Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 dekabr s. 31
  • Yadınızdadırmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yadınızdadırmı?
  • Gözətçi qülləsi 2025
  • Oxşar material
  • Yadınızdadırmı?
    Gözətçi qülləsi 2015
  • Bölmə 1
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Gözətçi qülləsi 2025
w25 dekabr s. 31

Yadınızdadırmı?

«Gözətçi qülləsi»nin bu il çıxan saylarını diqqətlə oxumusunuz? Onda görün növbəti suallara necə cavab verə bilərsiniz.

Yehovaya şərəf verməyə bizi nə təşviq edir?

Biz Yehovaya dərin ehtiram bəsləyirik və Onu ürəkdən sevirik. Biz həmçinin insanların Yehovanı tanımasını istəyirik və buna görə də Onu şərəfləndiririk (w25.01 s. 3).

Xətrimizə dəyən insanı necə bağışlaya bilərik?

Biz keçirdiyimiz hisslərə laqeyd yanaşmırıq. Eyni zamanda acıqlı qalmırıq və beləcə, kin-küdurətin ürəyimizi korlamasına imkan vermirik (w25.02 s. 15—16).

Nəyə görə şagird Mark gənc qardaşlar üçün yaxşı nümunədir?

Mark ona verilən tapşırığı canla-başla qəbul etdi. Onun xətrinə dəysələr də, məyus olsa da, bacı-qardaşlara qulluq etməyə davam etdi. O həm Bulusla, həm də başqa yetkin məsihilərlə münasibətini möhkəmləndirdi (w25.04 s. 27).

İsa duasında «mən Sənin adını onlara açdım» deyərkən nəyi nəzərdə tuturdu? (Yəh. 17:26).

Onun şagirdləri Allahın adını artıq bilirdilər. İsa onlara bu adın Sahibinin necə bir Allah olduğunu açıqlamışdı; Onun niyyəti, işləri və xüsusiyyətləri barədə danışmışdı (w25.05 s. 20—21).

Əgər təvazökarıqsa, nəyi başa düşürük?

Biz başa düşürük ki, bəzi şeyləri bilmirik. Məsələn, biz bilmirik son nə zaman gələcək, yaxud Yehova həmin vaxt bizim üçün nələr edəcək. Həmçinin sabah başımıza nəyin gələcəyini, Yehovanın bizi nə qədər yaxşı tanıdığını axıra qədər dərk edə bilmərik (w25.06 s. 15—18).

Oxuduğumuz məqalədən və ya dinlədiyimiz açıq nitqdən necə yararlana bilərik?

Özümüzdən soruşa bilərik: «İnsanları əmin etmək üçün hansı dəlillər gətirildi? Bu həqiqəti öyrətməyə kömək edəcək hansı nümunə çəkildi? Bu mövzu kimə maraqlı gələ bilər?» (w25.07 s. 19).

Yehovanın Davudla rəftarından Onun bağışlayan olması haqda nə öyrənirik?

Davud çox ağır günahlar işləsə də, ürəkdən tövbə etdiyi üçün Yehova onu bağışladı (1 Pad. 9:4, 5). Yehova bizi bağışlayanda günahlarımızı gələcəkdə əleyhimizə istifadə etmir və ya bu məsələyə bir də qayıtmır (w25.08 s. 17).

Əgər şagirdiniz hansısa fikri başa düşməyə çətinlik çəkirsə, nə edə bilərsiniz?

Müqəddəs Kitabdan hansısa fikri ətraflı izah etməyinizə rəğmən, şagird yenə də başa düşmürsə, bunun üstündə çox dayanmayın, bu mövzuya bir müddət sonra yenidən qayıdın (w25.09 s. 24).

Müqəddəs Kitabda deyilir ki, «günahın tovlayıcı qüvvəsi» var (İbr. 3:13). Bu nə deməkdir?

Qeyri-kamillik bizi günahlı əməllərə sövq edir, bundan əlavə, Yehovanın bizi sevdiyinə daima ürəyimizdə şübhə yaradır (w25.10 s. 16).

Duaları dolğunlaşdırmağın hansı üç yolu var?

1) Yehovanın xüsusiyyətləri üzərində düşünə bilərik. 2) Hal-hazırda hansı problemlə üzləşdiyimizi, məsələn, kimisə bağışlamalı olduğumuzu düşünüb bu haqda dua edə bilərik. 3) Tələsmədən dua etməliyik. Uzun dualar etməyə vaxt ayırsaq, çox yəqin ki, ən dərin fikirlərimizi deyə biləcəyik (w25.10 s. 19—20).

Yaşlı insanlara necə kömək edə bilərik?

Onlara baş çəkmək və ya zəng etmək olar. Həkim qəbuluna onlarla birlikdə gedə bilərik. Yaxud onlarla birlikdə xidmətin müxtəlif növlərində əməkdaşlıq edə bilərik (w25.11 s. 6—7).

Məsihi toyunun ləyaqətli keçməsi üçün əsas nələrə fikir vermək lazımdır?

Dövlətin toyla bağlı qanunlarına əməl edin. Elə bir ab-hava yaradın ki, toy mərasimində və toy məclisində Allahın ruhu əks olunsun. Geyiminizin sadə olmasına fikir verin və Müqəddəs Kitaba zidd olan toy adətlərindən uzaq olun. Toyu planlaşdırarkən hər şeyi hərtərəfli müzakirə edin (w25.12 s. 21—24).

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş