Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp25 №  1 s. 3
  • Müharibə — insanı dəhşətə gətirən vəhşət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müharibə — insanı dəhşətə gətirən vəhşət
  • Gözətçi qülləsi (kütləvi)—2025
  • Başlıqlar
  • Oxşar material
  • ƏSGƏRLƏR
  • DİNC ƏHALİ
  • Müharibə və münaqişə içində sülhü tapanlar
    Gözətçi qülləsi (kütləvi)—2025
  • Ukraynadakı müharibə ikinci ilinə qədəm qoyur. Müqəddəs Kitab hansı ümidi verir?
    Əlavə mövzular
  • Müharibələrə trilyonlarla pul sərf edilir. Bəs əsl xərc nə qədərdir?
    Əlavə mövzular
  • Müharibə və münaqişə heç birimizdən yan keçmir
    Gözətçi qülləsi (kütləvi)—2025
Əlavə
Gözətçi qülləsi (kütləvi)—2025
wp25 №  1 s. 3
Şəkillər: 1) Cırılmış şəkildə bir əsgərin üzünün yuxarı hissəsi görünür. 2) Cırılmış şəkildə bir yaşlı qadının üzünün yuxarı hissəsi görünür.

Müharibə — insanı dəhşətə gətirən vəhşət

İnsanlara müharibə və münaqişə qədər güclü təsir edən az şey tapılar. Bu vəhşət ən çox əsgərlərə və dinc əhaliyə zərbə vurur.

ƏSGƏRLƏR

«Faciəvi hadisələr, ağır xəsarətlər və ya ölüm, hamısı gözünün önündə baş verir. Hər an hər şey ola bilər» (Qeri, Böyük Britaniya).

«Kürəyimdən və üzümdən güllə yarası almışam. Çoxlarının, o cümlədən qocaların və uşaqların ölümünə şahid olmuşam. Müharibə insanı hissiyyatsız edir, hər şey gözündə adiləşir» (Vilmar, Kolumbiya).

«Kimsə gözünün önündə güllələnəndə bu səhnə heç vaxt ağlından getmir. Fəryad, fəğan səsləri insanın beynində cingildəyir. Həmin insanı heç vaxt unuda bilmirsən» (Zafira, Birləşmiş Ştatlar).

DİNC ƏHALİ

«Mənə elə gəlirdi ki, bir də heç vaxt üzüm gülməyəcək. İnsan öz canına görə qorxur, amma ən çox ailəsinin, dostlarının həyatına görə nigaran olur» (Oleksandra, Ukrayna).

«Gecə saat 2-dən növbəti gün axşam saat 11-ə kimi ürəyimiz ağzımızda yemək növbəsində dururduq. Bilmirdik, atılan güllələrə tuş gələcəyik, ya yox» (Daler, Tacikistan).

«Müharibə ata-anamı əlimdən aldı, yetim qaldım. Mənə arxa-dayaq olacaq, qayğımı çəkəcək heç kimim qalmadı» (Mari, Ruanda).

Bu insanlar müharibədən əziyyət çəksələr də, qəlb rahatlığı tapa biliblər. Bundan başqa onlar əmindirlər ki, bütün müharibələr və münaqişələr tezliklə sona çatacaq. Bunun necə baş verəcəyi «Gözətçi qülləsi» jurnalının bu sayında Müqəddəs Kitab ayələri ilə izah olunacaq.

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş