Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 3/11 s. 7
  • Əvvəllər daimi pioner olmusan?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əvvəllər daimi pioner olmusan?
  • Müqəddəs ibadətimiz 2011
  • Oxşar material
  • ‘Fəaliyyət üçün geniş qapıdanʼ girə bilərsənmi?
    Müqəddəs ibadətimiz 2007
  • «Səndən yaxşı pioner olar!»
    Müqəddəs ibadətimiz 2010
  • Təbliğ etmək vaxtı indidir!
    Müqəddəs ibadətimiz 2005
Müqəddəs ibadətimiz 2011
km 3/11 s. 7

Əvvəllər daimi pioner olmusan?

1. Bir çoxları hansı imkana malikdir, bəs bəzilərinin nə etmələri gərəkdir?

1 Uzun illərdir ki, minlərlə məsihçi tammüddətli təbliğçi kimi ‘xoş xəbəri durmadan bəyan etmək və insanlara öyrətmək’ kimi gözəl imkana malikdir (Həv. iş. 5:42). Lakin bəziləri müxtəlif səbəblərdən pioner xidmətini dayandırmalı olmuşlar. Əgər sən də nə vaxtsa daimi pioner kimi xidmət etmisənsə, yenidən xidmətini bərpa etmək üçün şəraitini nəzərdən keçirə bilərsənmi?

2. Əvvəllər pioner kimi xidmət edənlər nəyə görə şəraitlərini yenidən nəzərdən keçirməlidirlər?

2 Şərait dəyişə bilər. Ola bilsin, sənin pioner xidmətini dayandırmağına səbəb olan problem artıq həll olunub. Məsələn, əgər sən ayda 90 saatı çatdıra bilmədiyin üçün pioner xidmətini dayandırmışdınsa, indi norma 70 saata endirildiyi üçün xidmətini yenidən bərpa edə bilərsənmi? Bəlkə, pioner xidmətini dayandırdığın vaxtdan bəri işin və ya ailə məsuliyyətlərin azalıb? Sağlamlığı ucbatından pioner xidmətini dayandıran bir bacı artıq bir ildən çox idi ki, xəstəxanada yatmırdı və hiss edirdi ki, sağlamlığı yenidən pionerliyə başlamağa yol verir. Buna görə də, 89 yaşında xidmətini bərpa etmək qərarına gəldi və yenidən pioner oldu!

3. Ailədən kiminsə pioner olması üçün ailə üzvləri necə əməkdaşlıq edə bilər?

3 Ola bilsin, sən özün pioner olmamısan, ancaq ailənizdən kimsə doğmalarına, məsələn, yaşlı valideynlərinə baxmaq üçün xidmətini dayandırıb (1 Tim. 5:4, 8). Əgər belədirsə, onda sən və ya ailənin digər üzvlərindən kimsə ona kömək etmək üçün əlindən gələni edə bilər. Məsələn, nəyə görə bu haqda birlikdə söhbət etməyəsiniz? (Sül. məs. 15:22). Ailə üzvlərinin əməkdaşlığı sayəsində ailədən bir nəfər pioner kimi xidmət edəndə hamı elə hiss edir ki, sanki, bu işdə onların da payı var.

4. Əgər hal-hazırda şəraitin pioner xidmətini bərpa etməyə yol vermirsə, nə edə bilərsən?

4 Əgər hal-hazırda şəraitin pioner xidmətini bərpa etməyə yol vermirsə, ruhdan düşmə. Sənin pioner ruhu göstərməyin Yehovanı sevindirir (2 Kor. 8:12). Pioner xidmətində əldə etdiyin təcrübəni təbliğində istifadə et. Bu haqda dua et və şəraitin dəyişən kimi, fürsətdən istifadə etməyə hazır ol (1 Yəh. 5:14). Ehtimal ki, Yehova qarşında ‘böyük fəaliyyət qapısı açacaq’ və sən yenidən daimi pioner olmaq sevincini dadacaqsan (1 Kor. 16:9).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş