Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w24 noyabr s. 31
  • Müntəzəm mütaliə etməyə kömək edən addımlar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müntəzəm mütaliə etməyə kömək edən addımlar
  • Gözətçi qülləsi 2024
  • Oxşar material
  • Ailə qrafiki: ailəvi öyrənmə
    Müqəddəs ibadətimiz 2005
  • Maneələri dəf et: gərgin qrafikin olanda
    Müqəddəs ibadətimiz 2012
  • Hamı üçün Müqəddəs Kitab dərsləri
    Gözətçi qülləsi 2015
  • Müqəddəs Kitabı ailəvi olaraq öyrənirsinizmi?
    Müqəddəs ibadətimiz 2006
Əlavə
Gözətçi qülləsi 2024
w24 noyabr s. 31
Bacı mütaliə edərkən notbukdan, Müqəddəs Kitabdan və qeyd dəftərindən istifadə edir. O, «Yeni Dünya Tərcüməsi»ndə B9 əlavəsindəki «Dənyalın peyğəmbərlik etdiyi dünya imperiyaları» adlı sxemə baxır.

Mütaliəni müntəzəm etmək üçün kömək

HƏR həftə fərdi mütaliə etmək sizə çətin, darıxdırıcı gəlir? Hərdən bu hamımıza çətin olur. Amma gəlin müntəzəm etdiyimiz digər şeylər barədə də düşünək. Məsələn, duş qəbul etmək. Bu, vaxt və güc tələb etsə də, nəticədə təravət tapırıq, rahatlanırıq. Eynilə Müqəddəs Kitabı mütaliə edəndə «Allahın sözü ilə yuyunub» təmizlənirik və ruhani cəhətdən təravət tapırıq (Efes. 5:26). Gəlin bizə kömək edəcək bəzi məsləhətlər nəzər salaq.

  • Cədvəl tərtib edin. Müqəddəs Kitabın mütaliəsi daha vacib şeylərin sırasındadır (Filip. 1:10). Məsihi buna ciddi yanaşmalıdır. Mütaliə etməyi unutmamaq üçün tərtib etdiyiniz cədvəli görünən yerə, məsələn, soyuducunun qapısına yapışdıra bilərsiniz. Bundan əlavə, mütaliə vaxtınızın yaxınlaşdığını sizə xatırlatması üçün elektron cihazınızda zəngli saat qurmaq olar.

  • Öz vəziyyətinizi nəzərə alın. Hansı üsulla mütaliə edəndə diqqətinizi cəmləmək sizə daha asan olur: bir dəfəyə bir saat vaxt ayırmaq, yoxsa bir neçə dəfəyə az-az mütaliə etmək. Öz vəziyyətinizi siz daha yaxşı bilirsiniz. Odur ki, cədvəlinizi buna uyğun qurun. Əgər həmin vaxta gələndə özünüzü həvəssiz hiss etsəniz, heç olmasa, cəmi 10 dəqiqə mütaliə edə bilərsiniz? Az da olsa mütaliə etmək heç etməməkdən daha yaxşıdır. Mütaliəyə başlayandan sonra, ola bilsin, davam etməyə həvəsiniz yaranacaq (Filip. 2:13).

  • Mövzuları əvvəlcədən seçin. Əgər mütaliə etməyə oturub sonra mövzu seçsəniz, ola bilsin, vaxtınızdan səmərəli istifadə etməyəcəksiniz (Efes. 5:16). Çalışın mütaliə etmək istədiyiniz məqalələrin və mövzuların siyahısını tutasınız. Nə vaxt ağlınıza sual gəlsə, onu bir yerə qeyd edin. Hər dəfə mütaliə edib qurtarandan sonra araşdırmaq istədiyiniz mövzuların siyahısına başqalarını da əlavə edə bilərsiniz.

  • Dəyişikliklər etməyə hazır olun. Cədvəlinizi elə qurun ki, lazım gələndə dəyişiklik edə biləsiniz. Nə vaxt, nə qədər və nəyi mütaliə etməyinizdən çox mütaliəni müntəzəm etməyiniz vacibdir.

Müntəzəm mütaliənin bizə böyük faydası var. Bunun sayəsində Yehovaya yaxınlaşırıq, həyatda düzgün qərarlar verməyi öyrənirik və təravət tapırıq (Yuş. 1:8).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş