Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp21 №  1 s. 10—13
  • Necə dua etmək lazımdır ki, Allah qəbul etsin?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Necə dua etmək lazımdır ki, Allah qəbul etsin?
  • Gözətçi qülləsi (kütləvi) 2021
  • Başlıqlar
  • Oxşar material
  • YALNIZ YEHOVA ALLAHA DUA EDİN
  • ÜRƏKDƏN DUA EDİN
  • ALLAHA MƏQBUL DUA EDİN
  • NƏ HAQDA DUA ETMƏK OLAR?
  • SƏBİRLİ OLUN VƏ DAİMA DUA EDİN
  • Dua edərək Allaha yaxınlaşın
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Dua
    Müqəddəs Kitab təlimləri
  • Allaha dua vasitəsilə yaxınlaşmaq
    Allah bizdən nə tələb edir?
  • Allaha dua vasitəsilə yaxınlaşın
    Müqəddəs Kitab əslində nə öyrədir?
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2021
wp21 №  1 s. 10—13

Necə dua etmək lazımdır ki, Allah qəbul etsin?

Yehova duaları eşidən Allahdır (Zəbur 65:2). Biz Ona istənilən yerdə, istənilən an, ucadan və ya ürəyimizdə dua edə bilərik. Yehova Allah istəyir ki, biz Ona «Ata» deyə müraciət edək. O, doğrudan da, dünyada ən yaxşı Atadır (Mətta 6:9). Yehova Allah bizi sevir, etdiyimiz duaları eşitmək istəyir, buna görə də bizə düzgün dua etməyi öyrədir.

YALNIZ YEHOVA ALLAHA DUA EDİN

«Məndən başqa allahınız olmamalıdır. Özünüz üçün nə yuxarıda — səmada, nə aşağıda — yerdə, nə də yerdəki sularda olan şeylərin heç birinin bütünü və ya surətini düzəltməyin» (Çıxış 20:3, 4).

Bu sözlərdən görünür ki, Yehova yalnız Ona dua etməyimizi istəyir. Surətlərin, din xadimlərinin, mələklərin, ulu əcdadların vasitəsilə edilən dua Ona xoş deyil. Həmçinin Allahın göndərdiyi İsa Məsih özünü günahlarımızdan ötrü qurban vermişdi. Odur ki, Məsihin bu vacib rolunu qəbul etməli və Allaha onun adı ilə dua etməliyik. İsa demişdi: «Mənim vasitəçiliyim olmadan heç kəs Atanın yanına gələ bilməz» (Yəhya 14:6).

ÜRƏKDƏN DUA EDİN

«Ürəyinizi Ona açın» (Zəbur 62:8).

Biz Yehova Allaha dua edəndə sanki atamızla danışırmış kimi Onunla danışmalıyıq. Dua kitabından oxunan dualar, yaxud əzbərlənmiş dualar Allaha məqbul deyil. Biz Allaha ürəyimizdən gələnləri söyləməliyik, eyni zamanda hörmətlə danışmalıyıq.

ALLAHA MƏQBUL DUA EDİN

«Allahın önündə əminliyimiz budur: Onun iradəsinə müvafiq nə diləyiriksə, O eşidir» (1 Yəhya 5:14).

Müqəddəs Kitab vasitəsilə Yehova Allah insanlarla bağlı niyyətini əyan edir. Həmçinin bu kitabda Allahın insanlara verdiyi buyruqlardan danışılır. Allahın dualarımızı eşitməsi üçün dualarımız Onun iradəsinə müvafiq olmalıdır. Onun iradəsinin nə olduğunu bilmək üçün isə Müqəddəs Kitabı oxuyub Allahı yaxşı tanımaq lazımdır. Belə etsək, dualarımız Allaha xoş gedəcək.

NƏ HAQDA DUA ETMƏK OLAR?

Ailə yemək yeməzdən öncə birgə dua edir.

Ehtiyaclarınız barədə dua edin. Allaha gündəlik tələbatlarımızla bağlı dua edə bilərik. Allahdan istəyə bilərik ki, yeməyimiz, geyimimiz, başımızın üstündə damımız olsun. Həmçinin qərar qarşısında qalanda Allahdan hikmət, dar günümüzdə isə dözüm istəyə bilərik. Allahdan imanımızı gücləndirməsini, bizi əfv etməsini, dadımıza yetişməsini diləyə bilərik (Luka 11:3, 4, 13; Yaqub 1:5, 17).

Ər xəstəxanada yatan arvadı ilə birlikdə dua edir.

Başqaları üçün dua edin. Ailədə uşaqlar bir-biri ilə mehriban olanda valideynlər sevinir. Yehova Allah da istəyir ki, Onun xəlq etdiyi insanlar bir-birinin qayğısına qalsın. Buna görə də yaxşı olar ki, həyat yoldaşımız, övladlarımız, qohumlarımız, dostlarımız üçün dua edək. Kəlamda deyilir: «Bir-birinizdən ötrü dua edin» (Yaqub 5:16).

Kişi günəş batdığı zaman tarlada gəzir.

Şükür edin. Müqəddəs Kitabda deyilir ki, Yaradan «yaxşılıq edərək göydən yağış yağdırır, bərəkətli mövsümlər və bol-bol qida verir, ürəyinizi şadlıqla doydurur» (Həvarilərin işləri 14:17). Allahın bizim üçün nələr etdiyi barədə düşünsək, ürəyimiz şükranla dolub daşacaq və bizi Ona duada şükür etməyə təşviq edəcək. Biz həmçinin həyat tərzimizlə də Allaha minnətdar olduğumuzu göstərməliyik (Koloslulara 3:15).

SƏBİRLİ OLUN VƏ DAİMA DUA EDİN

Bəzən sidqi-ürəkdən etdiyimiz dualara dərhal cavab almırıq və buna görə də ruhdan düşürük. Amma belə olan halda, qətiyyən düşünməməliyik ki, Allah bizimlə maraqlanmır. Əksinə, belə vəziyyətdə dua etməkdən qalmamalıyıq. Növbəti nümunələr bunun nə qədər vacib olduğunu göstərir.

İlk məqalədə oxumuşduq ki, Stiv dua etməyin mənasız olduğu qənaətinə gəlmişdi. Amma o etiraf edir: «Dua olmasaydı, mən bu həyatdan əlimi üzmüşdüm». Onun fikrini nə dəyişdi? Stiv Müqəddəs Kitabı öyrənməyə başladı. Dua etməyin vacibliyini öyrənəndən sonra duadan qalmadı. O deyir: «Allaha həmişə dua edib şükür edirəm ki, dostlarım vasitəsilə mənə kömək edir. İndi mən çox xoşbəxtəm».

Yadınızdadırsa, Ceni adlı bir qadına da elə gəlirdi ki, Allah heç vaxt onun kimi adamın dualarını eşitməz. O deyir: «Bir dəfə özümü çox dəyərsiz hiss edirdim. Onda Allaha yalvardım ki, nəyə görə bu hissləri keçirdiyimi başa düşməyə kömək etsin». Bu duanın ona çox böyük köməyi oldu. O deyir: «Bu dua mənə özümə Allahın gözü ilə baxmağa kömək etdi. Anladım ki, ürəyim məni qınasa da, Allah qınamır. Həmçinin başa düşdüm ki, təslim olmamalıyam, bu hisslərlə mübarizə aparmalıyam». Bunun Ceniyə hansı faydası oldu? «Duanın sayəsində Yehovaya qayğıkeş Allah, Ata, Dost kimi yanaşmağa başladım. Bilirəm ki, O heç vaxt məni tək qoymayacaq, nə qədər ki Onun istədiyi kimi davranıram, O həmişə mənə kömək edəcək».

İzabel, həyat yoldaşı və oğlu.

İzabel oğlunun şikəst olsa da, həyatdan sevinc duyduğunu görəndə deyir: «Başa düşürəm ki, o özü mənim dualarımın cavabıdır»

İzabel adlı bir qadının da nümunəsi diqqətəlayiqdir. Hamilə olanda həkimlər ona demişdi ki, övladı şikəst doğulacaq. Bu xəbər onu sarsıtmışdı. Bəzi dost-tanışları ona uşağı abort etməyi məsləhət görmüşdü. İzabel deyir: «Ürəyimdə elə şiddətli ağrı duyurdum ki, elə bilirdim öləcəyəm». Amma görün İzabel nə etdi. O sözünə davam edir: «Əlimi Allahın ətəyindən üzmürdüm, dua edib Ondan kömək istəyirdim». Həkimlərin də dediyi kimi, İzabelin övladı şikəst doğuldu. Amma İzabel əmindir ki, Allah onun dualarına cavab verib. O deyir: «Oğlum Cerardın hazırda on dörd yaşı var. Şikəst olsa da, həyatdan sevinc duyduğunu görəndə başa düşürəm ki, o özü mənim dualarımın cavabıdır. O, Yehova Allahın mənə verdiyi ən böyük nemətdir».

Bu sözlər Müqəddəs Kitabdan bir ayəni yadımıza salır: «Sən həlimlərin diləyini eşidərsən, ey Yehova, onları ürəkləndirərsən, səslərini diqqətlə dinləyərsən» (Zəbur 10:17). Bəli, biz daima dua etməliyik!

Müqəddəs Kitabda İsa Məsihin bir çox duaları qələmə alınıb. O, şagirdlərinə düzgün dua etməyi də öyrətmişdi. Növbəti məqalədə bundan danışacağıq.

İsa Məsihin öyrətdiyi dua

İsa Məsih dağda vəz edərkən çoxlu insan diqqətlə onu dinləyir.

Bir dəfə İsa Məsih vəz edərkən şagirdlərinə dua etməyi öyrətmişdi (Mətta 6:9—13; həmçinin baxın: Luka 11:2—4). Əsrlər ərzində bu dua o qədər məşhurlaşdı ki, onu əzbərləyib sözbəsöz təkrar etməyə başladılar. Bəs doğrudanmı, bu duanı öyrədərkən İsanın məqsədi bu olmuşdu? Xeyr, çünki İsa Məsih vəz etməyə başlayanda eyni duanı təkrar-təkrar etməməyi söyləmişdi (Mətta 6:7). İsanın məqsədi necə dua etməyi, nə barədə dua etməyi öyrətmək idi. Gəlin görək nümunə üçün olan bu duadan nə öyrənirik.

«Göylərdə olan Atamız»

  • Dualarımızı yalnız Allaha ünvanlamalıyıq.

«Qoy adın müqəddəs tutulsun»

  • Allahın adı, Yehova adı uca, müqəddəs tutulmalıdır.

«Qoy Padşahlığın gəlsin»

  • Allahın Padşahlığı səmavi hökumətdir. Allah bu hökumətə İsa Məsihi padşah təyin edib. Tezliklə bu hökumət bütün yer üzünü idarə edəcək.

«Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin»

  • Allahın iradəsi odur ki, insanlar yer üzündə əbədiyyən sülh və əmin-amanlıq içində yaşasınlar.

«Bu gün bizə bugünlük ruzimizi ver»

  • Bizə yaşamaq üçün lazım olan hər şeyi yetirən Yehova Allahdır.

«Günahlarımızı bağışla»

  • Hər birimiz çoxlu səhvlər edirik, Allahın əfvinə möhtacıq.

Bu məqamlar sizə dolğun dualar etməyə kömək edəcək.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş