Maneələri dəf et: gərgin qrafikin olanda
1 Nəyə görə bəziləri Müqəddəs Kitabı öyrənməyi təklif etməyə çəkinirlər?
1 Bəziləri gərgin qrafikləri ucbatından Müqəddəs Kitabı öyrənməyi təklif etməyə çəkinirlər. Öyrənən insanın qayğısına qalmaq — öyrənməyə hazırlaşmaq, onu keçirmək və öyrənənin ruhən inkişaf etməsinə mane olan əngəllərin öhdəsindən gəlməyə kömək etmək üçün vaxt tələb olunur. Həvari Pavel Saloniki şəhərində Yehova haqqında öyrənənlərə kömək etmək üçün hətta canını belə verməyə hazır olduğunu demişdi (1 Salon. 2:7, 8). Gərgin qrafikimizin olmasına baxmayaraq, Müqəddəs Kitabı öyrətmək üçün nə edə bilərik?
2. Yehovaya məhəbbətdən irəli gələrək vaxtımızdan səmərəli şəkildə necə istifadə edə bilərik?
2 Yehovaya xidmət vaxt tələb edir. Aydın məsələdir ki, ibadət vaxt tələb edir. Məsələn, biz müntəzəm olaraq yığıncaqlarda, xidmətdə iştirak edir, Müqəddəs Kitabı oxuyur və dua edirik. Evli insan nə qədər məşğul olmasına baxmayaraq, öz həyat yoldaşına böyük məmnuniyyətlə vaxt ayırır. Eynilə, biz də böyük məmnuniyyətlə Yehovaya məhəbbətdən irəli gələrək ibadət etmək üçün daha çox vaxtı satın almalıyıq (Efes. 5:15—17; 1 Yəh. 5:3). İsanın sözlərinə əsasən, şagird hazırlamaq işi ibadətimizin vacib hissəsidir (Mat. 28:19, 20). Bunun üzərində dərindən düşünmək bizə Müqəddəs Kitabı öyrətmək məsuliyyətindən boyun qaçırmamağa kömək edəcək.
3. Şəraitimiz ucbatından, vaxtımız yoxdursa, Müqəddəs Kitabı öyrətmək üçün nə edə bilərik?
3 Bəs əgər gərgin iş qrafikinə, xroniki xəstəliyə və ya teokratik məsuliyyətlərə görə vaxtımız yoxdursa, onda necə? Bəzən təbliğçilər Müqəddəs Kitab öyrənməsini telefon və kompüter vasitəsilə keçirməli olurlar. Xroniki xəstəlik ucbatından vaxtı olmayan təbliğçi Müqəddəs Kitabı öyrətdiyi insanı öz evinə dəvət edirlər. Bəziləri başqa bir təbliğçini də dəvət edirlər ki, özlərini pis hiss etdikləri halda o, öyrənməni keçirə bilsin.
4. İnsanlara Müqəddəs Kitabı öyrətməyin sayəsində hansı xeyir-duaları əldə edirik?
4 Pavel böyük sevinclə öz vaxtını və qüvvəsini insanlara həqiqəti öyrənməyə kömək etmək üçün sərf edirdi (Həv. iş. 20:35). Salonikidə gördüyü işlər barədə düşünmək onu Allaha şükür etməyə təşviq etdi (1 Salon. 1:2). Əgər gərgin qrafikimizin bizə Müqəddəs Kitabı öyrətmək işində iştirak etməkdə mane olmasına yol verməsək, xidmətdən daha çox sevinc və məmnunluq duyacağıq.