Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 5/10 s. 3—5
  • «Səndən yaxşı pioner olar!»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Səndən yaxşı pioner olar!»
  • Müqəddəs ibadətimiz 2010
  • Oxşar material
  • Təbliğ etmək vaxtı indidir!
    Müqəddəs ibadətimiz 2005
  • Pioner xidməti Allahla münasibətlərimizi möhkəmləndirir
    Gözətçi qülləsi 2013
  • Əvvəllər daimi pioner olmusan?
    Müqəddəs ibadətimiz 2011
  • ‘Fəaliyyət üçün geniş qapıdanʼ girə bilərsənmi?
    Müqəddəs ibadətimiz 2007
Müqəddəs ibadətimiz 2010
km 5/10 s. 3—5

«Səndən yaxşı pioner olar!»

1. Bir bacı öz pioner xidməti haqqında nə düşünür?

1 «Elə bir iş tanımıram ki, mənə bu qədər məmnunluq və ruhani fayda gətirsin». Bu sözləri Kete Palm adlı bir bacı deyir. O, uzun illər Çilinin bir tərəfindən Cənubi Amerikanın digər ərazilərinə qədər fədakarcasına pioner kimi xidmət edirdi. Tammüddətli xidmət edənlərin mənalı həyatları üzərində düşünən kimsə yəqin sənə növbəti sözləri deyib: «Səndən yaxşı pioner olar!»

2. Ruhani işlərin nəyə görə dərin məmnunluq gətirdiyini izah et.

2 Məmnunluq gətirən həyat tərzi. Nümunəmiz olan İsa Atasının iradəsini yerinə yetirməkdən əsil təravət əldə edirdi (Yəh. 4:34). Buna görə də İsa səmimi-qəlbdən şagirdlərinə Yehovaya ibadətlə bağlı işlərlə məşğul olmağın əsil məmnunluq gətirdiyini öyrədirdi. Yehovanı razı salan işlərlə dolu ömür sürəndə məmnunluq duyuruq. Bundan əlavə, başqalarına kömək etmək üçün daha çox vaxt, güc və vəsait sərf edəndə sevincimiz birə-beş artır (Həv. iş. 20:31, 35).

3. Xidmətdə daha çox iştirak etməklə hansı sevinci duya bilərik?

3 Xidmətdə nə qədər çox iştirak etsək, bir o qədər də Müqəddəs Kitab öyrənməsinə başlamağın və keçirməyin gətirdiyi sevinci duyacağıq. Hətta sahəmizdə yaşayan bir çox insanların laqeyd olduqlarını düşünsək də xidmətdə təcrübəyə və bacarığa yiyələndikcə sahəmizin əvvəllər düşündüyümüzdən daha səmərəli olduğunu görəcəyik. Pionerlər bir il xidmət etdikdən sonra Pioner Xidməti Məktəbində əldə etdikləri bol-bol bilikləri tətbiq edə bilərlər (2 Tim. 2:15). Xidmətdə canla-başla çalışdıqca sonralar səmərə gətirəcək həqiqət toxumlarını daha yaxşı əkəcəyik (Vaiz 11:6).

4. Gənclər orta məktəbi bitirənə yaxın nə haqda düşünməlidirlər?

4 Gənclər. Orta məktəbi bitirdikdən sonra nə edəcəyin barədə ciddi düşünmüsənmi? İndiyə kimi vaxtının çox hissəsini ev tapşırıqlarını yerinə yetirməyə sərf edirdin. Məktəbi bitirdikdən sonra həmin vaxtı nəyə sərf edəcəksən? Dünyəvi karyera dalınca düşməkdənsə nəyə görə dua edərək daimi pioner olmaq haqqında düşünməyəsən? Müxtəlif mədəniyyətlərdən olan insanlara şahidlik vermək, tərəddüdün öhdəsindən gəlmək, özünə hakim olmaq və öyrətmək bacarığını inkişaf etdirmək kimi qabiliyyətlərə yiyələnmək sənə həyatı boyu fayda gətirəcək.

5. Valideynlər və yığıncaq üzvləri başqalarını pioner xidmətinə necə təşviq edə bilərlər?

5 Valideynlər, uşaqlarınızı tammüddətli xidmətə yönəldərək üzərinizə düşən məsuliyyəti yerinə yetirirsinizmi? Sizin sözlərinizin və yaxşı nümunənizin Padşahlığın maraqlarını birinci yerə qoymaqda onlara böyük köməyi dəyə bilər (Mat. 6:33). Orta məktəbi bitirdikdən sonra pioner xidmətinə başlayan Rey xatırlayır: «Anam həmişə deyərdi ki, pioner xidməti ən məmnunedici həyat yoludur». Yığıncağın bütün üzvləri həm sözlərilə, həm də dəstək olmaları ilə bir-birilərini pioner xidmətinə təşviq edə bilərlər. İspaniyadan olan Xose deyir: «Mənimlə eyni yığıncaqda olan bacı-qardaşlar pioner xidmətinin gənclər üçün ən yaxşı iş olduğunu düşünürlər. Praktiki kömək etməklə yanaşı, onların şərhləri və pioner xidmətinə görə minnətdarlıqları sayəsində mənə pioner xidmətinə başlamaq daha da asan oldu».

6. Hal-hazırda pioner olmaq istəmiriksə, nə edə bilərik?

6 Tərəddüdün öhdəsindən gəl. Bəs əgər sən: «Mən pioner olmaq istəmirəm» deyirsənsə, onda necə? Əgər belə düşünürsənsə, onda duada öz hisslərini Yehovaya bildir və ona: «Bilmirəm, pioner xidməti mənlikdir, yoxsa yox, amma mən səni razı salan işi görmək istəyirəm» de (Məz. 62:8; Sül. məs. 23:26). Sonra da Kəlamı və təşkilatı vasitəsilə verdiyi rəhbərliyi axtar. Bir çox daimi pionerlər ilk əvvəl köməkçi pioner xidmətini ‘dadmış’ və bundan duyduqları sevinc onları tammüddətli xidmətdə iştirak etməyə təşviq etmişdir (Məz. 34:8).

7. Ay ərzində 70 saatlıq normanı çatdıra biləcəyimizlə bağlı şübhələri necə dəf edə bilərik?

7 Bəs əgər ay ərzində 70 saatlıq normanı çatdıra biləcəyinə əmin deyilsənsə, onda necə? Nəyə görə səninlə eyni vəziyyətdə olan pionerlərlə bu haqda danışmayasan? (Sül. məs. 15:22) Sonra bir neçə mümkün olan qrafiklər tərtib et. Bununla da əhəmiyyətsiz işlərə sərf etdiyin vaxtı xidmətə ayırmağın əvvəllər fikirləşdiyindən daha asan olduğunu görəcəksən (Efes. 5:15, 16).

8. Nəyə görə vaxtaşırı olaraq şəraitimizi yenidən nəzərdən keçirməliyik?

8 Şəraitini yenidən nəzərdən keçir. Şəraitimiz tez-tez dəyişir. Buna görə də vaxtaşırı olaraq şəraitimizi yenidən nəzərdən keçirmək yaxşı olardı. Məsələn, bu yaxınlarda təqaüdə çıxacaqsanmı? Təqaüdə vaxtından tez çıxan Randi deyir: «Bu qərarı qəbul etmək mənə yoldaşımla birlikdə daimi pioner xidmətinə başlamağa və daha çox ehtiyac olan ərazilərə köçüb orada xidmət etməyə imkan verdi. Bu qərarıma görə saysız-hesabsız xeyir-dualar aldım. Amma mənim üçün ən böyük xeyir-dua təmiz vicdan oldu».

9. Ər-arvadlar nə haqda düşünməlidirlər?

9 Bəzi ər-arvadlar şəraitlərini götür-qoy etdikdən sonra başa düşmüşlər ki, hər ikisinin tam iş günü işləməsinə ehtiyac yoxdur. Bəli, ailə üzvlərindən həyatlarını sadələşdirmək tələb olunsa da, bunun üçün qurban verməyə dəyər. Xidmətini genişləndirmək üçün bu yaxınlarda işdən çıxan arvadı haqqında Con deyir: «Arvadımın bütün günü ruhani işlərlə məşğul olduğunu bilməkdən yaxşı nə ola bilər?»

10. Məsihçiləri pioner xidməti haqqında düşünməyə nə təşviq edir?

10 Məhəbbətin və imanın təzahürü. Yehova üçün təbliğ işi bizim edə biləcəyimiz işlərdən ən vacibidir. Tezliklə bu sistemin sonu gələcək və yalnız Yehovanın adını çağıranlar xilas olacaq (Rom. 10:13). Bütün qəlbimizlə Onu sevməyin və bizim üçün etdiyi şeylərə görə minnətdar olmağın sayəsində Onun Oğlundan aldığımız səylə təbliğ etmək tapşırığını yerinə yetirəcəyik (Mat. 28:19, 20; 1 Yəh. 5:3). Bununla yanaşı, həqiqətən də axır günlərdə yaşadığımıza iman etmək bizi, hələ vaxt var ikən, dünyadan tam istifadə etmək əvəzinə xidmətdə əlimizdən gələni etməyə təşviq edəcək (1 Kor. 7:29—31).

11. Əgər kimsə bizə: «Səndən yaxşı pioner olar!» desə, buna necə yanaşmalıyıq?

11 Daimi pioner xidməti özünə ay ərzində nəzərdə tutulan normanı verməkdən daha çox şeyi daxil edir; bununla Allaha sadiq qaldığımızı göstəririk. Beləliklə, əgər kimsə sənə: «Səndən yaxşı pioner olar!» desə, bunu bir tərif kimi qəbul et. Həmçinin bu məmnunedici xidmətdə iştirak edənlərin sırasında olmağın barədə dua edərək düşün.

[4-cü səhifədəki şəkil]

Valideynlər, uşaqlarınızı tammüddətli xidmətə yönəldərək üzərinizə düşən məsuliyyəti yerinə yetirirsinizmi?

[5-ci səhifədəki şəkil]

Yehova üçün təbliğ işi bizim edə biləcəyimiz işlərdən ən vacibidir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş