Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w21 oktyabr s. 29—31
  • 1921. Yüz il əvvəl

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 1921. Yüz il əvvəl
  • Gözətçi qülləsi 2021
  • Başlıqlar
  • Oxşar material
  • QORXMAZ MÜJDƏÇİLƏR
  • AİLƏLİKCƏ VƏ FƏRDİ KEÇİRİLƏN DƏRSLƏR
  • YENİ KİTAB!
  • İŞ HƏLƏ QABAQDADIR
  • Allaha itaət edənin neməti bol olar
    Gözətçi qülləsi 2017
  • 1922. Yüz il əvvəl
    Gözətçi qülləsi 2022
  • 1923. Yüz il əvvəl
    Gözətçi qülləsi 2023
Gözətçi qülləsi 2021
w21 oktyabr s. 29—31

1921 Yüz il əvvəl

«BU İL biz hansı işi görməliyik?» Bu sual «Gözətçi qülləsi»nin 1921-ci il 1 yanvar sayında Müqəddəs Kitab Tədqiqatçılarına ünvanlanmışdı. Cavab olaraq Əşiya 61:1—3 ayələri gətirilmişdi. Bu ayələr onlara təbliğ etmək tapşırığını xatırladırdı: «Yehova məni həlimlərə müjdə vermək üçün məsh etdi... Yehovanın iltifat ilini, Allahımızın intiqam gününü bəyan etməyə... göndərdi».

QORXMAZ MÜJDƏÇİLƏR

Bu tapşırığı yerinə yetirmək üçün Müqəddəs Kitab Tədqiqatçıları cəsur olmalı idi. Çünki onlar həlimlərə «müjdə vermək»lə yanaşı, pis adamlara «intiqam gününü» bəyan etməli idilər.

Kanadada yaşayan Con Hoskin qardaş təqiblərə baxmayaraq, cəsarətlə şahidlik verirdi. 1921-ci ilin yazında o, təbliğ zamanı metodist kilsəsinin keşişi ilə qarşılaşdı. Hoskin qardaş söhbətə belə başladı: «Biz Müqəddəs Kitab haqqında danışdığımız üçün söhbətimiz xoş keçməlidir. Ola bilsin, nədəsə bir-birimizlə razılaşmayacağıq. Belə halda, qoy hərə öz fikrində qalsın və mehribanlıqla ayrılaq». Amma belə olmadı. Hoskin qardaş sözünə davam edir: «Biz heç bir-iki dəqiqə danışmadıq ki, keşiş qəzəbləndi; qapıya elə bərk vurdu ki, elə bildim, indi şüşəsi yerə düşüb çilik-çilik olacaq».

Keşiş qışqıraraq dedi: «Gedin Allahı tanımayan insanlarla danışın!» Hoskin qardaş ona heç nə demədi. Oradan gedə-gedə düşündü: «Məncə, elə eləsi ilə danışırdım!»

Amma hər şey bununla bitmədi. Hoskin qardaş deyir: «Səhərisi gün keşiş kilsədə moizə söyləyərkən mənim əleyhimə danışmağa başladı. O, camaata xəbərdarlıq etdi ki, məndən uzaq gəzsinlər və dedi ki, mən indiyə kimi bu şəhərdə yaşamış ən böyük yalançıyam, məni öldürmək lazımdır». Hoskin qardaş bundan qorxmadı. O, təbliğinə davam etdi və gözəl nəticələr əldə etdi. O deyir: «Hələ indiyə qədər xidmət mənə bu qədər zövq verməmişdi. Hətta bəziləri mənə deyirdi ki, “sən Allah adamısan” və bildirirdi ki, nəyəsə ehtiyacım varsa, kömək etməyə hazırdırlar».

AİLƏLİKCƏ VƏ FƏRDİ KEÇİRİLƏN DƏRSLƏR

Müqəddəs Kitab Tədqiqatçıları insanlara ruhani cəhətdən inkişaf etməyə kömək etmək üçün «Qızıl əsr»a jurnalında sual-cavablar dərc edirdi. Oradakı suallar valideynlər üçün idi. Onlar «uşaqlarına bu sualları verməli, sonra isə Müqəddəs Kitabdan cavab tapmağa kömək etməli» idilər. «Müqəddəs Kitab neçə bölmədən ibarətdir?» kimi suallar Müqəddəs Kitab barədə ümumi təsəvvürün yaranmasına kömək edirdi, «Səncə, bütün məsihiləri qarşıda təqiblər gözləyir?» kimi suallar isə uşaqları cəsarətlə təbliğ etməyə hazırlayırdı.

Yehova haqqında biliyi olan kəslər üçün isə daha dərin suallar dərc olunurdu. Cavablar «Müqəddəs Yazıların tədqiqi» kitabının birinci cildinə əsaslanırdı. Minlərlə oxucu bu rubrikalardan çox şey öyrəndi. Amma «Qızıl əsr» jurnalının 1921-ci il 21 dekabr sayında elan olundu ki, daha bu rubrikaların heç biri olmayacaq. Görəsən, səbəb nə idi?

YENİ KİTAB!

«Allahın arfası» kitabı

Oxumaq üçün tapşırığın yazıldığı vərəqə

Sualların yazıldığı vərəqələr

Rəhbərlik edən qardaşlar başa düşdülər ki, Müqəddəs Kitabı yeni öyrənənlər əsas həqiqətləri nizamlı şəkildə öyrənməlidir. Buna görə də 1921-ci il noyabr ayında «Allahın arfası» adlı kitab dərc olundu. Bu kitabı alanlar həmçinin Müqəddəs Kitab dərslərinə abunə olurdu. Bu dərslər vasitəsilə onlar öyrəndi ki, «Allah bəşəriyyətə əbədi həyat mükafatı verməyi vəd edir». Bəs dərslər necə keçirilirdi?

Bu kitabı alan adama həmçinin bir vərəqə verilirdi. Vərəqədə göstərilirdi ki, o, neçə səhifə oxumalıdır. Növbəti həftə isə o başqa bir vərəqə alırdı. Orada isə oxuduğu hissə ilə bağlı suallar yazılırdı. Vərəqənin axırında isə növbəti həftənin tapşırığı yazılırdı.

On iki həftə ərzində hər həftə yaxınlıqdakı yığıncaq tərəfindən şagirdlərə yeni vərəqələr göndərilirdi. Adətən vərəqələri göndərmək yaşlı və ya fiziki məhdudiyyəti olan məsihilərə həvalə olunurdu. Amerikada yaşayan Anna Qardner bacı o illəri xatırlayaraq deyir: «“Allahın arfası” kitabı çıxandan sonra əlil olan bacım Teylin daha çox xidmət etmək imkanı oldu. O, hər həftə maraqlananlara poçt vasitəsilə sualların yazıldığı vərəqələri göndərirdi». İnsan bu dərsləri bitirəndən sonra bir təbliğçi onu ziyarət edib Müqəddəs Kitab haqqında daha çox öyrənməyə kömək edirdi.

Teyl Qardner əlil arabasında

İŞ HƏLƏ QABAQDADIR

İlin sonunda Cozef Ruterford qardaş bütün yığıncaqlara məktub göndərdi. Məktubda o qeyd etmişdi ki, «biçin işinin getdiyi bütün bu illər ərzində hələ təbliğ işi bu ilki qədər böyük miqyasda görülməmişdi. Amma işin çoxu hələ qabaqdadır. Başqalarını da bu mübarək işdə iştirak etməyə təşviq edin». Görünür, Müqəddəs Kitab Tədqiqatçıları bu məsləhətə əməl etdilər və 1922-ci ildə daha geniş şəkildə Padşahlıq haqqında müjdəni cəsarətlə bəyan etdilər.

Qorxmaz dostlar

Müqəddəs Kitab Tədqiqatçıları bir-birinə kömək edərək qardaşlıq məhəbbəti göstərirdilər. Onlar «dar gün üçün doğulmuş» qorxmaz dostlar idilər (Məs. 17:17). Növbəti hadisədən bunu aydın görmək olar.

1921-ci il 31 may tarixində ABŞ-ın Oklahoma ştatının Tulsa şəhərində bir qaradərili kişi ağdərili qadına hücum etməkdə ittiham olunaraq həbs olundu. Bundan sonra 1000 nəfərdən çox ağdərili ilə daha az sayda olan qaradərili arasında toqquşma baş verdi. Münaqişə tez bir zamanda qaradərililərin yaşadığı Qrinvud məhəlləsinə qədər gedib çıxdı. Orada 1400-dən çox ev və iş müəssisəsi talan edildi və yandırıldı. Bu hadisə zamanı 36 nəfərin qətlə yetirildiyi deyilsə də, əslində, yüzlərlə insanın öldüyü hesab olunur. Bu, iğtişaş Tulsa İrqi qətliamı adlanır.

Riçard Hill adlı qaradərili qardaş Qrinvud məhəlləsində yaşayırdı. O, baş verənləri belə nəql edir: «İğtişaşın baş verdiyi günün axşamı biz yığıncaq görüşü keçirirdik. Yığıncaq qurtarandan sonra şəhərin mərkəzindən atışma səsləri gəldi. Ta gecə yarısına kimi bu səslər səngimədi». Səhərisi günü iyunun 1-i vəziyyət daha da pisləşdi. «Camaat gəlib bizə dedi ki, bura təhlükəlidir, yaxşısı budur, yubanmadan şəhərin Konqres mərkəzinə sığınaq». Buna görə də Hill qardaş, həyat yoldaşı və beş uşağı həmin binaya qaçdılar. Orada iğtişaşı yatırmaq üçün təyin olunan milli ordunun mühafizəsi altında təxminən 3000 qaradərili kişi və qadın var idi.

Həmin vaxt Artur Klaus adlı ağdərili qardaş cəsarətli bir addım atdı. O deyir: «Mən eşidəndə ki, iğtişaşçı dəstə bütün Qrinvudda evləri talayır və yandırır, əziz dostum Hilldən xəbər tutmaq üçün ora getdim».

Artur Klaus qardaş «Allahın arfası» kitabı vasitəsilə 14 uşağa Müqəddəs Kitab dərsi keçib

O, Hill qardaşın evinə gələndə Hill qardaşın qonşusu ilə rastlaşdı. Bu qonşu ağdərili idi və əlində silah var idi. O da Hill qardaşın dostu idi. Qonşu elə bildi ki, Artur da iğtişaşçılardan biridir. Buna görə də qışqıraraq dedi: «Bu adamın həyətində nə gəzirsən?!»

Artur deyir: «Əgər mən onu qane edən cavab verməsə idim, o məni güllələyəcəkdi. Ona dedim ki, mən Hillin dostuyam və onun evində dəfələrlə qonaq olmuşam». Artur və qonşu bu evi qarətçilərin əlindən qorudu.

Sonra Artur qardaş Hillin ailəsi ilə birgə Konqres mərkəzində olduğundan xəbər tutdu. O öyrəndi ki, general Baretin imzaladığı icazə kağızı olmadan heç bir qaradərili oradan çıxa bilməz. Artur deyir: «Generalla görüşmək çətinliklə başa gəldi. Mən ona gəlişimin səbəbini deyəndə o soruşdu: “Bu ailəni qoruyub, qayğısına qala biləcəksən?” Təbii ki, mən ürəkdən “hə” dedim».

Artur qardaş əlində icazə kağızı cəld Konqres mərkəzinə getdi. Kağızı nəzarətçiyə göstərəndə o, heyrətlə dedi: «A-a, bu generalın imzasıdır! Xəbərin var ki, bura kiminsə arxasınca gələn ilk adam sənsən?» Onlar Hill qardaşgilin ailəsini tapdılar. Hill qardaşgil Arturun maşınına minib, evlərinə yollandılar.

«Allahın xalqı arasında heç kim özünü başqasından üstün saymır»

Artur Hill qardaşın və ailəsinin təhlükəsizliyinin qeydinə qaldı. Onun cəsarəti və qardaşlıq məhəbbəti başqalarına xoş təsir bağışladı. Artur deyir: «Hillin evini qorumağa kömək edən qonşunun Yehovanın Şahidlərinə hörməti daha da artdı. Başqaları da görəndə ki, Allahın xalqı arasında heç kim özünü başqasından üstün saymır, irqi ayrı-seçkilik yoxdur, həqiqətə maraq göstərdilər».

a «Qızıl əsr» jurnalı 1937-ci ildən «Təsəlli», 1946-cı ildən isə «Oyanın!» adlanır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş