Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp24 №  1 s. 3
  • Hamını düşündürən sual

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Hamını düşündürən sual
  • Gözətçi qülləsi (kütləvi) 2024
  • Oxşar material
  • Yehova Allaha güvənərək düzgün qərarlar verin
    Gözətçi qülləsi 2017
  • Qoy hər bir qərarın Yehovaya izzət gətirsin
    Gözətçi qülləsi 2011
  • Qərarlarınızla Allahı sevindirin
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Ön söz
    Gözətçi qülləsi (kütləvi) 2024
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2024
wp24 №  1 s. 3
Öncəki şəkildə təsvir olunan gənc oğlan meşəbəyindən kömək istəyir. Meşəbəyi ona xəritə vasitəsilə dağın başına qalxan yolu göstərir.

Hamını düşündürən sual

Heç vaxt olmadığınız bir yerə səyahət etmək istəsəydiniz, nə edərdiniz?

  1. 1) Doğru bildiyiniz istiqamətdə hərəkət edərdiniz.

  2. 2) Başqalarının yolu tanıdığına ümid edib onların ardınca gedərdiniz.

  3. 3) GPS-ə, xəritəyə baxardınız, yaxud yolu tanıyan dostunuza üz tutardınız.

Əgər birinci və ya ikinci variantı seçsəniz, sözsüz, harasa gedib çatacaqsınız, amma istədiyiniz yerə çatacağınız dəqiq deyil. İşdir, üçüncü variantı seçsəniz, mütləq istədiyiniz yerə çatacaqsınız.

Həyatımız sanki bir səyahətdir. Biz bu səyahətə xoşbəxt gələcək qazanmaq ümidi ilə çıxmışıq. Onu qazanmaq üçün qərar verərkən hara üz tutduğumuza fikir verməliyik.

Düzdür, verdiyimiz əksər qərarlar az əhəmiyyətlidir, amma elə qərarlar da var ki, olduqca önəmlidir. Bu cür qərarlar bizim baxışlarımızı, dəyərlərimizi əks etdirir. Onların bizə və yaxınlarımıza uzun müddət ya yaxşı, ya da pis təsiri ola bilər. Söhbət aşağıdakı məsələlərlə bağlı qərarlardan gedir:

  • cinsi münasibət və nikah

  • dürüstlük, iş və pul

  • övlad tərbiyəsi

  • insanlarla münasibət

Bu sahələrdə verdiyiniz qərarların sizə və ailənizə xoşbəxtlik gətirəcəyini haradan bilə bilərsiniz?

Bu sual hamımıza maraqlıdır: Düzgün qərar vermək üçün hara üz tutum?

Jurnalın bu sayında öyrənəcəksiniz ki, Müqəddəs Kitab nəyə görə etibarlı bələdçidir və sizə həyatın hansı sahələrində kömək edə bilər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş