Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 8/08 s. 1
  • Xüsusi birgünlük konqresin yeni proqramı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xüsusi birgünlük konqresin yeni proqramı
  • Müqəddəs ibadətimiz 2008
  • Oxşar material
  • «Vaxtlı-vaxtında yemək»
    Müqəddəs ibadətimiz 2010
  • Xüsusi birgünlük konqresin 2010-cu il üçün proqramı
    Müqəddəs ibadətimiz 2009
  • Təbliğçilər üçün kömək
    Müqəddəs ibadətimiz 2010
  • Xüsusi birgünlük konqresin yeni proqramı
    Müqəddəs ibadətimiz 2007
Əlavə
Müqəddəs ibadətimiz 2008
km 8/08 s. 1

Xüsusi birgünlük konqresin yeni proqramı

2009-cu xidmət ilinin ‘Diqqətli ol ki, xidməti icra edəsən’ adlanan xüsusi birgünlük konqresinin mövzusu Koloslulara 4:17 ayəsinə əsaslanır. Biz məsihçilər bu məsləhətə ciddi yanaşırıq. Məqsədimiz xidmətimizi, İsa kimi, sədaqətlə icra etməkdir (Yəh. 17:4). Həvari Pavel də, bununla bağlı bizə mükəmməl nümunə qoyub. O öz həyat yolunu xidmət edərək bitirməyə qərarlı idi (Həv. iş. 20:24).

Rayon nəzarətçisi məruzəsində müxtəlif təbliğçilərin xidmətdə çətinliklərin öhdəsindən necə gəldiklərini göstərəcək. Sonra «Əkdiyini becər» adlı məruzədə ‘əbədi həyata meylli olanlara’ (YD) əsl köməyi necə göstərə biləcəyimiz vurğulanacaq (Həv. iş. 13:48). Dəvət olunmuş məruzəçi «Özümüzü Allahın xidmətçiləri kimi necə təqdim edirik?» adlı məruzəsində əvvəlcə 2 Korinflilərə 6:1-10 ayələrini ayəbəayə müzakirə edəcək. Günortadan sonra «Xidmətini yüksək qiymətləndir» mövzusu ilə dinləyicilərə müraciət edəcək. Şübhəsiz, «Gənclər və yaşlılar, xidmətdən sevinc duyun» və «Xidməti icra edən gənclər» məruzələri sizi ruhlandıracaq. Yaxınlaşan rayon konqresində və ya xüsusi birgünlük konqresdə həsr olunmalarının simvolu olaraq suda vəftiz olunmaq istəyənlər sədrlik edən nəzarətçiyə mümkün qədər tez xəbər verməlidirlər. «Gözətçi Qülləsi»nin araşdırılması bütün konqreslərimizin vacib hissəsidir. Xüsusi birgünlük konqresin keçirildiyi həftə öyrənilən jurnalı özünüzlə götürməyi unutmayın.

Xidmətimizi yerinə yetirərkən çalışmalıyıq ki, başqa məqsəd və işlər Yehovanın bizə həvalə etdiyi işi kölgədə qoymasın. Bu xüsusi birgünlük konqresdə Müqəddəs Kitaba əsaslanan ruhlandırıcı fikirlər bizə diqqətimizi düzgün şeylərə yönəltmək üçün nə etmək lazım gəldiyini başa düşməyə və xidmətimizi tam icra edə bilmək üçün etdiklərimizin üzərində düşünməyə kömək edəcək.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş