«Bunu həmişə edin» Xatirə gecəsi aprelin 5-i qeyd olunacaq
1. Xatirə gecəsini qeyd etmək nəyə görə olduqca vacibdir?
1 «Xatirəmi yad etmək üçün bunu həmişə edin» (Luka 22:19). İsa Məsih bu sözləri deməklə şagirdlərinə həyatını qurban verdiyi günü qeyd etmələrini tapşırdı. Fidyə tam şəkildə ödənildiyinə görə məsihçilər üçün hər il Xatirə gecəsini qeyd etmək qədər vacib və əziz heç nə yoxdur. Aprel ayının 5-i artıq yaxınlaşır, bəs biz Yehovaya minnətdarlığımızı necə göstərə bilərik? (Kolos. 3:15).
2. Araşdırma aparmağın və düşünməyin sayəsində Xatirə gecəsinə görə minnətdar olduğumuzu necə göstərə bilərik?
2 Hazırlaş. Adətən, vacib saydığımız şeylərə qabaqcadan hazırlaşırıq. Biz İsa Məsihin yerüzü həyatının son günlərində baş vermiş hadisələri ailəlikcə nəzərdən keçirməklə və onların üzərində düşünməklə ürəyimizi Xatirə gecəsinə hazırlaya bilərik (Ezra 7:10, KM). Təqvimdə və «Müqəddəs Yazıları hər gün araşdırın» broşürasında Müqəddəs Kitabdan bəzi parçalar, «Gözətçi qülləsi»nin 2011-ci il aprel—iyun sayının 21—24-cü səhifələrində isə tam siyahı ilə birlikdə «İsa Məsihin həyatı və xidməti» kitabından münasib fəsillər gətirilir.
3. Xidmətdə daha çox iştirak etməklə Xatirə gecəsinə görə minnətdarlığımızı necə göstərə bilərik?
3 Təbliğ et. Biz Xatirə gecəsinə görə minnətdar olduğumuzu xidmətdə əlimizdən gəldiyi qədər çox iştirak etməklə də göstərə bilərik (Luka 6:45). Xidmətdə daha çox iştirak etmək üçün, hətta, ola bilsin, köməkçi pioner xidməti götürmək üçün qrafikində dəyişikliklər edə bilərsənmi? Nəyə görə növbəti ailəvi ibadət zamanı bunu ailənizlə müzakirə etməyəsiniz?
4. Xatirə gecəsini qeyd etməyimiz bizə hansı faydanı gətirə bilər?
4 Hər il Xatirə gecəsində iştirak etmək bizə böyük fayda gətirir! Yehovanın yeganə Oğlunu fidyə kimi təqdim etməklə göstərdiyi fədakarlığın üzərində düşünsək, xidmətdə sevincimiz və Allaha məhəbbətimiz artacaq (Yəh. 3:16; 1 Yəh. 4:9, 10). Bu, bizi vadar edəcək ki, artıq özümüz üçün yaşamayaq (2 Kor. 5:14, 15). Eyni zamanda, bu, bizdə insanlar qarşısında Yehovaya həmd etmək istəyi oyadacaq (Məz. 102:19—21). Əlbəttə, Yehovanın yaxşılıq bilən xidmətçiləri böyük səbirsizliklə gözləyirlər ki, aprelin 5-i Xatirə gecəsi zamanı Ağamızın ölümünü bəyan etsinlər (1 Kor. 11:26).