Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 2/06 s. 1
  • Təbliğ etmək üçün imkanlar axtar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təbliğ etmək üçün imkanlar axtar
  • Müqəddəs ibadətimiz 2006
  • Oxşar material
  • Hər gün Yehovaya həmd edin
    Müqəddəs ibadətimiz 2009
  • Qeyri-rəsmi surətdə şahidlik edərək Yehovanı mədh et
    Müqəddəs ibadətimiz 2003
  • Sən qeyri-rəsmi şahidlik edə bilərsən!
    Müqəddəs ibadətimiz 2010
  • Padşahlıq xəbərini çatdırmaq üçün hər fürsətini dəyərləndir!
    Müqəddəs ibadətimiz 2014
Əlavə
Müqəddəs ibadətimiz 2006
km 2/06 s. 1

Təbliğ etmək üçün imkanlar axtar

1 Məsihçi yığıncağı şəraitləri müxtəlif olan insanlardan təşkil olunmuşdur. Lakin bizi Yehovanı izzətləndirmək məqsədi birləşdirir (Məz. 79:13). Sağlamlığın zəifliyi və ya digər həyati çətinliklər təbliğ xidmətindəki iştirakımızı məhdudlaşdıra bilər. Bəs bu halda təbliğ etmək üçün hansı imkanlardan istifadə edə bilərik?

2 Gündəlik işlərimizdə. İsa gün ərzində ünsiyyət etdiyi insanlara şahidlik etmək üçün hər fürsətdən istifadə edirdi. Məsələn, vergilər idarəsinin yanından keçəndə Mattaya, Yerihodan yolu düşəndə Zakaya, dincələndə samariyalı qadına təbliğ etmişdi (Mat. 9:9; Luka 19:1-5; Yəh. 4:6-10). Ondan nümunə götürərək, biz də adi söhbəti Müqəddəs Kitab mövzusuna yönəldə bilərik. Yanımızda traktat və broşüra ilə yanaşı Müqəddəs Kitab da olsa, ümidimizi insanlarla asanlıqla bölüşəcəyik (1 Pet. 3:15).

3 Bəs sağlamlığın evdən-evə təbliğdə istədiyin qədər iştirak etməyə yol vermirsə nə etmək olar? Sənə baş çəkən tibb işçilərinə və ya ünsiyyətdə olduğun kəslərə təbliğ etmək imkanını əldən buraxma (Həv. iş. 28:30, 31). Əgər hansısa vəziyyətə görə evdən tez-tez çıxa bilmirsənsə, bu zaman telefon və ya məktub vasitəsi ilə şahidlik etməyə cəhd göstərirsənmi? Bir bacı Şahid olmayan qohumlarına müntəzəm olaraq məktub yazır. O, Müqəddəs Kitabdan maraqlı fikirləri və şahidlik etdiyi zaman baş verən ruhlandırıcı hadisələri də məktublarına daxil edir.

4 İşdə və ya məktəbdə. Yehovanı izzətləndirmək arzusu, həqiqət toxumlarını işdə və ya məktəbdə səpmək üçün bizi imkanlar axtarmağa təşviq edəcək. Səkkiz yaşlı təbliğçi «Oyanın!» jurnalından Ay haqqında oxuduqlarını öz sinif yoldaşlarına danışmışdı. Bütün bunları haradan öyrəndiyini bildikdə, müəllimi ona təklif edilən «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarından artıq imtina etmirdi. İş yerində «Bilik» kitabını sadəcə olaraq hamının görə biləcəyi yerdə saxlamağımız, kitab haqda onlarda suallar doğura, bizim üçün isə onlara şahidlik etməyə imkan yarada bilər.

5 Gündəlik həyatında şahidlik etmək üçün imkanlar axtara bilərsənmi? Gəlin hər fürsətdən istifadə edərək, hər gün ‘Allaha həmd qurbanı’ təqdim etməyə sə’y göstərək (İbr. 13:15).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş