Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 122
  • Görüşmək. ll hissə: Görüşəndə nəyə hazır olmalıyam?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Görüşmək. ll hissə: Görüşəndə nəyə hazır olmalıyam?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Açıq danışmağa hazır ol
  • Düşüncələrinizin fərqli olacağına hazır ol
  • Stresə hazır ol
  • Yehovanın Şahidləri görüşməyə necə baxırlar?
    Tez-tez verilən suallar
  • Görüşmək. I hissə: Görüşməyə hazıram?
    Gənclərin sualları
  • Görüşmək. lll hissə: Bəlkə, ayrılaq?
    Gənclərin sualları
Gənclərin sualları
ijwyp məqalə 122
Görüşən iki gənc birgə keçirdikləri vaxtdan zövq alır. Kollaj: 1. Onlar birgə Müqəddəs Kitabı oxuyurlar. 2. Piknikdə ünsiyyət edirlər. 3. Birgə velosiped sürürlər. 4. Qız oğlanı valideynləri ilə tanış edir

GƏNCLƏRİN SUALLARI

Görüşmək. ll hissə: Görüşəndə nəyə hazır olmalıyam?

Sənin bir nəfərdən xoşun gəlir və siz ailə qurmaq üçün bir-birinizə uyğun gəlib-gəlmədiyinizi müəyyən etmək istəyirsiniz. Buna görə də görüşməyə qərar verirsiniz. Bir-birinizi daha yaxından tanıdıqca nələrə hazır olmalısan?

Bu məqalədə

  • Açıq danışmağa hazır ol

  • Düşüncələrinizin fərqli olacağına hazır ol

  • Stresə hazır ol

Açıq danışmağa hazır ol

Birgə vaxt keçirdikcə bir-birinizi daha yaxından tanıyacaqsınız. Bəzi şeyləri bir-birinizi müşahidə etməklə öyrənəcəksiniz.

Amma elə şeylər də var ki, onları müəyyən etmək üçün açıq danışmalısınız. Danışarkən obyektiv qalmağa çalışın və qoymayın hissləriniz sizə hakim kəsilsin.

Birgə müzakirə etməli olduğunuz məqamlar aşağıdakılar ola bilər:

  • Maddiyyat. Borcun var? Xərclərini idarə etməkdə çətinlik çəkirsən? Ailə qurandan sonra həyat yoldaşın və sən gəlirləriniz və xərclərinizlə bağlı qərarları necə verəcəksiniz?

  • Sağlamlıq. Sağlamlığın necədir? Keçmişdə sağlamlığınla bağlı ciddi problemlərin olub?

  • Məqsədlər. Həyatda nəyə nail olmaq istəyirsən? Sənin məqsədlərinlə görüşdüyün insanın məqsədləri üst-üstə düşür? Ailə qurandan sonra yaranmış vəziyyət ucbatından məqsədlərinə çata bilməsən, yenə də xoşbəxt olacaqsan?

  • Ailə. Hal-hazırda hansısa ailə məsuliyyətlərin var? Səncə, gələcəkdə hər hansı məsuliyyətlər ortaya çıxa bilər? Övlad sahibi olmaq istəyirsən? Neçə övladının olmağını istəyirsən?

Yuxarı şəkildəki gənclər məqsədləri haqqında danışırlar. Şəklin üzərindəki kiçik şəkillər: 1. Oğlan ümid edir ki, onlar birgə xidmət və səyahət edəcəklər. 2. Qız ümid edir ki, onların evi, iki uşağı və iti olacaq

Bu cür mövzuları müzakirə edərkən açıq danış və tam şəkildə səmimi ol. Qarşı tərəfə müsbət təsir bağışlamaqdan ötrü faktları gizlətməyə və təhrif etməyə çalışma (İbranilərə 13:18).

Düşün. Görüşdüyün insan haqqında nəyi bilməlisən? O sənin haqqında nəyi bilməlidir? İndidən səmimi şəkildə hər şeyi danışmağınız evlənəndən sonra da aranızdakı səmimi ünsiyyəti davam etdirməyə necə kömək edəcək?

Müqəddəs Kitab prinsipi: «Bir-birinizə həqiqəti söyləyin» (Efeslilərə 4:25).

Lampa

Məsləhət. Evlilik haqda söz açmağın vaxtını düzgün seç. Əgər mövzunu vaxtından tez açsan, görüşdüyün insan elə düşünə bilər ki, sən onu tələsdirməyə çalışırsan. Unutma ki, insanlar fərqlidir və münasibətlər də fərqli sürətlə inkişaf edir.

«Qız düşünə bilər: “Yəqin altı aya nişanlanarıq”. Amma oğlan, ola bilsin, bir il nəzərdə tutub. Belə olanda qız inciyə bilər, çünki o, oğlanın tezliklə addım atacağını düşünürdü. Bu məsələyə dair onların bir-birinin fikrini bilməsi çox vacibdir» (Bir ildir ailəli olan Ariana).

Düşüncələrinizin fərqli olacağına hazır ol

İki eyni insan yoxdur. Gözləmə ki, görüşdüyün insanla hər şeydə fikirləriniz və hissləriniz üst-üstə düşəcək. Çünki mədəniyyət və tərbiyə kimi faktorlar insanın nöqteyi-nəzərinə təsir edir.

Yuxarı şəkildəki gənclər fikir ayrılığı ilə üzləşirlər. Kollaj: 1. Oğlan əlində bir qutu popkornla kinoteatra tərəf göstərir. 2. Belində çanta və əlində gəzinti üçün çomaq olan qız dağlara tərəf göstərir

Düşün. Müqəddəs Kitab prinsiplərini pozmayan hansısa kiçik məsələlərdə fikirləriniz üst-üstə düşməyəndə sülhü qorumaq naminə güzəştə getməyə hazırsan?

Müqəddəs Kitab prinsipi: «Qoy hamı sizi dərrakəli adam kimi tanısın» (Filippililərə 4:5).

Lampa

Məsləhət. Fikirləriniz üst-üstə düşəndə yox, üst-üstə düşməyəndə görüşdüyün insanın verdiyi reaksiya vacibdir. Belə vəziyyətlərdə onun haqqında çox şey öyrənəcəksən.

«Bir-birinizə çox uyğun gəldiyinizi düşünsən də, razılaşmayacağınız məqamlar olacaq. İnsanların bir-birinə uyğun gəlməyi önəmlidir, amma fikirlər üst-üstə düşməyəndə üzə çıxan xüsusiyyətlər ondan da önəmlidir» (Beş ildir ailəli olan Metyu).

Stresə hazır ol

Görüşmək insandan çoxlu vaxt tələb edir və sözsüz, bu sənə stres yaşada bilər. Köməyinə nə çata bilər?

Müəyyən məhdudiyyətlər qoy. Bütün diqqətini münasibətlərinə cəmləyib məsuliyyətlərini və dostlarını arxa plana atma. Beş ildir ailəli olan Alana deyir: «Evlilikdən sonra da sənin dostlarına, dostlarının da sənə ehtiyacı olacaq. Görüşməyə başladığın üçün dostlarına etinasız yanaşma».

Unutma ki, evlənəndən sonra həyatın bütün sahələrində tarazlığı qorumalı olacaqsan. Bəlkə, tarazlığı qorumağı elə görüşən vaxt öyrənəsən?

Gün ərzində etdiklərindən sonra yorğun görünən oğlan və qız. Kollaj: 1. Onlar birgə velosiped sürürlər. 2. Dostları ilə selfi çəkdirirlər. 3. Axşam vaxtı dostları ilə televizora baxırlar. 4. Gecəyarısı mesajlaşırlar

Düşün. Görüşdüyün insandan sənə həddən çox vaxt və diqqət ayırmağı tələb edirsən? Bəs qarşı tərəf necə? İkiniz də qarşılıqlı olaraq nə edə bilərsiniz ki, tarazlığı qoruyasınız və emosional cəhətdən bir-birinizi yeyib-bitirməyəsiniz?

Müqəddəs Kitab prinsipi: «Hər şeyin öz vaxtı var,.. hər işin öz vaxtı var» (Vaiz 3:1).

Lampa

Məsləhət. İstirahətdən əlavə birlikdə gündəlik işlərlə də məşğul olmağa çalışın.

«Əgər görüşən gənclər yalnız istirahət edərkən birgə vaxt keçirirlərsə, ailə qurandan sonra onlara çətin olacaq. Yaxşı olar ki, birgə gündəlik işlərlə məşğul olsunlar, məsələn, mağazaya getsinlər, ev işləri görsünlər və ibadət etsinlər. Bu onlara gələcək ailələri üçün yaxşı təməl qoymağa kömək edəcək» (İki ildir ailəli olan Daniel).

Unutma ki, bir müddətdən sonra görüşən kəslər qərar verməlidir: onlar ya evlənməlidir, ya da romantik münasibətə son qoymalıdır. Bu silsilənin üçüncü hissəsində biz bu qərarı verərkən nələri nəzərə almalı olduğumuzu müzakirə edəcəyik.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş