Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp22 №  1 s. 12—13
  • 4 | Allahın köməyi ilə nifrətə qalib gəlin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 4 | Allahın köməyi ilə nifrətə qalib gəlin
  • Gözətçi qülləsi (kütləvi) 2022
  • Başlıqlar
  • Oxşar material
  • Təlim:
  • Mənası:
  • Siz nə edə bilərsiniz?
  • Müqəddəs kitab həyatları dəyişir
    Gözətçi qülləsi 2013
  • Nifrət zəncirini necə qırmaq olar?
    Gözətçi qülləsi (kütləvi) 2022
  • Nifrətə qalib gəlmək mümkündür!
    Gözətçi qülləsi (kütləvi) 2022
  • Nifrət zəncirinin başlanğıcı
    Gözətçi qülləsi (kütləvi) 2022
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2022
wp22 №  1 s. 12—13
İnsanlar onlara nur yağdıran açıq Müqəddəs Kitaba doğru gəlir. Onların kölgəsi keçmiş nifrətlərini təmsil edir.

NİFRƏT ZƏNCİRİNİ NECƏ QIRMAQ OLAR?

4 | Allahın köməyi ilə nifrətə qalib gəlin

Təlim:

«Ruhun bəhrəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, iman, mülayimlik, özünə hakim olmaq» (QALATİYALILARA 5:22, 23).

Mənası:

Nifrət zəncirini Allahın köməyi ilə qırmaq mümkündür. Allahın müqəddəs ruhunun sayəsində bizdə gözəl keyfiyyətlər yarana bilər. Öz gücümüzə bu keyfiyyətlərə yiyələnmək, demək olar ki, mümkün deyil. Buna görə də nifrətə öz gücünüzlə qalib gəlməyə çalışmayın. Allahdan kömək istəyin. Belə etsəniz, siz də bir mömin insanın sözlərinə şərik olacaqsınız. O demişdi: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filippililərə 4:13). Beləcə, siz də əminliklə deyəcəksiniz: «Mənim köməyim... Yehovadan gəlir» (Zəbur 121:2).

Siz nə edə bilərsiniz?

«Yehova Allah mənim kimi qəddar birisini sülhpərvər bir insana çevirdi» (VALDO).

Yehovaya dua edib, Ondan müqəddəs ruh istəyin (Luka 11:13). Xahiş edin ki, sizə gözəl keyfiyyətlər yetişdirməyə kömək etsin. Müqəddəs Kitabı araşdırın, görün nifrətə qalib gəlməyə kömək edən keyfiyyətlər, məsələn, məhəbbət, sülh, səbir və təmkin barədə orada nə yazılıb. Bu keyfiyyətləri öz həyatınızda təzahür etdirməyə çalışın. Həmçinin özündə bu keyfiyyətləri yetişdirməyə çalışan insanlarla oturub-durun. Bu cür insanlar sizi məhəbbətə və yaxşı işlərə təşviq edəcəklər (İbranilərə 10:24).

Real həyatdan nümunə. VALDO

Qəddarlıqdan əl çəkib

Valdo.

Çəkdiyi əzab-əziyyətlər Valdonun ürəyini nifrətlə doldurmuşdu. O, narkotik alverçiləri ilə tez-tez dalaşırdı. Valdo deyir: «Bir dəfə rəqib quldur dəstəsi məni öldürmək üçün pis ad qazanmış muzdlu bir qatil tutmuşdu. Yalnız bıçaq zərbəsi alaraq canımı ölümün pəncəsindən güc-bəla ilə qurtardım».

Valdonun həyat yoldaşı Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayanda bu onun xoşuna gəlmədi. O deyir: «Şahidləri görən gözüm yox idi və dəfələrlə onları təhqir etmişəm. Buna baxmayaraq, onlar hər dəfə gözləmədiyim halda mənimlə mülayim davranırdılar».

Sonralar Valdo da Müqəddəs Kitabı öyrənməyə başladı. O deyir: «Öyrəndiklərimi tətbiq etmək çox çətin idi. Düşünürdüm ki, qəzəbimin öhdəsindən heç vaxt gələ bilməyəcəyəm». Ancaq Müqəddəs Kitabdan öyrəndiyi bir fikir ona güclü təsir etdi.

Valdo deyir: «Günlərin bir günü mənə Müqəddəs Kitabı öyrədən Alexandro qardaş Qalatiyalılara 5:22, 23 ayələrini oxumağımı xahiş etdi... Alexandro izah etdi ki, mənim bu xüsusiyyətləri inkişaf etdirməyim öz gücüm sayəsində yox, Yehovanın müqəddəs ruhunun sayəsində mümkündür. Bu həqiqət mənim düşüncəmdə köklü dəyişikliklər etdi».

Valdo Allahın gücünə arxalanaraq nifrət zəncirini qırdı. O deyir: «Dəyişildiyimi görən qohumlarım və köhnə dostlarım gözlərinə inana bilmirlər». Həmçinin əlavə edir: «Yehova Allah mənim kimi qəddar birisini sülhpərvər bir insana çevirdi».

Valdonun hekayəsini «Gözətçi qülləsi» jurnalının oktyabr—dekabr 2013-cü il sayının 12—13 səhifələrindən oxuya bilərsiniz.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş