Xidməti görüşə necə hazırlaşmalı?
1. Xidməti görüşün məqsədi nədən ibarətdir və bu görüşdən daha çox fayda əldə etmək üçün biz nə edə bilərik?
1 Xidməti görüş bizi səmərəli xidmət etməyə hazırlamaq üçün nəzərdə tutulub. Burada əsas diqqət Padşahlıq haqda xoş xəbərin təbliğinə, şagirdlər hazırlamağa və Allahın hökmünün yaxınlaşmaqda olan icrasının bəyan edilməsinə yönəldilir (Mat. 28:20; Mark 13:10; 2 Pet. 3:7). Bu vacib görüşdən daha çox fayda əldə etmək istəyiriksə, yaxşı hazırlaşmalı və orada iştirak etməliyik.
2. Nitqi dinləməyə necə hazırlaşa bilərik?
2 Nitq. Nitqin əsaslandığı mənbə adətən natiq üçün nəzərdə tutulan təlimatda göstərilir. Sən təyin olunmuş materialı, gətirilən ayələr də daxil olmaqla, nəzərdən keçirə və bu məlumatı xidmətdə necə istifadə edə biləcəyin haqda düşünə bilərsən.
3. Sual-cavab şəklində keçirilən müzakirəyə hazırlaşmaq üçün nə edə bilərik?
3 Sual-cavab şəklində müzakirə. Görüşün bu hissəsinin keçirilməsi qısa giriş və yekunla «Gözətçi Qülləsi»nin öyrənilməsinə çox bənzəyir. Hər abzasın əsas fikirlərini işarələ və qısa, mənalı şərhlər verməyə hazırlıqlı ol.
4. Dinləyicilərlə keçirilən müzakirəyə necə hazırlaşa bilərik?
4 Dinləyicilərlə müzakirə. Bu hissə nitq kimi təqdim olunur, ancaq burada natiq dinləyiciləri iştirak etməyə təşviq edir. Əgər əsas fikirləri işarələmisən və gətirilən ayələri oxumusansa, o zaman suallara şərh verə biləcəksən. Bu hissəni aparan qardaş əsas məqamları araşdırarkən dinləyiciləri müzakirəyə cəlb etmək üçün əlindən gələni edəcək.
5. Səhnəciklərdən daha çox faydalanmağa bizə nə kömək edəcək?
5 Səhnəciklər. Bəzi hissələrə məlumatı yerli əraziyə necə tətbiq etməyi göstərən praktiki səhnəciklər daxildir. Ağsaqqaldan, təcrübəli təbliğçidən və ya pionerdən səhnəciklərdə iştirak etmək xahiş oluna bilər. Bu hissəyə hazırlaşmaq özünə səhnəciyi necə təqdim etməyin üzərində düşünməyi də daxil edə bilər. Nümunə üçün olan təqdiməni səhnələşdirəndə onu necə tətbiq edə biləcəyin və müxtəlif vəziyyətlərə necə uyğunlaşdıra biləcəyin haqda düşün. Səhnəcikdə istifadə olunacaq nəşrin və ya jurnalın nüsxəsini özünlə götürdüyünə əmin ol. Ailəvi öyrənmə zamanı təqdimələri məşq etmək bu sahədə faydalı ola bilər.
6. Xidməti görüşə daha hansı səbəblərə görə hazırlaşmalıyıq?
6 Xidməti görüşdə təqdim olunan gözəl təlimə qabaqcadan hazırlaşanda orada iştirak etmək bizə məmnunluq gətirir. Belə etməklə biz müştərək iman vasitəsilə daha çox təşviq olunacağıq (Rom. 1:11, 12). Xidməti görüşə hazırlaşmaq üçün vaxt ayırarıqsa, aldığımız tapşırığı icra etməkdə daha yaxşı təchiz ediləcəyik (2 Tim. 3:17).