MƏSİHİ HƏYATI
Yehovanı nəğmədə şövqlə tərənnüm edin
Bulus və Sila dustaqxanada olanda nəğmə oxuyub Allahı tərənnüm edirdi (Hv 16:25). Nəğmə oxumaq onlara tab gətirmək üçün güc verdi. İbadət zamanı oxuduğumuz nəğmələr və saytımızda çıxan nəğmələr bizi ruhlandırır və sınaqlar vaxtı sadiq qalmağa kömək edir. Bundan başqa, bu nəğmələrlə Yehovanı tərənnüm edirik (Zb 28:7). Biz tez-tez təşviq olunuruq ki, heç olmasa bir neçə nəğməni əzbərləyək. Heç buna cəhd göstərmisiniz? Ailəvi ibadət zamanı nəğmələri oxuyub sözlərini əzbərləmək olar.
«UŞAQLAR YEHOVANI NƏĞMƏDƏ TƏRƏNNÜM EDİR» ADLI VİDEOYA BAXANDAN SONRA AŞAĞIDAKI SUALLARA CAVAB VERİN:
Həmd nəğmələrini oxumağın bizə hansı faydası var?
Audio/Video şöbələri nəğməni yazıya almazdan əvvəl necə hazırlaşırlar?
Uşaqlar və onların ailəsi yazıya necə hazırlaşırlar?
Ən çox hansı həmd nəğməsini sevirsiniz və nəyə görə?