MƏSİHİ HƏYATI
«Yehova sənə cəsarət verəcək»
Heç olubmu ki, məktəbdə Yehovanın Şahidi olduğunuzu deməyə, şahidlik etməyə çəkinəsiniz? Yehova haqqında danışmağa sizi nə cəsarətləndirə bilər? (1Sk 2:2). Nəyə görə çəkinmədən şahidlik etmək vacibdir? «Yehova sənə cəsarət verəcək» adlı cizgi filminə baxandan sonra növbəti suallara cavab verin:
- Müqəddəs Kitabdakı hansı personajın nümunəsi Nərminə cəsarətli olmağa kömək etdi? 
- Ailəvi ibadətdə məşq etmək Nərminə necə kömək etdi? 
- Nəyə görə məktəb yoldaşlarınıza təbliğ etmək vacibdir? 
- Artıq məktəbi bitirənlər bu cizgi filmindən nə öyrənə bilərlər?