ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏSTƏR 6—10
Əstər Yehova və Onun xalqı uğrunda fədakarlıq etdi
Əstər Yehovanı və Onun xalqını cəsarətlə və fədakarcasına müdafiə etdi
Əstər və Mərdəhayı heç bir təhlükə gözləmirdi. Ancaq Həmanın şaha imzalatdırdığı fərmana əsasən, imperiyanın hər yerində yaşayan yəhudilər məhv ediləcəkdi
Əstər yenə də həyatını təhlükəyə ataraq çağırılmadan şahın hüzuruna getdi. O, ağlaya-ağlaya şahdan xahiş etdi ki, xalqı ilə bağlı verilən dəhşətli fərmanı ləğv etsin
Şahın adı ilə qəbul edilən qanun ləğv edilə bilməzdi. Buna görə də şah Əstər və Mərdəhaya yeni qanun verməyə səlahiyyət verdi
Yehova xalqına böyük zəfər qazandırdı
İkinci fərman car çəkildi, yəhudilərə canlarını qorumaq ixtiyarı verildi
İmperiyanın hər tərəfinə qasidlər göndərdilər, yəhudilər döyüşə hazırlaşdılar
Çoxları Allahın yəhudilərlə olduğunu gördü və yəhudi prozeliti oldu