Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp22 №  1 s. 10—11
  • 3 | Düşüncənizi dəyişin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 3 | Düşüncənizi dəyişin
  • Gözətçi qülləsi (kütləvi) 2022
  • Başlıqlar
  • Oxşar material
  • Təlim:
  • Mənası:
  • Siz nə edə bilərsiniz?
  • «Allahın lütfü və qüdrəti ilə dolan Stefan»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Stefanı daşa basırlar
    Müqəddəs Kitab hekayələri
  • Nifrət zəncirini necə qırmaq olar?
    Gözətçi qülləsi (kütləvi) 2022
  • Nifrətə qalib gəlmək mümkündür!
    Gözətçi qülləsi (kütləvi) 2022
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2022
wp22 №  1 s. 10—11
Kişi başqa irqdən olan kişi ilə əl verib görüşdüyünü təsəvvür edir. Onların kölgələri isə əllərində plakat tutub və bir-biri ilə mübahisə edir.

NİFRƏT ZƏNCİRİNİ NECƏ QIRMAQ OLAR?

3 | Düşüncənizi dəyişin

Təlim:

«Bundan sonra bu zəmanəyə uyğunlaşmayın. Əksinə, düşüncənizi yeniləşdirərək büsbütün dəyişin ki, Allahın yaxşı, xoş və kamil iradəsini dərk edəsiniz» (ROMALILARA 12:2).

Mənası:

Allah bizim düşüncələrimizə fikir verir (Ərəmya 17:10). Düzdür, nifrət dolu sözlərdən, əməllərdən uzaq durmalıyıq. Ancaq bir şey var ki, nifrət insanın ürəyində, ağlında baş qaldırır. Buna görə də nifrət oyadan fikirləri dərhal ağlımızdan silib atmalıyıq. Yalnız bu halda biz büsbütün dəyişib, nifrət zəncirindən qurtula bilərik.

Siz nə edə bilərsiniz?

Başqaları haqda, xüsusən də başqa irqdən və millətdən olan insanlar haqda nə düşündüyünüzü dürüst şəkildə yoxlayın. Özünüzdən soruşun: «Mən onlara necə yanaşıram? Mənim bu münasibətim onlar haqda şəxsən bildiyim faktlara əsaslanır? Yoxsa bu münasibətimin kökündə qərəz durur?» Nifrətin, zorakılığın yer aldığı sosial mediadan, filmlərdən, yaxud əyləncədən uzaq durun.

Allahın Kəlamı nifrəti ürəyimizdən və ağlımızdan qoparıb atmağa kömək edə bilər

Öz fikirlərimizi, hisslərimizi dürüstcəsinə yoxlamaq elə də asan deyil. Amma Allahın Kəlamı bizə ürəyimizin «düşüncə və niyyətlərini üzə» çıxarmağa kömək edə bilər (İbranilərə 4:12). Odur ki, Müqəddəs Kitabı oxuyub araşdırın. Fikirlərinizi orada yazılanlarla müqayisə edin və onlara uyğunlaşdırmaq üçün var gücünüzlə çalışın. Nifrət hissi ürəyinizdə və ağlınızda kök salan güclü istehkam olsa belə, Allahın Kəlamının köməyi ilə onu qoparıb ata bilərsiniz (2 Korinflilərə 10:4, 5).

Real həyatdan nümunə. STİVEN

Düşüncəsini dəyişdi

Stiven.

Stiven və ailəsi ağdərili insanların nifrətinə tuş gəlirdi. Nəticədə o, vətəndaş hüquqları uğrunda zorakı yollarla mübarizə aparan siyasi qrupun təsiri altına düşdü. Bir müddət sonra özü də cinayət törətməyə başladı. O deyir: «Bir dəfə dostlarımla keçmişdə afrikalı qulların ABŞ-da çəkdiyi zülmlərə həsr olunmuş bir neçə filmə baxdıq. Bu haqsızlıqları görəndən sonra elə kinoteatrda oturan ağdərili cavanların üstünə hücum çəkdik. Sonra daha çox adam döymək üçün ağdərililər yaşayan məhəllələrə getdik».

Stiven Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayanda düşüncə tərzi tamamilə dəyişdi. O deyir: «Həyatımda insanların bir-birinə irqi zəmində qərəz bəslədiklərinin o qədər şahidi olmuşam ki, Yehovanın Şahidləri arasındakı münasibəti gördükcə gözlərimə inana bilmirdim. Misal gətirim: Ağdərili qardaş iş dalınca başqa yerə səfər etməli olanda uşaqlarını qaradərili ailəyə tapşırdı. Başqa bir ağdərili ailə evsiz bir qaradərili oğlana evlərində yaşamağı təklif etdi». Stiven gördü ki, Yehovanın Şahidləri bir-birlərini sevən böyük bir ailədir və onların arasında, Müqəddəs Kitabda deyildiyi kimi, məhəbbət hökm sürür (Yəhya 13:35).

Stivenə nifrətdən, zorakılıqdan yaxa qurtarmağa Romalılara 12:2 ayəsi kömək etdi. O deyir: «Başa düşdüm ki, mütləq düşüncəmi dəyişməliyəm. Yəni sülhpərvər davranmalı, həmçinin bunun ən yaxşı və düzgün həyat yolu olduğunu dərk etməli idim». Stiven artıq 40 ildən çoxdur ki, nifrət zəncirindən qurtulub xoşbəxt həyat sürür.

Stivenin həyat hekayəsini «Gözətçi qülləsi» jurnalının 1 iyul 2015-ci il sayının 10—11 səhifələrindən (türk.) oxuya bilərsiniz.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş