Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 12/14 s. 7
  • Yeni həmd nəğmələri!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yeni həmd nəğmələri!
  • Müqəddəs ibadətimiz 2014
  • Oxşar material
  • Yehovanı nəğmədə şövqlə tərənnüm edin
    Məsihi həyatı və ibadəti iş dəftəri 2018
  • Görüşlərimizdə Yehovanı nəğmələrdə tərənnüm etməyə hazırsınızmı?
    Müqəddəs ibadətimiz 2009
  • Yehovanı nəğmələrdə tərənnüm edin!
    Gözətçi qülləsi 2010
  • Mütaliə üçün tövsiyə
    Gözətçi qülləsi 2023
Əlavə
Müqəddəs ibadətimiz 2014
km 12/14 s. 7

Yeni həmd nəğmələri!

1 Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin (Pensilvaniya) 2014-cü ilin 4 oktyabr tarixində keçirilən illik görüşündə elan olundu ki, hal-hazırkı nəğmə kitabı yenilənəcək. Bu, çox sevindirici bir xəbərdir! İştirakçıların hamısına Padşahlıq nəğmələrinin ibadətimizdə mühüm rol oynadığı bir daha bildirildi (Məz. 96:2).

2 Sizdə sual yarana bilər ki, nəğmə kitabını yeniləməyə nə ehtiyac var? Bunun bir çox səbəbləri var. Əvvəla, biz Müqəddəs Yazıları get-gedə daha yaxşı başa düşürük və bu, nəğmələrin sözlərində də öz əksini tapmalıdır (Sül. məs. 4:18). Digər səbəb odur ki, hazırkı nəğmə kitabındakı bir çox sözlər və ifadələr «Yeni Dünya Tərcüməsi»nin əvvəlki nəşrinə əsaslanıb. İndi isə bu sözlər yenilənmiş nəşrin sözlərinə müvafiq olaraq dəyişdirilməlidir. Nəğmələrin sözlərini dəyişdirmək üçün genişmiqyaslı iş görmək lazım gəldiyindən qərara alınmışdır ki, nəğmə kitabına bir neçə yeni nəğmə də əlavə olunsun.

3 Yeni nəğmələri oxumaq üçün yeni nəğmə kitabının çıxmasını gözləməli olmayacağıq. Sizə xəbər verməyə şadıq ki, növbəti aylar ərzində bir neçə yeni nəğmə jw.org veb-saytında yerləşdiriləcək. Hər yeni nəğmə çıxanda Xidməti görüşün sonunda oxumaq üçün «yeni nəğmə» adı ilə cədvələ salınacaq.

4 Yeni nəğmələri necə öyrənməli? Bəziləri üçün yeni nəğmələri öyrənmək çətin ola bilər. Amma biz də məzmurçu kimi, susmayıb yığıncaq görüşlərində Yehovaya həmd ucaltmaq istəyirik (Məz. 30:12). Yeni nəğmələri öyrənmək üçün bunlara riayət edin.

  • Nəğmənin veb-saytda yerləşdirilmiş piano ifasına dönə-dönə qulaq asın. Nə qədər qulaq assanız, yadda saxlamaq bir o qədər asan olacaq.

  • Nəğmənin sözlərini əzbərləməyə çalışın.

  • Nəğmənin musiqisini öyrənənə qədər oxuyub məşq edin.

  • Ailəvi ibadət zamanı nəğməni ailənizlə birgə bir neçə dəfə təkrar-təkrar oxuyun ki, onlar da tam öyrənə bilsinlər.

5 Növbəti aylarda Xidməti görüşün sonunda cədvələ görə yeni nəğmə oxunmalı olanda yığıncaq əvvəlcə nəğmənin piano ifasına qulaq asacaq sonra isə oxuyacaq.

6 Necə də xoşdur ki, görüşlərdə hamımız bir ağızdan nəğmə oxuyub Yehovaya həmdlər ucaldırıq. Buna görə də yığıncaq görüşlərində nəğmə oxunan zaman ciddi səbəb olmadan yerimizdən ayrılmamalıyıq.

7 Biz ruhani nəğmələrə hörmətlə yanaşdığımızı başqa cür də göstərə bilərik. Konqreslərdə hər hissə başlamazdan əvvəl musiqi səslənir. İldə iki dəfə bizim sadiq bacı-qardaşlarımız yerin dörd bir guşəsindən öz xərcləri hesabına Patersona (Nyu–York) gəlirlər ki, ibadət zamanı səslənəcək gözəl musiqi ərsəyə gətirsinlər. Beləliklə, görüşün sədri bizi yerlərimizdə əyləşib orkestr ifasına qulaq asmağa dəvət edəndə biz bu göstərişə əməl etməliyik. Beləcə, eşidəcəyimiz fikirlərə ürəyimizi hazırlayacağıq (Ezra 7:10).

8 Bugünkü görüşümüzün sonunda biz «Qoy Padşahlığın tez gəlsin!» adlı yeni nəğməni oxuyacağıq. Sonuncu illik görüşdə təqdim olunan bu nəğmə məxsusi olaraq Padşahlığın 100 illiyi münasibəti ilə bəstələnmişdir.

9 Sözsüz ki, Yehovanın verdiyi «yaxşı şeylər»dən biri də yeni nəğmələrdir (Mat. 12:35a). Gəlin qarşımıza məqsəd qoyub yeni mahnıları öyrənək və onları ürəkdən oxuyaraq Allahımıza həmdlər və təriflər ucaldaq! (Məz. 147:1).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş