Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 avqust s. 2—7
  • Yehova ilə dözümlü ola bilərik

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova ilə dözümlü ola bilərik
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • DUA
  • ALLAHIN KƏLAMI
  • DİNDAŞLARIMIZ
  • ÜMİDİMİZ
  • Unutmayın, Yehova «var olan Allahdır»
    Gözətçi qülləsi 2024
  • Hər şeyi bilmədiyimizi təvazökarlıqla qəbul edək
    Gözətçi qülləsi 2025
  • Sonadək sadiq qalmağa kömək edən məktub
    Gözətçi qülləsi 2024
  • Yehova «qəlbisınıqlara şəfa verir»
    Gözətçi qülləsi 2024
Əlavə
Gözətçi qülləsi 2025
w25 avqust s. 2—7

TƏLİM MƏQALƏSİ 32

NƏĞMƏ 38 Allah səni güclü edəcək

Yehova ilə dözümlü ola bilərik

«Sonsuz lütf sahibi Allah... sizi güclü, mətin, sarsılmaz edəcək» (1 BUT. 5:10).

ƏSAS FİKİR

Gəlin görək Yehova hansı yollarla bizə dözüm göstərməyə kömək edir və biz onlardan necə yararlana bilərik.

1. Nəyə görə bizə dözüm lazımdır və bizə kim kömək edə bilər? (1 Butrus 5:10).

AXIRZAMANDA yaşadığımız üçün həyat günü-gündən çətinləşir, problemlər artır. Ona görə də dözüm göstərmək getdikcə daha da çətin olur. Kimisi xroniki xəstəlikdən əziyyət çəkir, kimisi yaxınını itirdiyi üçün yaslıdır. Bir başqaları isə ailə üzvləri, yaxud hökumət tərəfindən təqib olunur (Mət. 10:18, 36, 37). Əmin olun ki, sizin nə çətinliyiniz olsa da, Yehovanın köməyi ilə dözümlü ola bilərsiniz. (1 Butrus 5:10 ayəsini oxuyun.)

2. Biz nəyin sayəsində dözüm göstərə bilirik?

2 Dözüm göstərmək maneələr, təqiblər, sınaqlar və nəfs qarşısında təslim olmamaq, ümidi itirməmək bacarığıdır. Məsihi öz gücünə dözüm göstərə bilməz. Ona «insan gücündən üstün olan gücü» verən Yehovadır (2 Kor. 4:7). Bu məqalədən görəcəyik ki, Yehova hansı dörd yolla bizə dözməyə kömək edir. Həmçinin onların hər birindən necə yararlana biləcəyimizi araşdıracağıq.

DUA

3. Nəyə görə duanın möcüzə olduğunu demək olar?

3 Dözə bilməyimiz üçün Yehova bizə möcüzəvi yolla kömək edir. O, günahlı olmağımıza baxmayaraq, Onunla ünsiyyət etməyimizə şərait yaradıb (İbr. 4:16). Bir düşünün, biz Yehovaya istənilən vaxt, istənilən məsələ barədə dua edə bilərik. Hansı dildə danışmağımızdan, harada olmağımızdan asılı olmayaraq, O bizi eşidir. Hətta bacı-qardaşlardan ayrı düşsək də, həbs olunsaq da, O bizi eşidir (Yun. 2:1, 2; Həv. 16:25, 26). Narahatlıq ucbatından fikirlərimizi dilə gətirmək üçün söz tapa bilməyəndə də Yehova nə demək istədiyimizi başa düşür (Rom. 8:26, 27). Həqiqətən də, dua Allahla ünsiyyəti mümkün edən bir möcüzədir!

4. Nəyə görə deyə bilərik ki, dözümlə bağlı etdiyimiz dualar Yehovanın iradəsinə müvafiqdir?

4 Yehova Kəlamında bizi əmin edir ki, «Onun iradəsinə müvafiq nə diləyiriksə, O eşidir» (1 Yəh. 5:14). Bəs dözüm göstərmək barədə Ona dua edə bilərik? Əlbəttə! Bu cür dualar Onun iradəsinə müvafiqdir. Nə üçün belə deyə bilərik? Çünki biz sınaqlara dözəndə Yehova Ona meydan oxuyan Şeytan İblisə cavab verə bilir (Məs. 27:11). Bundan əlavə, Müqəddəs Kitabda deyilir ki, Yehova «sidqi-ürəkdən Ona bağlı olanların rifahı üçün gücünü» göstərməyi çox istəyir (2 Saln. 16:9). Deməli, Yehovanın bizə dözüm vermək üçün həm gücü var, həm də istəyi (Əşy. 30:18; 41:10; Luka 11:13).

5. Dua qəlb rahatlığını qorumağımıza necə kömək edir? (Əşiya 26:3).

5 Müqəddəs Kitabda deyilir ki, bizi narahat edən məsələlər barədə hərarətlə dua edəndə «Allahın hər bir ağıldan üstün olan sülhü» ürəyimizi və fikirlərimizi qoruyur (Filip. 4:7). Buna görə Yehovaya çox minnətdarıq. Bilirik ki, Yehovaya qulluq etməyən insanların da müəyyən çətinlikləri olur. Bəziləri qəlb rahatlığı tapmaq üçün müxtəlif üsulları sınaqdan keçirir. Məsələn, kimlərsə zehinlərini bütün fikirlərdən təmizləmək üçün müəyyən meditasiya üsullarından istifadə edirlər. Zehnimizin tamamilə boş olması isə ruhani cəhətdən təhlükəli ola bilər. (Mətta 12:43—45 ayələri ilə əlaqələndirin.) Üstəlik, Yehovanın verdiyi qəlb rahatlığı insanın meditasiya edərkən əldə elədiyi qəlb rahatlığı ilə ölçüyə belə gələ bilməz. Biz Yehovaya dua edəndə Ona tamamilə güvəndiyimizi göstəririk, O isə söz verdiyi kimi bizə «tükənməz sülh» bəxş edir. (Əşiya 26:3 ayəsini oxuyun.) Bəs Yehova bunu necə edir? Məsələn, O, Kəlamından təsəlliverici ayələri yadımıza salır. Bu ayələr ağlımıza və ürəyimizə rahatlıq gətirir, çünki Yehovanın bizi sevdiyinə və yaxşılığımızı istədiyinə əmin edir (Zəb. 62:1, 2).

6. Dua ənamından tam faydalanmaq üçün nə edə bilərsiniz? (Həmçinin şəklə baxın.)

6 Nə edə bilərsiniz? İman sınağı ilə üzləşəndə qayğı yükünüzü Yehovaya verin və dua edib Ondan qəlb rahatlığı istəyin (Zəb. 55:22). Həmçinin üzləşdiyiniz çətinliyi aşmaq üçün duada Yehovadan hikmət diləyin (Məs. 2:10, 11). Bu zaman Yehovaya şükür etməyi də unutmayın (Filip. 4:6). Sınağınız boyu Yehovanın kömək əlini görməyə çalışın və dəstəyinə görə duada Ona minnətdarlığınızı bildirin. Qoymayın sınaqlar gözünüzü bağlasın və Yehovanın verdiyi nemətləri görməyə mane olsun (Zəb. 16:5, 6).

Qış ayıdır. Yaşlı qardaş evində oturub dua edir. Onun dizinin üstündə Müqəddəs Kitab, yanındakı masada isə dərman qutusu var.

Siz dua edəndə Yehova ilə danışırsınız, Müqəddəs Kitabı oxuyanda isə Yehova sizinlə danışır (6-cı abzasa baxın)b


ALLAHIN KƏLAMI

7. Müqəddəs Kitabı araşdırmaq bizə dözüm göstərməyə necə kömək edə bilər?

7 Yehova Kəlamı vasitəsilə bizə dözməyə kömək edir. Orada bizi Yehovanın dəstəyinə əmin edən çoxlu ayələr var. Gəlin həmin ayələrdən birinə baxaq. Mətta 6:8 ayəsində deyilir: «Atanız sizin nəyə ehtiyac duyduğunuzu Ondan istəməzdən əvvəl bilir». Bu sözləri İsa demişdi. Yehovanı ondan yaxşı tanıyan kimsə yoxdur. Buna görə də çətinliklərlə üzləşəndə Yehovanın bizə lazım olan gücü verəcəyinə şübhə etməyə heç bir əsas yoxdur. Müqəddəs Kitabda buna bənzər fikirlər çoxdur və bu fikirlər dözüm göstərmək qətiyyətimizi möhkəmləndirə bilər (Zəb. 94:19).

8. a) Müqəddəs Kitabdakı prinsiplərin bizə dözməyə kömək etdiyini göstərən nümunə çəkin. b) Müqəddəs Kitab prinsiplərini lazım olan anda xatırlamağa bizə nə kömək edə bilər?

8 Müqəddəs Kitab prinsipləri bizə dözməyə kömək edə bilər. Bu prinsiplər düzgün qərarlar qəbul etmək üçün bizə hikmət verir (Məs. 2:6, 7). Məsələn, Müqəddəs Kitab bizə məsləhət görür ki, gələcəyə görə həddən artıq narahat olmayaq, fikrimizi bugünkü günə cəmləyək (Mət. 6:34). Əgər bizdə Müqəddəs Kitabı oxuyub üzərində düşünmək vərdişi varsa, onda lazımi prinsiplər ehtiyac duyduğumuz anda yadımıza düşəcək.

9. Müqəddəs Kitabdakı hadisələr Yehovanın köməyinə etibarımızı necə artırır?

9 Müqəddəs Kitabda bizim kimi insanların Yehovaya güvəndiyi və Onun dayağını gördüyü ilə bağlı gerçək hadisələr yazılıb (İbr. 11:32—34; Yaq. 5:17). Bu hadisələr üzərində düşünəndə bir daha əmin oluruq ki, Yehova bizim «gücümüz, pənahımızdır. Dar gündə köməyə hazırdır» (Zəb. 46:1). Yehovanın keçmişdəki xidmətçilərinin sədaqətli həyat yoluna nəzər salanda onların imanını və dözümünü örnək almaq istəyirik (Yaq. 5:10, 11).

10. Allahın Kəlamından tam yararlanmaq üçün nə edə bilərik?

10 Nə edə bilərsiniz? Müqəddəs Kitabı hər gün oxuyun və ürəyinizə daha çox təsir edən ayələrin siyahısını tutun. Çoxları günün ayəsini oxumaqla günə başlamağın böyük xeyrini görüblər. Bunun sayəsində gün ərzində ağıllarında ruhlandırıcı fikirlər olur. Maria adlı bacı da bunun böyük xeyrini görüb. Onun həm atasına, həm də anasına eyni vaxtda xərçəng diaqnozu qoyulmuşdu. Bacı valideynlərinin ömrünün son aylarında onların qeydinə qalırdı. Ona dözümlü olmağa nə kömək etmişdi? Mari deyir: «Hər səhər “Müqəddəs Yazıları hər gün araşdırın” broşüründən günün ayəsini oxuyub üzərində düşünürdüm. Bu vərdiş mənə kömək etdi ki, ağlımı Müqəddəs Kitabdakı fikirlərlə doldurum. Beləcə, bütün diqqətimi dərdimə yox, Yehovaya və Onun öyrətdiyi gözəl həqiqətlərə cəmləyim» (Zəb. 61:2).

DİNDAŞLARIMIZ

11. Başqalarının da sınaqlarla üzləşdiyini bilmək bizə necə kömək edir?

11 Yehovanın bəxş etdiyi ümumdünya qardaşlıq dözüm göstərməyimizə kömək edir. Dünyadakı bütün qardaşlarımızın da eyni əzablara qatlaşdığını bilməyin özü bizi tək olmadığımıza əmin edir (1 But. 5:9). Doğrudan da, dünyada bizim kimi eyni problemlərlə üzləşən bacı-qardaşlar var. Onlar dözüm göstərə biliblərsə, biz də bacararıq! (Həv. 14:22).

12. Dindaşlarımız bizə necə kömək edir və biz onlar üçün nə edə bilərik? (2 Korinflilərə 1:3, 4).

12 Dindaşlarımız sözləri və əməlləri ilə dözmək qətiyyətimizi möhkəmləndirə bilərlər. Belə bir şey həvari Bulusla da baş vermişdi. O, ev dustağı olanda bacı-qardaşların köməyini görmüşdü və öz məktublarında onlara adbaad minnətdarlığını bildirmişdi. Bu bacı-qardaşlar ona təsəlli vermiş, ruhlandırmış və lazımi köməyi göstərmişdilər (Filip. 2:25, 29, 30; Kol. 4:10, 11). Eyni dəstəyi bu gün biz də görə bilərik. Dindaşlarımız dözüm göstərməyə ehtiyac duyduğumuz məqamlarda bizim hayımıza yetirlər, onların dayağa ehtiyacı olanda isə biz onların köməyinə çatırıq. (2 Korinflilərə 1:3, 4 ayələrini oxuyun.)

13. Maya bacıya dözüm göstərməyə nə kömək edib?

13 Bacı-qardaşlardan gördüyü kömək Rusiyada yaşayan Maya adlı bacını çox ruhlandırıb. 2020-ci ildə onun evində axtarış aparıldı, daha sonra etiqadını başqaları ilə bölüşdüyünə görə ona məhkəmə işi açıldı. Maya deyir: «Özümü emosional cəhətdən tükənmiş hiss edəndə bacı-qardaşlar mənə zəng edir və ya mesaj yazırdılar və məni çox istədiklərini deyirdilər... Həmişə bilirdim ki, mənim böyük mehriban ailəm var, amma 2020-ci ildən buna daha da əmin oldum».

14. Çətinliklərə tab gətirərkən dindaşlarımızın köməyindən necə yararlana bilərik? (Həmçinin şəklə baxın.)

14 Nə edə bilərsiniz? Çətinliklərə dözərkən bacı-qardaşlara yaxın olun. Ağsaqqallardan kömək istəməyə çəkinməyin. Onlar sizin üçün «küləkdən daldalanacaq, leysandan sığınacaq» ola bilər (Əşy. 32:2). Unutmayın ki, dindaşlarınız da həyatın qayğıları ilə mübarizə aparır. Ehtiyacı olan kəslərə xeyirxahlıq etmək öz vəziyyətinizə tarazlı yanaşmağa və sevincinizi qorumağa kömək edə bilər (Həv. 20:35).

Yaz ayıdır. Bayaqkı şəkildə olan yaşlı qardaş evində oturub. O bir ər-arvadla və onların iki qızı ilə mehriban söhbət edir. Qardaşın yanında əsa və masada bir neçə dərman qutusu var. Balaca qızlardan biri çəkdiyi Cənnət şəklini ona göstərir.

Bacı-qardaşlara yaxın olun (14-cü abzasa baxın)c


ÜMİDİMİZ

15. a) Gələcəyə ümid İsaya necə kömək etmişdi? (İbranilərə 12:2). b) Ümidimiz bizə necə kömək edir?

15 Yehova dözümlü olmağımıza kömək etmək üçün bizə möhkəm bir ümid verib (Rom. 15:13). Yadınızdadırsa, ümid İsa Məsihə yer üzündəki həyatının ən çətin günündə dözüm göstərməyə kömək etmişdi. (İbranilərə 12:2 ayəsini oxuyun.) İsa bilirdi ki, onun sədaqəti Yehovanın adının bəraət qazanmasına töhfə verəcək. O həmçinin Atasına qovuşmağı, bir müddət sonra isə qardaşları ilə birlikdə səmavi Padşahlıqda hakimiyyət sürməyi səbirsizliklə gözləyirdi. Eynilə yeni dünyada əbədi yaşayacağımıza ümidimiz Şeytan dünyasında qarşılaşdığımız istənilən çətinliyə dözməyə kömək edir.

16. Gələcəyə ümid bir bacımıza dözüm göstərməyə necə kömək edib və onun sözlərindən siz nə öyrənirsiniz?

16 Gəlin görək gələcəyə ümid Rusiyada yaşayan Alla bacıya necə kömək etmişdi. Onun əri həbs olunmuş və istintaq təcridxanasına salınmışdı. Baş verənlər barədə bacı deyir: «Dua etmək və gələcəyə dair ümidimiz barədə düşünmək məyusluğa qapılmamağa kömək edir. Başa düşürəm ki, sınaqlar əbədiyyən davam etməyəcək. Yehova da, biz də qələbə qazanacağıq».

17. Gələcək ümidimizi qiymətləndirdiyimizi necə göstərə bilərik? (Həmçinin şəklə baxın.)

17 Nə edə bilərsiniz? Vaxt ayırıb Yehovanın sizə vəd etdiyi gözəl gələcək barədə düşünün. Özünüzü yeni dünyada təsəvvür edin. Orada alacağınız nemətləri gözünüzün qabağında canlandırın. Həmin vaxtla müqayisədə bu gün üzləşdiyimiz istənilən sınaq «qısamüddətli və yüngül»dür (2 Kor. 4:17). Həmçinin bacardığınız qədər gələcək nemətlər barədə insanlara danışın. Təsəvvür edirsiniz, Allahın gələcəklə bağlı vədini bilmədən bu Şeytan dünyasındakı problemlərə tab gətirmək onlara nə qədər çətindir? Dediyimiz bir-iki kəlmə belə insanlarda Padşahlıq haqda müjdəyə maraq oyada bilər.

Payız ayıdır. Yaşlı qardaş evində oturub və planşetindəki Cənnət şəklinə baxır. Yanında yürüyüş çərçivəsi və masanın üzərində bir neçə qutu dərman var.

Vaxt ayırıb Yehovanın vəd etdiyi möhtəşəm gələcək barədə düşünün (17-ci abzasa baxın)d


18. Yehovanın vədlərinə nəyə görə etibar edə bilərik?

18 Əyyub peyğəmbər çoxlu sınaqlara dözüb Yehovaya sadiq qalandan sonra Ona belə demişdi: «İndi bildim ki, Sən hər şeyə qadirsən, qət etdiyin elə bir şey yoxdur ki, gerçəkləşdirə bilməyəsən» (Əyy. 42:2). Əyyubun da öyrəndiyi kimi Yehovaya Öz niyyətini həyata keçirməyə heç nə mane ola bilməz. Bunu yadda saxlamaq bizə dözüm göstərməyə güc verə bilər. Belə bir nümunəyə baxaq: Uzun müddət xəstə olan bir qadını təsəvvür edin. O nə qədər həkimin yanına getsə də, heç kim onu sağalda bilmir. Bu vəziyyət onu çox məyus edir. Amma sonra o, təcrübəli və etibarlı bir həkim tapır. Həkim onun xəstəliyinin səbəbini üzə çıxarır və onu necə müalicə edəcəyini izah edir. Sağalması üçün müəyyən qədər vaxt lazım olsa da, həmin qadın artıq ürəyində rahatlıq hiss edir. Ona xəstəliyinə dözmək indi asandır, çünki yaxşılaşacağına ümidi var. Eynilə, Yehovanın yer üzünü cənnətə çevirəcəyinə əminlik bizə də dözməyə kömək edir.

19. Dözüm göstərmək üçün nə etməliyik?

19 Məqalədən gördük ki, Yehova sınaqlarımıza dözüm göstərməyimiz üçün bizə dua, Kəlamı, dindaşlarımız və ümidimiz vasitəsilə kömək edir. Əgər bu vasitələrin hər birindən tam şəkildə yararlansaq, Yehova üzləşdiyimiz istənilən çətinliyə tab gətirməyə kömək edəcək. Beləcə, Şeytan dünyasındakı əzablara son qoyulan günə qədər biz dözüm göstərə biləcəyik (Filip. 4:13).

YEHOVA AŞAĞIDAKI YOLLARLA ÇƏTİNLİKLƏRƏ DÖZMƏYƏ NECƏ KÖMƏK EDİR?

  • Dua və Müqəddəs Kitab

  • Dindaşlarımız

  • Ümidimiz

NƏĞMƏ 33 Qayğı yükünü Yehovaya ver

a Bu məqalədə bəzi adlar şərtidir.

b ŞƏKLİN İZAHI. Fəsillər bir-birini əvəz etdikcə yaşlı bir qardaş çətinliklərinə sədaqətlə dözür.

c ŞƏKLİN İZAHI. Fəsillər bir-birini əvəz etdikcə yaşlı bir qardaş çətinliklərinə sədaqətlə dözür.

d ŞƏKLİN İZAHI. Fəsillər bir-birini əvəz etdikcə yaşlı bir qardaş çətinliklərinə sədaqətlə dözür.

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş