim. 4:8). Ancaq ikinci dərəcəli olan bu şeylərin yerini bilmək lazımdır.

4 Bir gənc qardaş gələcəkdə mənsəbə çatmaq üçün ali təhsil almaq fikrinə düşmədi, tammüddətli xidmətə başlamaqla Padşahlığı ön plana qoydu. O, başqa dili öyrənib təbliğçilərə daha çox ehtiyac olan yerə köçdü. Qardaş deyir: «Burada mən əsl həyatı yaşayıram. Xidmət elə təravətləndiricidir ki! Arzum budur ki, hər bir gənc belə seçim edib, mənim keçirdiyim hissləri keçirsin. Özümüzü bütünlüklə Yehovaya xidmətə həsr etməkdən yaxşı heç nə yoxdur». Bəli, Padşahlığı birinci yerə qoymaq xeyir-dualar gətirir, ancaq ən vacibi isə bu, səmavi Atamız Yehovanı sevindirir (İbr. 6:10).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş