Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 5/11 s. 1
  • Qoy sizin nurunuz işıq saçsın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qoy sizin nurunuz işıq saçsın
  • Müqəddəs ibadətimiz 2011
  • Oxşar material
  • Nur kimi parlayıb Yehovanı şərəfləndirin
    Gözətçi qülləsi 2018
  • Allahın nuru qaranlığı qovur!
    Gözətçi qülləsi 2002
  • «Qoy nurunuz parlasın»
    Yehovanı nəğmələrdə tərənnüm edin
  • «Qoy nurunuz parlasın»
    Yehovanı şövqlə tərənnüm edin
Müqəddəs ibadətimiz 2011
km 5/11 s. 1

Qoy sizin nurunuz işıq saçsın

1. Biz hansı şərəfə layiq görülmüşük?

1 Çıxandan batana qədər günəşin ətrafa saçdığı nurun gözəlliyi Yehova Allaha izzət gətirir. Ancaq İsa şagirdlərini başqa cür nura — «həyat nuruna» sahib olmağa çağırırdı (Yəh. 8:12). Bu ruhani nura sahib olmaq özünə böyük şərəf və məsuliyyət daxil edir. İsa öyrədirdi ki, bizim nurumuz insanların qarşısında işıq saçmalı və onlara fayda gətirməlidir (Mat. 5:16). Ruhani qaranlığa qərq olmuş dünyada bu işığa həmişəkindən daha çox ehtiyac duyulduğu üçün onun nuru hər tərəfə işıq saçmalıdır! Məsih kimi, biz də nurumuzun işıq saçmasına yol vermək üçün nə edə bilərik?

2. İsa necə göstərdi ki, ruhani nurun işıq saçması olduqca vacibdir?

2 Təbliğ etməklə. İsa vaxtını, gücünü və imkanlarını sərf edirdi ki, həqiqət nuru evlərdə, şəhər meydanlarında, dağlarda, bir sözlə, hər yerdə insanlara çatdırsın. O, ruhani biliklərin faydasının danılmaz olduğunu yaxşı başa düşürdü (Yəh. 12:46). İsa öz şagirdlərini «dünyanın nuru» kimi hazırladı ki, həqiqət nuru daha çox insana çatsın (Mat. 5:14). Onlar insanlara yaxşılıq etməklə və həqiqəti bölüşməklə nurlarının işıq saçmasına yol verirlər.

3. Həqiqət nuruna görə minnətdarlığımızı necə göstərə bilərik?

3 Allahın xalqı «nur övladları kimi» yaşamağın nə qədər ciddi olduğunu başa düşür və buna görə də insanlar olan hər yerdə xoş xəbəri təbliğ edirlər (Efes. 5:8). Müqəddəs Kitabı və digər nəşrlərimizi işdə, yaxud məktəbdə fasilə vaxtı insanların gözü qarşısında oxumaq Müqəddəs Kitab barədə söhbətə yol aça bilər. Bir gənc bacımız bu üsuldan istifadə edərək sinif yoldaşlarından 12 nəfərlə Müqəddəs Kitabı öyrənməyə başlamışdır.

4. Nəyə görə nurumuzun işıq saçmasına nümunəvi davranışımız da daxildir?

4 Yaxşı əməllərimizlə. Nurumuzun işıq saçmasına yol verməyimizə həmçinin adi həyatda davranışımız da daxildir (Efes. 5:9). İşdə, məktəbdə və başqa yerlərdə məsihçiyə xas olan davranış tərzimiz Müqəddəs Kitab həqiqətlərini bölüşmək üçün fürsət yaradır (1 Pet. 2:12). Məsələn, beş yaşlı oğlanın nümunəvi davranışı onun müəllimini valideynlərinə növbəti sözləri deməyə təşviq etmişdi: «Mən hələ belə tərbiyəli və qanacaqlı uşaq görməmişəm!» Bəli, bizim xidmətimiz və yaxşı davranışımız insanları «həyat nuruna» cəlb edə və Allahı mədh etməyə təşviq edə bilər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş