Padşahlıq xəbərini çatdırmaq üçün hər fürsətini dəyərləndir!
1. Davudun nümunəsindən nə öyrənirik?
1 Davud padşah düşdüyü vəziyyətin onun əl-qolunu bağlamasına imkan vermirdi. Məsələn, o, Yehova üçün məbəd tikmək istəyirdi. Yehova bu məbədi onun yox, oğlu Süleymanın tikəcəyini deyəndə Davud məqsədini dəyişib oğlunun bu məbədi tikməsi üçün tədarük gördü (1 Pad. 8:17—19; 1 Saln. 29:3—9). Edə bilmədiyi şeylərə görə narahat olmaq əvəzinə, o, diqqətini edə biləcəyi işlərə cəmlədi. Bəs biz Padşahlıq xəbərini çatdırarkən Davudun nümunəsini necə izləyə bilərik?
2. Nəyi götür-qoy edə bilərik?
2 Bacardığını et. Çoxları köməkçi və ya daimi pioner olmaq üçün həyatlarını sadələşdirib (Mat. 6:22). Sən də onlardan biri olmaq istəməzdin? Dua edib şəraitini götür-qoy etsən, görəcəksən ki, qarşında «böyük fəaliyyət qapısı açılıb». Bu fürsəti əldən vermə! (1 Kor. 16:8, 9).
3. Pioner kimi xidmət edə bilməsək də, şahidlik etmək üçün hansı imkanlarımız yarana bilər?
3 Bəs əgər şəraitin pioner olmağa əl vermirsə, onda necə? Əlində olan digər fürsətləri dəyərləndir. Məsələn, əgər imanına şərik olmayan insanlarla işləyirsənsə, onda onlara şahidlik edə bilərsən. Yaxud müalicə götürürsənsə, həkimlərinə təbliğ edə bilərsən. Unutma ki, yaşlılıq və ciddi xəstəlik ucbatından xidmət etmək imkanları olduqca məhdud olan kəslər 15 dəqiqəlik artırmalarla (15, 30, 45 dəqiqə) hesabat verə bilərlər. Aylıq hesabatını yazarkən oraya qeyri-rəsmi şahidlik etdiyin müddəti, o cümlədən traktatlar, bukletlər, Xatirə gecəsi və konqres dəvətnamələri də daxil olmaqla, payladığın bütün ədəbiyyatı qeyd et. Görəcəksən ki, indiyə kimi xidmətdə əhəmiyyət vermədiyin dəqiqələri toplayanda xeyli təbliğin alınırmış!
4. Nədə qətiyyətlisən?
4 Gəlin şəraitimizdən asılı olmayaraq xoş xəbəri çatdırmaq üçün hər fürsətimizi dəyərləndirək. Onda Padşahlıq naminə əlimizdən gələni etmək bizə sevinc gətirəcək (Mark 14:8; Luka 21:2—4).