Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/5 s. 23—27
  • Allahın nuru qaranlığı qovur!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın nuru qaranlığı qovur!
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Kitab bizə işıq gətirir
  • Ruhani qaranlığın mənbəyi
  • Qaranlıqdan işığa çıxmaq asan deyil
  • İşıq sayəsində inkişaf edirik
  • Yalan alovlardan qorunun
  • Nurda minnətdarlıqla yeriyin
  • Qoy sizin nurunuz işıq saçsın
    Müqəddəs ibadətimiz 2011
  • İşıqda gəzənlər üçün sevinc
    Gözətçi qülləsi 2001
Gözətçi qülləsi 2002
w02 1/5 s. 23—27

Allahın nuru qaranlığı qovur!

“Mənim qaranlığımı Rəbb aydınladacaqdır” (2 SAMUEL 22:29).

1. İşıq və həyat bir-biri ilə necə əlaqəlidir?

“ALLAH dedi: “Qoy işıq olsun”. İşıq oldu” (Yaradılış 1:3, MKŞ). Dünyanın yaranmasını mühüm sözlərlə təsvir edən “Yaradılış” kitabı şəhadət edir ki, Yehova işıq mənbəyidir və işıqsız yer üzündə həyat mövcud olmazdı. Yehova, həmçinin insana həyat yolu göstərməkdə zəruri olan ruhani işığın mənbəyidir (Məzmur 43:3). Davud padşah, ruhani işıqla həyatın ayrılmazlığını qeyd etmişdir: “Həyatın qaynağı səndədir; Sənin nurunla nur görürük” (Məzmur 36:9).

2. Pavelin sözlərinə görə, işıq nə ilə sıx bağlıdır?

2 Davudun padşahlıq etdiyi vaxtdan təxminən 1 000 il sonra, həvari Pavel yaradılışın təsvirinə istinad edərək, Korinfdən olan məsihçilərə yazdığı məktubunda deyirdi: “Qaranlıqdan işıq parlayacaqdır”,- [demişdir] Allah”. Pavel, ruhani işığın Yehovadan gələn biliklərlə sıx bağlı olduğunu qeyd edərək, fikrini davam etdirir: “Allah ürəklərimizi işıqlandırdı ki, İsa Məsihin simasında, Allah izzətini dərk etmək nuruna malik olaq” (2 Korinflilərə 4:6). Bu işıq bizə necə gəlib çatır?

Müqəddəs Kitab bizə işıq gətirir

3. Yehova Müqəddəs Kitabın vasitəsilə bizə hansı işığı verir?

3 Yehova bizə ruhani işığı əsas e’tibarı ilə öz Kəlamının - Müqəddəs Kitabın vasitəsilə verir. Buna görə də, biz Müqəddəs Kitabı tədqiq edib Allahdan bilik alanda, bu Kəlamda olan işığın bizi işıqlandırmasına yol veririk. Yehovanın Müqəddəs Kitab vasitəsilə bizə verdiyi ruhani işığın sayəsində, Allahın niyyətlərini və Onun iradəsini necə yerinə yetirməyi öyrənirik. Bu bizim həyatımıza mə’na verir və ruhani tələbatlarımızı ödəməyə kömək edir (Vaiz 12:1; Matta 5:3). İsa, Musanın qanununu sitat gətirərək, söylədi ki, biz ruhani tələbatlarımızın qayğısına qalmalıyıq. O dedi: “Yazılmışdır ki, “İnsan yalnız çörəklə yaşamaz, lakin Allahın ağzından çıxan hər bir sözlə yaşar” (Matta 4:4; Təsniyə 8:3).

4. İsa hansı mə’nada “dünyanın Nurudur”?

4 İsa ruhani işıqla birbaşa əlaqəlidir. O özünü “dünyanın Nuru” adlandırıb dedi: “Mənim ardımca gələn qaranlıqda yeriməyəcək və onda həyat nuru olacaq” (Yəhya 8:12). Bu sözlər, Allahın həqiqətlərinin insanlara açılmasında İsanın aparıcı rol oynadığını başa düşməyə kömək edir. Əgər qaranlıqdan uzaqlaşıb, Allahın nurunda yerimək istəyiriksə, İsanın dediklərinə - Müqəddəs Kitabda yazılan tə’limlərinə və nümunəsinə dəqiq riayət etməklə qulaq asmalıyıq.

5. İsanın ölümündən sonra onun davamçıları hansı tapşırığı yerinə yetirməli idilər?

5 Ölümündən bir neçə gün qabaq şagirdləri ilə danışarkən, İsa yenidən özü haqqında işıq kimi danışdı: “Bir az zaman da nur sizin aranızdadır. Nurunuz var ikən yeriyin ki, sizi zülmət tutmasın; ona görə ki, zülmətdə yeriyən haraya getdiyini bilməz. Nurunuz var ikən nura iman edin ki, nur övladları olasınız” (Yəhya 12:35, 36). Nur övladları olanlar, Müqəddəs Kitabdakı nümunəvi “səhih sözləri” öyrənirdilər (2 Timoteyə 1:13, 14). Sonra bu səhih sözlərlə başqa səmimi insanları cəlb etməyə çalışırdılar ki, onları qaranlıqdan Allahın nuruna çıxarsınlar.

6. İşıq və qaranlıq haqqında 1 Yəhya 1:5 ayəsindən hansı əsas həqiqəti öyrənirik?

6 Həvari Yəhya yazırdı: “Allah nurdur və Onda heç bir qaranlıq yoxdur” (1 Yəhya 1:5). Nurla qaranlıq arasında olan ziddiyətə diqqət yetirin. Ruhani nur Yehovadan gəlir, ruhani qaranlığın isə Ona heç bir aidiyyəti yoxdur. Bəs onda qaranlığın mənbəyi kimdir?

Ruhani qaranlığın mənbəyi

7. Bütün dünyada yayılan ruhani qaranlığın mənbəyi kimdir və o, insanlara hansı tə’siri göstərir?

7 Həvari Pavel, “bu əsrin tanrısı” ifadəsini yazarkən, Şeytan İblisi nəzərdə tuturdu. Pavelin sözlərinə görə, Şeytan “imansızların zehinlərini kor etmişdir ki, görünməz Allahın surəti olan Məsihin izzəti haqqındakı Müjdənin nuru onları aydınlatmasın” (2 Korinflilərə 4:4). Allaha inandıqlarını iddia edən insanların çoxu İblisin mövcudluğuna inanmır. Nəyə görə? Onlar, düşüncələrinə tə’sir göstərməyə qadir olan gizli pis qüvvənin mövcud olduğunu e’tiraf etmək istəmirlər. Buna baxmayaraq, Pavelin qeyd etdiyi kimi, İblis mövcuddur və insanlara elə tə’sir göstərir ki, onlar həqiqət işığını görmürlər. Şeytanın “bütün dünyanı aldadan” olması haqqında söylənən peyğəmbərlik sözləri, onun insanların düşüncələrinə tə’sir göstərmək qabiliyyətini təsdiq edir (Vəhy 12:9). Şeytan bütün dünyaya tə’sir göstərir, buna görə də Yehovaya xidmət etməyən insanların üzərində İşayanın bu peyğəmbərliyi yerinə yetir: “Budur, dünyanı qaranlıq və ümmətləri zülmət örtəcək” (İşaya 60:2).

8. Ruhani qaranlıqda olanların öz istiqamətlərini itirdiklərini nədən görmək olar?

8 Qaranlıqda nə isə görmək çətindir. Bu zaman asanlıqla azmaq və yoldan sapmaq olar. Eyni tərzdə ruhani qaranlıqda da, insanın dərketmə qabiliyyəti kütləşir və ruhani cəhətdən istiqaməti itirə bilir. Həqiqəti yalandan, xeyri şərdən fərqləndirmək qabiliyyəti itirilir. Bu cür qaranlıqda olan insanlar barədə İşaya peyğəmbər deyirdi: “Pisə yaxşı və yaxşıya pis deyənlərin; qaranlığı işıq yerinə və işığı qaranlıq yerinə qoyanların; acını şirin yerinə və şirini acı yerinə qoyanların vay başına!” (İşaya 5:20). Ruhani qaranlıqda yaşayanlar qaranlıq tanrısının - Şeytan İblisin tə’siri altında olduqlarına görə işıq və həyat mənbəyindən məhrum olublar (Efeslilərə 4:17-19).

Qaranlıqdan işığa çıxmaq asan deyil

9. İzah edin: həqiqi və ruhani qaranlıq qanunsuzları nəyə görə cəlb edir?

9 Allahın sadiq xidmətçisi Eyub, qanunsuz insanların həqiqi qaranlığa cəlb olunduqlarına diqqət yetirmişdi: “Zina edənin gözü də ala qaranlığı gözlər: Məni göz görməz, deyər; və üzünə örtük qoyar” (Eyub 24:15). Bundan əlavə qanunsuzlar, üzərlərində bütünlüklə hakimlik edən ruhani qaranlıqda yaşayırlar. Həvari Pavel deyirdi ki, ruhani qaranlığın tələsinə düşənlər çox vaxt cinsi əxlaqsızlığa, oğurluğa, sərxoşluğa və zorakılığa cəlb olunurlar, onlara xəsislik və acıdillik də xasdır. Lakin Allahın Kəlamının nuruna yaxınlaşan hər kəs dəyişilə bilər. Pavel korinflilərə yazdığı məktubunda bu cür dəyişikliklərin mümkün olduğunu açıq bildirdi. Və Korinfdən olan bir çox məsihçilərin əvvəllər qaranlığın işlərinə cəlb olunduqlarına baxmayaraq, Pavel onlar haqqında yazırdı: “Lakin siz təmizləndiniz, təqdis olundunuz və Rəbbimiz İsa Məsihin adı ilə, Allahımızın Ruhu ilə bəraət qazandınız” (1 Korinflilərə 6:9-11).

10, 11. a) İsa, gözünü açdığı adama necə həssaslıq göstərdi? b) Nəyə görə bir çoxları işığa doğru getmək istəmirlər?

10 İnsan zülmətdən işığa çıxanda, bir qayda olaraq onun gözləri işığa alışmalıdır. Beytsaydada İsa kor bir adamın gözlərini açdı, lakin bunu ehtiyatla və tədricən etdi. “Korun əlindən tutub, kənddən kənara çıxartdı. Gözlərinə tüpürüb, əllərini üzərinə qoyduğu zaman, ondan: “Bir şey görürsənmi?” - deyə soruşdu. O, yuxarı baxıb, dedi: “Adamları, yeriyən ağaclar kimi görürəm”. Sonra İsa əllərini yenə onun gözləri üzərinə qoydu; kor diqqətlə baxdı, sağaldı və hər şeyi aydın gördü” (Mark 8:23-25). Ehtimal ki, İsa həmin adamın gözlərini ona görə tədricən açdı ki, o, parlaq günəş işığına alışa bilsin. Nəhayət həmin adamın gözləri açılanda, onun sevincini təsəvvür edin!

11 Lakin ruhani qaranlıqdan həqiqət işığına doğru addım-addım yeriməsinə kömək edilən adamlar daha böyük sevinc hissi duyurlar. Biz onların sevincini görəndə, işığın başqalarını nəyə görə cəlb etmədiyinə təəccüb edirik. İsa bunun səbəbini izah etmişdir: “Hökm ona görədir ki, dünyaya nur gəldi və insanlar qaranlığı nurdan çox sevdilər, çünki əməlləri pis idi. Hər pislik edən, nura nifrət edər və əməlləri aşkara çıxmasın deyə nura doğru getməz. Çünki əməlləri pisdir” (Yəhya 3:19, 20). Bəli, bir çoxlarına əxlaqsız həyat tərzi, başqalarına əzab vermək, yalan danışmaq, fırıldaqçılıq və oğurluq etmək xoş gəlir. Buna görə də, Şeytanın ruhən qaranlıq dünyasında istədikləri kimi yaşamaq onlara çox rahatdır.

İşıq sayəsində inkişaf edirik

12. Yehovanın nuru bizə hansı faydanı gətirmişdir?

12 Həqiqət işığına çıxdığımız gündən, özümüzdə hansı dəyişiklikləri görürük? Bə’zən geriyə boylanıb, əldə etdiyimiz ruhani nailiyyətlər barədə fikirləşmək olar. Hansı pis vərdişlərdən azad olmuşuq? Həyatımızda nəyi yoluna qoya bilmişik? Gələcəyə dair planlarımız necə dəyişilib? Yehovanın və müqəddəs ruhunun köməyi ilə şəxsiyyətimizi və düşüncəmizi dəyişməyə davam edə bilərik; bu isə, ruhani işığı qəbul edib-etmədiyimizə şəhadət edəcəkdir (Efeslilərə 4:23, 24). Pavel demişdir: “Çünki bir zamanlar qaranlıq idiniz, indi isə Rəbbdə işıqsınız: işıq övladları kimi davranın, zira işığın bəhrəsi hər cür yaxşılıq, salehlik və həqiqətdir” (Efeslilərə 5:8, 9, İ-93). Yehovanın işığının bizə rəhbərlik etməsinə yol verərək, ümid və həyatın mə’nasını əldə edir, həmçinin başqalarını bəxtiyar edirik. Bizdə baş verən dəyişikliklər Yehovanın ürəyini necə də sevindirir! (Süleymanın məsəlləri 27:11).

13. Nuruna görə Yehovaya minnətdarlığımızı necə göstərə bilərik və bunun üçün nə tələb olunur?

13 Yehovanın nurunu əks etdirərək daha bəxtiyar olmuşuq və buna görə minnətdarlığımızı, Müqəddəs Kitabdan əldə etdiyimiz bilikləri ailəmizin üzvləri, dostlarımız və qonşularımızla bölüşməklə bildiririk (Matta 5:12-16; 24:14). Təbliğimiz və nümunəvi məsihçi davranışımız, bizə qulaq asmaq istəməyənləri ifşa edir. Pavel izah edir: “Rəbbə nəyin məqbul olduğunu öyrənməyə çalışın. Qaranlığın səmərəsiz işlərində iştirak etməyin; əksinə, onları ifşa edin” (Efeslilərə 5:10, 11). Başqalarının qaranlıqdan uzaqlaşıb, işığa çıxmalarına kömək etmək üçün, bizdən cəsarət tələb olunur. Ən başlıcası isə, insanlara şəfqət və qayğı təzahür etdirməliyik, həmçinin əbədi xeyir-dualar gətirən həqiqət işığını onlarla bölüşməyə səmimi istəyimiz olmalıdır (Matta 28:19, 20).

Yalan alovlardan qorunun

14. Nura dair hansı xəbərdarlığa diqqət yetirməliyik?

14 Gecə vaxtı açıq dənizdə uzun sürən gəmi səfərindən sonra, dənizçilər arzu edilən işığı görmək üçün necə də həsrət çəkirlər! Keçmiş dövrlərdə fırtına zamanı, İngiltərənin sahillərində qayaların üzərində gəmiləri təhlükəsiz yerə istiqamətləndirən ocaqlar qalayırdılar. Dənizçilər, xilas gətirən limana yol göstərən bu işığa görə çox minnətdar idilər. Lakin bə’zi alovlar aldadıcı olurdu. Onlar gəmiləri limana deyil, sahilyanı qayaların üzərinə istiqamətləndirirdilər. Gəmilər qəzaya uğrayır, onların yükü isə qarətçilərin qəniməti olurdu. Aldadıcı olan bu dünyada ehtiyatlı olmalıyıq ki, yalan alovlar bizi, ruhani qəzaya uğratmasın. Müqəddəs Kitabda deyilir: “İblis də nur mələyi cildinə girər”. Buna görə də onun xidmətçiləri, həmçinin dönüklər “hiyləgərliklə fəaliyyət” göstərir və “salehlik xidmətçiləri cildinə” girirlər. Biz onların yalançı dəlillərini dinləyəriksə, Müqəddəs Kitabın Yehovanın həqiqət Kəlamı olduğuna əminliyimiz büdrəyər və imanımız sönə bilər (2 Korinflilərə 11:13-15; 1 Timoteyə 1:19).

15. Həyata aparan yoldan sapmamaqda bizə nə kömək edər?

15 Məzmurçu yazırdı: “Sözün addımlarım üçün çıraq və yolum üçün işıqdır” (Məzmur 119:105). Bizim məhəbbətli Allahımız Yehova “istəyir ki, bütün insanlar xilas olub, həqiqəti dərk etsinlər”, buna görə də “həyata aparan” dar qapını aydın işıqlandırır (1 Timoteyə 2:4; Matta 7:14). Müqəddəs Kitabın öyüd-nəsihətlərini həyatımızda tətbiq edərək, dar yoldan qaranlıq yola keçməyəcəyik. Pavel yazırdı: “Hər Müqəddəs Yazı Allahdan ilham almış və tə’lim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır” (2 Timoteyə 3:16). Ruhən inkişaf edərək, Allahın Kəlamını öyrənir və onun işığında özümüzü təkzib edirik, əgər zəruridirsə yığıncaqdakı sevən ağsaqqallar bizi təkzib edirlər. Eyni zamanda, həyata aparan yoldan sapmayaq deyə, biz islah olunub, həlimliklə “salehlik tərbiyəsi” qəbul edə bilərik.

Nurda minnətdarlıqla yeriyin

16. Yehovanın gözəl nuruna görə minnətdarlığımızı necə göstərə bilərik?

16 Çox gözəl nuruna görə Yehovaya minnətdarlığımızı necə bildirə bilərik? Yəhyanın Müjdəsinin 9-cu fəslində deyilir ki, İsa anadangəlmə kor adama şəfa verəndə, o, səmimi minnətdarlığını bildirməyə təşviq olundu. Necə? O, İsaya Allahın Oğlu kimi iman gətirdi və onun peyğəmbər olduğunu açıq e’tiraf etdi. Bundan əlavə, İsanın etdiyi mö’cüzəni dəyərsiz etmək istəyənlərə qarşı cəsarətlə çıxış etdi (Yəhya 9:17, 30-34). Həvari Peter, məsihçi yığıncağının məsh edilmiş üzvlərini “Allaha məxsus xalq” adlandırdı. Nəyə görə? Çünki İsanın sağaltdığı kor adamda olduğu kimi, onlarda da minnətdarlıq ruhu var. Məsh edilmiş məsihçilər, hər bir yaxşı şeyin Mənbəyinin - onları “qaranlıqdan Öz valehedici nuruna Çağıran” Yehovanın gözəl xüsusiyyətlərini təbliğ etməklə, Ona öz minnətdarlıqlarını bildirirlər (1 Peter 2:9; Koloslulara 1:13). Yerdə yaşamaq ümidi olan insanlar da buna bənzər minnətdarlıq ruhunu təzahür etdirir və Yehovanın gözəl xüsusiyyətlərini xalq qarşısında təbliğ etməklə, məsh edilmiş qardaşlarına dəstək olurlar. Allah, qeyri-kamil insanlara necə də gözəl imkan verir!

17, 18. a) Hər bir adam nə etməlidir? b) Hər birimiz Timoteyi nədə təqlid etməliyik?

17 Həqiqət nurunu ürəkdən qiymətləndirmək vacibdir. Axı bizlərdən heç birimiz həqiqət biliyi ilə doğulmamışdır. Bə’ziləri həqiqəti artıq yetkin çağlarında öyrənir və nurun qaranlıq üzərindəki üstünlüyünü dərhal hiss edirlər. Kimlərə isə Allah yolunda olan ailədə tərbiyə almaq nəsib olmuşdur. Böyüdükcə belə insanlar həqiqəti adi hal kimi qəbul edirlər. Valideynləri hələ o doğulmamışdan qabaq Yehovaya xidmət edən bir Şahid qız, uşaqlıqdan bildiyi həqiqətin vacibliyini, həmçinin əhəmiyyətini dərk etmək üçün uzun müddət və çox qüvvə tələb olunduğunu e’tiraf etdi (2 Timoteyə 3:15). Bizim hamımız - cavanlar və yaşlılar - Yehovanın bizə açdığı həqiqətə görə dərin minnətdarlıq hissi inkişaf etdirməliyik.

18 Gənc Timotey “Müqəddəs Yazıları... uşaqlıqdan e’tibarən” bilirdi, lakin məhz Allaha xidmətinin sayəsində yetkin məsihçi ola bildi (2 Timoteyə 3:15). Bu xidmət onu həvari Pavellə əməkdaşlığa hazırladı. Pavel ona öyüd verirdi: “Çalış ki, özünü Allaha sınaqdan çıxmış, utanmağa əsası olmayan və həqiqət sözünü doğruluqla öyrədən bir işçi kimi təqdim edəsən”. Gəlin, Timoteyi təqlid edərək elə davranaq ki, utanmağa əsasımız olmasın və Yehova da bizə görə utanmasın! (2 Timoteyə 2:15).

19. a) Davud padşah kimi, nəyi etməyə tam əsasımız var? b) Növbəti məqalədə nəyi müzakirə edəcəyik?

19 Bizə həqiqət nurunu açan Yehovaya izzət verməyə hər bir əsasımız var. Davud padşah kimi, biz də deyirik: “Çırağım sənsən, ya Rəbb; və mənim qaranlığımı Rəbb aydınladacaqdır” (2 Samuel 22:29). Lakin Allahın bizi çıxartdığı qaranlığa yenidən düşməmək üçün, məğrurluq hissini inkişaf etdirməməliyik. Buna görə də növbəti məqalə, Allahın həqiqətinin bizim üçün nə qədər vacib olduğunu qiymətləndirməkdə kömək edəcəkdir.

Təkrar üçün suallar

• Yehova bizi ruhani cəhətdən necə maarifləndirir?

• Dünya ruhani qaranlıqda olduğu üçün, biz hansı çətinliklərlə qarşılaşırıq?

• Hansı təhlükələrdən qaçınmalıyıq?

• Həqiqət nuruna görə öz minnətdarlığımızı hansı tərzdə göstərə bilərik?

[23-cü səhifədəki şəkil]

Yehova fiziki və ruhani işığın mənbəyidir.

[25-ci səhifədəki şəkil]

Şeytanın yalan alovları ruhani qəzaya uğradır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş