Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w22 iyul s. 31
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2022
  • Oxşar material
  • «Sülh yox, qılınc gətirməyə gəlmişəm»
    Gözətçi qülləsi 2017
  • Ailə üzvlərin imanına şərik olmasalar da, xoşbəxt olmaq mümkündür
    Gözətçi qülləsi 2012
  • İmanına şərik olmayan həyat yoldaşının ürəyinə necə yol tapmaq olar?
    Müqəddəs ibadətimiz 2010
  • Ailədə üzləşdiyiniz müqavimətlərə müdriklik və anlayışla tab gətirin
    Müqəddəs ibadətimiz 2006
Əlavə
Gözətçi qülləsi 2022
w22 iyul s. 31

Oxucuların Sualları

İsa Məsih «elə bilməyin ki, mən yer üzünə sülh gətirməyə gəlmişəm» deyəndə nəyi nəzərdə tuturdu?

İsa Məsih insanların bir-biri ilə sülhdə olmasını təbliğ edirdi. Amma bir dəfə o, həvarilərinə belə demişdi: «Elə bilməyin ki, mən yer üzünə sülh gətirməyə gəlmişəm. Mən yer üzünə sülh yox, qılınc gətirməyə gəlmişəm. Mən oğulu atadan, qızı anadan, gəlini qayınanadan ayırmağa gəlmişəm» (Mət. 10:34, 35). İsa Məsih bu sözlərlə nəyi nəzərdə tuturdu?

O, ailə üzvlərini bir-birindən ayırmaq istəmirdi, amma bilirdi ki, təlimləri bəzi ailələrdə parçalanma yaradacaq. Buna görə də vəftiz olunub Məsihin şagirdi olmaq istəyən insan gözə almalıdır ki, imanda olmayan həyat yoldaşı və ya digər ailə üzvü ona qarşı çıxa bilər və bu zaman Məsihin təlimlərinə sadiq qalmaq asan olmaya bilər.

Müqəddəs Kitab məsihiləri «hamı ilə sülhdə olmağa» səsləyir (Rom. 12:18). Amma bəzi ailələrdə İsanın təlimləri «qılınc» kimi olur: ailənin bir üzvü Məsihin təlimlərini qəbul edir, digərləri isə buna qarşı çıxır. Bu zaman həqiqəti öyrənən insanın qohumları, yəni öz evindəkilər onun «düşməni» olur (Mət. 10:36).

Gənc qız əmin addımlarla anasından uzaqlaşır, anası ona yalvarır, getməməsi üçün dilə tutur. Gənc qızın əlində «Əbədi xoşbəxt həyat!» kitabı var.

Dini cəhətdən bölünmüş ailədə yaşayan məsihilər bəzən Yehovaya və İsaya sədaqətlərini sınayan vəziyyətlərlə üzləşirlər. Məsələn, məsihinin imanına şərik olmayan qohumları onu dini bayramları qeyd etməyə təşviq edə bilər. Bu zaman o kimi razı salacaq? İsa Məsih demişdi: «Atasını ya anasını məndən çox istəyən mənə layiq deyil» (Mət. 10:37). Əlbəttə, o demək istəmirdi ki, ona layiq olmaq üçün şagirdləri valideynlərini daha az sevməlidirlər. Onun sözünün canı o idi ki, şagirdləri həyatda nəyə üstünlük verməli olduqlarını bilməlidirlər. İmanımıza şərik olmayan ailə üzvlərimiz bizim Yehovaya ibadət etməyimizə mane olsa da, biz onları yenə də sevirik, amma başa düşürük ki, Allaha sevgimiz hər şeydən üstündür.

Söz yox ki, ailə tərəfindən təqiblə üzləşmək insana çox ağır gəlir. Amma İsanın sözlərini unutmamalıyıq: «İşgəncə dirəyini götürüb mənim ardımca gəlməyən mənə layiq deyil» (Mət. 10:38). Başqa sözlə, məsihilər ailə tərəfindən üzləşdikləri təqiblərə Məsihin davamçılarının dözməli olduğu sınaqlardan biri kimi baxırlar. Eyni zamanda onlar ümid edirlər ki, gözəl davranışları imanlarına şərik olmayan ailə üzvlərinin ürəyini yumşaldacaq və onların da Müqəddəs Kitaba marağı yaranacaq (1 But. 3:1, 2).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş