MƏSİHİ HƏYATI
Yaxşı şərhlər hazırlayın
Yaxşı şərhlər bacı-qardaşları ruhlandırır (Rm 14:19). Şərhlərin şərh verənin özünə də böyük faydası var (Ms 15:23, 28). Buna görə də çalışmalıyıq ki, görüşdə heç olmasa bir dəfə şərh verək. Təbii ki, hər dəfə əlimizi qaldıranda bizdən soruşmayacaqlar. Bu səbəbdən bir neçə şərh hazırlasaq, yaxşı olar.
Yaxşı şərh...
sadə, aydın və qısa olmalıdır, mümkün qədər 30 saniyəni aşmamalıdır
ürəkdən gəlməlidir, əzbərlənmiş olmamalıdır
artıq söylənmiş fikrin təkrarı olmamalıdır
İlk şərhi siz verirsinizsə,..
sadə və konkret cavab verin
Suala cavab verilibsə,..
gətirilən ayənin müzakirə olunan sualla bağlılığını göstərin
müzakirə olunan sualın həyatımıza hansı aidiyyəti olduğunu qeyd edin
bu məlumatdan necə istifadə etməyi göstərin
əsas fikri vurğulayan qısa hadisə danışın