Suallar qutusu
◼ Yığıncaq görüşlərində daha keyfiyyətli şərhlər verməyə necə nail ola bilərik?
Biz həftəlik yığıncaq görüşlərimizi səbirsizliklə gözləyirik. Orada biz imanımızı ifadə etmək və şərhlərimizlə başqalarını həvəsləndirmək imkanına malikik (Sül. məs. 20:15; İbr. 10:23, 24). Biz şərh vermək imkanına üstünlük kimi baxmalıyıq və onları müntəzəm olaraq verməyə çalışmalıyıq. Daha keyfiyyətli şərhlər verməyə necə nail ola bilərik?
İlk addım hazırlaşmaqdır. Materialı əvvəlcədən oxumaq və üzərində düşünmək vacibdir. Verilən materialın məğzini anlamağa çalış. Ola bilsin, həmin mövzu əvvəllər artıq müzakirə olunmuşdur, lakin sən orada əlavə fikirləri axtarmağa çalış. Materialın əsas mövzusunu yadda saxla. Şərhlər Müqəddəs Kitabın hər hansı bir hissəsini dərindən araşdıran nəşrlərdən alınanda çalış ki, Müqəddəs Yazıların müəyyən ayəsinin, özündən əvvəlki və sonrakı ayələrə necə aid olduğunu anlayasan. Bu kimi məsləhətlərə riayət etməyin sənin düşünmək qabiliyyətini daha da fəallaşdıracaq. Bu sənə yaxşı şərhlər hazırlamaqda və onları verməyi bacarmaqdan sevinc hissi duymağına kömək edəcək.
Ən yaxşı şərh — qısa, sadə və öyrənilən nəşrə əsaslanan şərhdir. Birinci şərh verən, birbaşa suala cavab verməlidir ki, əlavə şərhlər üçün də fikirlər qalsın. Çox vaxt alan və başqalarına öz fikirlərini söyləməyə imkan verməyən uzun-uzadı, qarışıq şərhlərdən qaçın. Nəşrdən sözbəsöz oxumaq əvəzinə öz sözlərinlə cavab ver. Müqəddəs Kitabdan gətirilən ayələrdəki fikirləri əlavə şərhlərə daxil etmək olar. Gərəksiz təkrardan qaçınmaq üçün başqalarının şərhlərini diqqətlə dinlə.
Yaxşı olar ki, əlini bir neçə dəfə qaldırasan, lakin hər abzasda yox. Biz lap gənc olanları da şərhlər verməyə də’vət edirik. Əgər sən şərh verməyə cür’ət etmirsənsə, əvvəlcədən görüşü keçirən qardaşa hansı abzasa cavab vermək istədiyini deyə bilərsən və o, ehtimal ki, sənə belə bir imkan verə biləcək.
Bizim hamımız, dinləyicilərin iştirak etməyə imkanları olan görüşləri zənginləşdirmək üçün ürəkdən sə’y göstərməliyik. Yadda saxla ki, bu görüşlərin müvəffəqiyyətli keçməsi xeyli dərəcədə bizim sə’yimizdən və keyfiyyətli şərhlərimizdən asılıdır (Məz. 26:12).