Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 12/07 s. 8
  • Qəlbləri sınıq olanlara təsəlli ver

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qəlbləri sınıq olanlara təsəlli ver
  • Müqəddəs ibadətimiz 2007
  • Oxşar material
  • Kədərli olanlara təsəlli verin
    Gözətçi qülləsi 2003
  • Allah təsəllini necə verir?
    Gözətçi qülləsi (kütləvi) 2016
  • Əzab çəkənlərə təsəlli verin
    Gözətçi qülləsi 2011
  • Təcavüz qurbanlarına dayaq olun
    Gözətçi qülləsi 2019
Əlavə
Müqəddəs ibadətimiz 2007
km 12/07 s. 8

Qəlbləri sınıq olanlara təsəlli ver

1 Hələ heç vaxt insanların təsəlliyə bu qədər ehtiyacı olmamışdır. Padşahımız İsa Məsihin ardınca gedən bizlər də ‘qəlbləri sınıq olanların yaralarını sarıyırıq’ (Yeşaya 61:1).

2 Necə təsəlli vermək olar? Xidmətimiz insanlara təsəlli gətirsin deyə, təqdimələrimiz tarazlı, müsbət olmalıdır. Xidmətdə dünyanın pis işləri və yalan tə’limlərdən az danışanda Müqəddəs Kitab həqiqəti və Allahın xoşbəxt gələcək haqqında ürəkaçan və’dləri ön plana çıxır. Amma bu o demək deyil ki, Har-Megidondan danışmamalıyıq. Bizə «Rəbbin lütf ilini, Allahımızın qisas gününü bəyan etmək» və ‘pis adamları xəbərdarlıq etmək’ tapşırığı verilib. Amma Har-Megidon və onun gətirəcəyi dağıntılar barədə xəbərdarlıq Allahın Padşahlığı haqqında xoş xəbəri kölgədə qoymamalıdır (Yeşaya 61:2; Yez. 3:18; Mat. 24:14).

3 Evdən-evə. Xəstəlikdən, əziz adamının itkisindən, ədalətsizlikdən və ya maddi çətinlikdən ruh düşkünlüyünə qapılmış adamlara bu gün tez-tez rast gəlmək olur. Məsihi təqlid edən bizlərin onlara ‘yazığı gəlir’ və xidmətdə qarşılaşdığımız insanların dərdinə şərik oluruq (Luka 7:13; Rom. 12:15). Həmsöhbətimizin problemi ilə bağlı bir-iki ayə oxusaq da, «eşitməkdə iti» olmalıyıq ki, o öz fikirlərini bölüşə bilsin (Yaq. 1:19). Başlanğıcda qulaq assaq, verdiyimiz təsəlli daha münasib olar.

4 Söhbətin münasib vaxtında belə demək olar: «Mən sizinlə Müqəddəs Kitabdan bir neçə təsəlliverici fikirləri bölüşmək istəyərdim». İnsanın söylədiyi hər yanlış fikri təkzib etmək müdriklik olmazdı. Əksinə, Müqəddəs Yazıların köməyilə onları ruhlandırmalı və təsəlli verməliyik, onlara dayaq olmalıyıq. Bunu etmək üçün «Müqəddəs Yazıların əsasında mülahizə» (ing.) kitabının 117-121-ci səhifələrində «Ruhlandırma» başlığı altında olan mə’lumatı araşdıra bilərsən. Yaxud da həmsöhbətinə «Depressiyada olanlara təsəlli» traktatını verib oradakı ruhlandırıcı mə’lumatı nəzərdən keçirmək olar.

5 Başqalarına təsəlli vermək üçün imkanlar axtar. Qonşularından, iş yaxud sinif yoldaşlarından, ya da ailə üzvlərindən kiminsə təsəlliyə ehtiyacı varmı? Nəyə görə belə insanlara baş çəkib Müqəddəs Yazıların verdiyi təsəllini bölüşməyəsən? Onların nəyə görə təsəlliyə ehtiyac duyduqlarını bilsən, kömək etmək üçün daha yaxşı hazırlaşarsan. Bə’ziləri belə insanlara məktub yazıb və ya zəng etmişlər. İnsanlara qarşı əsl məhəbbət onların dərdinə şərik olmağa və Müqəddəs Yazılardan lazımi təsəllini verməyə bizi sövq edəcək (Luka 10:25-37).

6 Bəli, bizə qəm-qüssə çəkənlərə təsəlli vermək, kədərli olanları ruhlandırmaq və xoşbəxt gələcəyə onlarda ümid yaratmaq tapşırılıb. Bütün insanlar məhz bu cür təsəlliyə ehtiyac duyur. Allahın gözəl və’dləri haqqında sevinclə danışmağımız səmimi insanlara təsəlli və ümid verəcək. Gəlin heç vaxt unutmayaq ki, qəlbi sınıq olanlar yaralarının sarınmasına ehtiyac duyurlar.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş