MÜTALİƏ ÜÇÜN TÖVSİYƏ
Mütaliə edərkən yeni şeylər öyrənin
Mütaliə etməyə hazırlaşarkən özümüzə sual verə bilərik: «Buradan nə öyrənəcəyəm?» Ola bilsin, mövzu ilə bağlı bizim müəyyən ehtimalımız olsun, amma Yehova bizə ağlımıza gəlməyən başqa bir şey də öyrədə bilər. Bəs ağlımızı Yehovanın bizə öyrətmək istədiklərinə necə hazırlaya bilərik?
Duada hikmət istəyin. Yehovadan xahiş edin ki, sizə hal-hazırda öyrətmək istədiyi şeyi anlamağınıza kömək etsin (Yaq. 1:5). Əvvəllər öyrəndiyiniz biliklərlə kifayətlənməyin (Məs. 3:5, 6).
Allahın Kəlamının nə qədər güclü olduğunu unutmayın. «Allahın sözü canlı»dır (İbr. 4:12). Hər dəfə Müqəddəs Kitabı oxuyanda Allahın «canlı» sözü bizə fərqli təsir edə bilər. Bir şərtlə ki, mütaliə zamanı öyrənməyə açıq olaq.
Yehovanın süfrəsindəki hər təama görə minnətdar olun. Yehovanın bəxş etdiyi ruhani qida «yağlı xörəklərə» bənzədilir (Əşy. 25:6). Sevmədiyiniz «xörəklərdən», yəni sizə maraqsız gələn mövzuları oxumaqdan imtina etməyin. Allahın bəxş etdiyi bu ruhani qidalar nəinki sizə fayda verəcək, hətta onları bəh-bəhlə yeyəcəksiniz!