Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp21 №  1 s. 8—9
  • Nəyə görə Allah bütün duaları qəbul etmir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nəyə görə Allah bütün duaları qəbul etmir?
  • Gözətçi qülləsi (kütləvi) 2021
  • Oxşar material
  • Allaha dua vasitəsilə yaxınlaşın
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Dua
    Müqəddəs Kitab təlimləri
  • Dua kömək edirmi?
    Gözətçi qülləsi 2001
  • Dua edərək Allaha yaxınlaşın
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2021
wp21 №  1 s. 8—9

Nəyə görə Allah bütün duaları qəbul etmir?

Yaradanımız Yehova Allaha bəndələrinin sidqi-ürəkdən etdiyi duaları eşitmək xoşdur. Amma müəyyən səbəblərə görə O bəzi duaları qəbul etmir. Bunlar hansı səbəblərdir? Dua edərkən nələri nəzərə almalıyıq? Gəlin bəzi ayələrə baxaq.

Kilsədə dua kitabından dua oxuyan bir qrup insan.

«Dua edəndə başqa xalqlardan olanlar kimi eyni sözləri təkrar-təkrar deməyin» (Mətta 6:7).

Yehova Allah əzbərlənmiş duaları, yaxud dua kitabından oxunan duaları qəbul etmir. O istəyir ki, ürəyimizdəkiləri Ona açıb danışaq. Əgər dostunuz sizə hər gün eyni şeyləri söyləsəydi, bu sizə necə təsir edərdi? Yaxın dostlar adətən bir-biri ilə açıq, səmimi ünsiyyət edirlər. Biz öz sözlərimizlə dua edəndə ən məhrəm hisslərimizi Allahla bölüşürük və göstəririk ki, Ona etibar edirik.

Kişi lotoreya biletindəki nömrələri silərkən göyə baxır.

«Diləyəndə də ala bilmirsiniz, çünki yaxşı məqsədlə yox, nəfsinizi doydurmaq üçün diləyirsiniz» (Yaqub 4:3).

Əgər Allaha xoş olmayan bir əməl üçün, yaxud Ona məqbul olmayan bir şeyi əldə etmək üçün dua ediriksə, sözsüz ki, Allahın duamıza cavab verəcəyini gözləməməliyik. Məsələn, qumarbaz oyunda bəxtinin gətirməyi üçün dua edirsə, Yehova Allah onun duasını eşidər? Axı Allah buyurub ki, tamahkar olmayaq, bəxtə-taleyə inanmayaq (Əşiya 65:11; Luka 12:15). Sözsüz ki, Allah belə duaları qəbul etməz! Allahın dualarımıza cavab verməsi üçün diləklərimiz Onun Kəlamında deyilənlərə uyğun olmalıdır.

Keşiş bir qrup əsgər üçün dua edir.

«Kim ki qulağını tıxayıb qanunu eşitmir Onun duası da iyrəncdir» (Məsəllər 28:9).

Qədimdə Allah Onun adil qanunlarına itaət etməyənlərin dualarını dinləmirdi (Əşiya 1:15, 16). Allah dəyişməyib (Məlaki 3:6). Allahın dualarımıza cavab verməsini istəyiriksə, Onun qanunlarına itaət etməliyik. Bəs əgər əvvəllər günaha yol vermişiksə, onda necə? Bu o deməkdir ki, Yehova Allah daha heç vaxt bizim dualarımızı dinləməyəcək? Xeyr! Əgər pis əməlimizdən dönüb, Allahı razı salmaq üçün əlimizdən gələni etsək, Allah bizi bağışlayacaq (Həvarilərin işləri 3:19).

«Allaha yaxınlaşan adam Onun varlığına və Onu cidd-cəhdlə axtaranlara mükafat verdiyinə inanmalıdır» (İbranilərə 11:6).

Qadın Müqəddəs Kitabı oxuyur.

Dua sadəcə stresli vaxtlarımızda rahatlıq tapmaq üçün bir vasitə deyil. Dua edəndə Allaha iman etdiyimizi göstəririk. Dua ibadətin bir hissəsidir. Müqəddəs Kitabda yazılıb ki, imanla diləməyən adam Yehovadan heç nə ummamalıdır (Yaqub 1:6, 7). Allaha imanımızı möhkəmləndirmək üçün vaxt ayırıb Müqəddəs Kitabı oxumalı, Allahı yaxından tanımalıyıq. Bunun sayəsində Onun iradəsini öyrənəcəyik və dua edəndə əmin olacağıq ki, O dualarımızı eşidir.

RUHDAN DÜŞMƏYİN!

Allah bütün dualara cavab verməsə də, milyonlarla insanın etdiyi səmimi duaları dinləyir və onlara cavab verir. Müqəddəs Kitabda izah olunur ki, dualarınızın Allaha məqbul olması üçün nə edə bilərsiniz. Növbəti məqalədə bu barədə danışılır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş