Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb21 mart s. 5
  • Anma mərasiminə hazırlaşırsınız?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Anma mərasiminə hazırlaşırsınız?
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
  • Oxşar material
  • Kimi dəvət edəcəyəm?
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
  • Anma mərasimini keçirəcəksiniz, Yehova sizə yar olacaq!
    Gözətçi qülləsi 2023
  • «Bunu məni anmaq üçün edin»
    Müqəddəs ibadətimiz 2007
  • «Bunu həmişə edin» Xatirə gecəsi aprelin 5-i qeyd olunacaq
    Müqəddəs ibadətimiz 2012
Əlavə
Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
mwb21 mart s. 5
Butrus və Yəhya çörəyi və camları süfrəyə qoyur.

Butrus və Yəhya b. e. 33-cü ilində Pasxa bayramı üçün üst mərtəbədəki otağı hazırlayır

MƏSİHİ HƏYATI

Anma mərasiminə hazırlaşırsınız?

İsanın keçirdiyi sonuncu Pasxa bayramı əlamətdar idi. Tezliklə öləcəyi üçün o, Pasxa yeməyini həvariləri ilə birgə yeməyi və Ağanın şam yeməyi adlanan mərasimi təsis etməyi planlaşdırırdı. Bu mərasim hər il keçiriləcəkdi. İsa Butrusla Yəhyanı mərasim üçün otağı hazırlamağa göndərdi. (Lk 22:7—13; üz qabığındakı şəklə baxın.) Bu bizə martın 27-də qeyd ediləcək anma mərasiminə hazırlaşmalı olduğumuzu xatırladır. Yığıncaqlar, ehtimal ki, növbəti hazırlıqları görür: natiqi təyin edir, simvolları təşkil edir və s. Bəs hər birimiz anma mərasiminə şəxsən necə hazırlaşa bilərik?

Ürəyinizi hazırlayın. Anma mərasimi ilə bağlı Müqəddəs Kitab parçalarını oxuyub üzərində düşünün. «Müqəddəs Yazıları hər gün araşdırın» broşüründə buna aid cədvəl var. «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin B12 əlavəsində daha təfərrüatlı cədvəl yerləşir. (Həmçinin «Məsihi həyatı və ibadəti. İş dəftəri»nin 2020-ci il aprel sayına baxın.) Ailələr «Gözətçi Qülləsi nəşrlərinin indeksi» və «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaiti vasitəsilə fidyənin vacibliyi barədə məlumatlar tapıb ailəvi ibadətlərində araşdıra bilərlər.

Ailə ibadət axşamında anma mərasimi mövzusunu müzakirə edir.

Başqalarını dəvət edin. Dəvət kampaniyasında tam iştirak edin. Düşünün görün təkrar söhbət etdiyiniz kəsləri, əvvəllər Müqəddəs Kitab dərsi keçdiyiniz şagirdləri, tanışlarınızı və qohumlarınızı dəvət edə bilərsiniz? Ağsaqqallar qeyri-fəalları dəvət etməlidirlər. Unutmayın ki, əgər kimsə sizin ərazidə yaşamırsa, onun yaşadığı ərazidə keçiriləcək anma mərasiminin yerini və vaxtını jw.org saytında HAQQIMIZDA bölməsində «Anma mərasimi» başlığına daxil olmaqla öyrənə bilərsiniz.

İki ağsaqqal qeyri-fəal qardaşa baş çəkib, onu anma mərasiminə dəvət edir.

Daha necə hazırlaşa bilərik?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş