Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 125
  • Görüşmək. lll hissə: Bəlkə, ayrılaq?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Görüşmək. lll hissə: Bəlkə, ayrılaq?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Şübhələrlə mübarizə
  • Qərar vermək
  • Ayrılmaq qərarına gələrsənsə
  • Görüşmək. ll hissə: Görüşəndə nəyə hazır olmalıyam?
    Gənclərin sualları
  • Görüşmək. I hissə: Görüşməyə hazıram?
    Gənclərin sualları
  • Yehovanın Şahidləri görüşməyə necə baxırlar?
    Tez-tez verilən suallar
  • Ayrılıq yarası
    Oyanın! 2015
Gənclərin sualları
ijwyp məqalə 125
Qız telefonda görüşdüyü oğlanla olan şəklinə baxır

GƏNCLƏRİN SUALLARI

Görüşmək. lll hissə: Bəlkə, ayrılaq?

Siz artıq müəyyən müddətdir ki, görüşürsünüz, amma səndə şübhələr yaranmağa başlayıb. Bilmirsən, münasibətləri davam etdirəsən, yoxsa ayrılasan? Bu məqalə sənə qərar verməyə kömək edəcək.

Bu məqalədə

  • Şübhələrlə mübarizə

  • Qərar vermək

  • Ayrılmaq qərarına gələrsənsə

Şübhələrlə mübarizə

Ola bilsin, ilk başda qız və oğlan düşünürdü ki, onlar çox şeydə bir-birlərinə oxşayırlar. Amma bir müddət görüşdükdən sonra müəyyən edə bilərlər ki, əslində, onlar çox fərqlənirlər. Məsələn:

  • Biri çimərliyə getməyi sevir, digəri isə gəzintiyə çıxmağı.

  • Biri ünsiyyətcildir, digəri isə sakit təbiətli.

  • Biri üçün yalan danışmaq adi haldır, digəri isə həmişə dürüstdür.

Fikir verin ki, vəziyyətlər bir-birindən çox fərqlidir. Birinci vəziyyətdə maraqlar fərqlidir. İkinci vəziyyətdə xasiyyətlər fərqlidir. Üçüncü vəziyyətdə isə dəyərlər fərqlidir.

Düşün: Ailə qurandan sonra bu üç amilin hansı xüsusilə çətinlik yarada bilər? İkiniz də bu sahələrdən hər hansı birində dəyişiklik edə bilərsiniz?

Ər və arvadın maraqları və ya xasiyyətləri fərqli olsa da, onların ailə həyatı yenə də xoşbəxt ola bilər. Axı bir-birinə uyğun olmaq hər şeydə eyni olmaq demək deyil. Bəzi hallarda ər və arvad bir-birinin maraqlarına uyğunlaşırlar, xasiyyətlərindəki müsbət məqamlar isə hər ikisinə fayda gətirira.

Amma ailə həyatı quracağın insanla dəyərlərinizin, yəni ruhani, əxlaqi və nəyin doğru, nəyin yanlış olduğuna dair dəyərlərinizin eyni olmağı mütləqdir. Əgər bu dəyərləriniz eyni deyilsə, ayrılmağınız yaxşıdır.

Məsələn, götürək dini dəyərlərdəki fərqi. Bir kitabda deyilir: «Araşdırmalar göstərir ki, ərlə arvad müxtəlif dinə sitayiş edəndə onların boşanma ehtimalı yüksək olur» («Fighting for Your Marriage»).

Müqəddəs Kitab prinsipi: «İmansızlarla eyni boyunduruğa girməyin» (2 Korinflilərə 6:14).

Qərar vermək

Müqəddəs Kitabda deyilir ki, evlənənlər «çətinliklərlə üzləşəcəklər» (1 Korinflilərə 7:28). Ona görə də əgər görüşərkən artıq hansısa çətinliklərlə üzləşirsənsə, buna təəccüblənmə.

Xırda mübahisələr heç də həmişə münasibətlərinizin uğursuz olacağını göstərmir. Özündən soruş: «Mən mübahisələri sülh yolu ilə həll edə bilirəm?» Ailə qursanız, bu qabiliyyət hər ikinizə lazım olacaq.

Müqəddəs Kitab prinsipi: «Bir-birinizə qarşı xeyirxah, şəfqətli olun,.. bir-birinizi ürəkdən bağışlayın» (Efeslilərə 4:32).

Amma tez-tez baş verən və ciddi mübahisələr, ola bilsin, onu göstərir ki, siz bir-birinizə uyğun deyilsiniz. Əgər belədirsə, bunu evlənməzdən əvvəl öyrənməkdə fayda var.

Kollaj: Əvvəlki şəkildəki qız görüşdüyü oğlanla aralarında olan mübahisələr haqda düşünür. 1) Oğlan telefonuna baxır və qıza məhəl qoymur. 2) Alış-veriş zamanı qızla mübahisə edir. 3) Qız qapısında dayanan oğlana gecikdiyini bildirir

Tez-tez baş verən və ciddi mübahisələr, ola bilsin, onu göstərir ki, siz bir-birinizə uyğun deyilsiniz

Nəticə. Əgər görüşdüyünüz insanla və ya evlənməklə bağlı ciddi şübhələriniz varsa, bu şübhələrə göz yummayın!

Müqəddəs Kitab prinsipi: «Uzaqgörən bəlanı duyub gizlənər, cahil isə qabağa gedib ziyan tapar» (Məsəllər 22:3).

Lampa

Məsləhət. Münasibətlərinizlə bağlı şübhələriniz varsa, bu barədə yetkin ailəli dostunuzla bölüşün. Düzdür, dostunuz sizin yerinizə qərar verə bilməz, amma təcrübəsinə əsaslanan məsləhət verə bilər (Məsəllər 11:14).

Ayrılmaq qərarına gələrsənsə

Ayrılıq yarası dərin olur. Amma birinizin və ya hər ikinizin münasibətlərinizlə bağlı ciddi, davamlı narahatlığınız varsa, münasibətləri bitirmək ən doğru qərar olardı.

Ayrılmaq barədə qərarınızı necə deməlisiniz? Əgər vəziyyət yol verirsə, yaxşı olar ki, ayrılmaq istədiyinizi mesaj və ya elektron məktub vasitəsilə deməyəsiniz. Düzgün vaxt, yer seçin və bu ciddi məsələni birgə müzakirə edin.

Qız görüşdüyü oğlanla kafedə danışır
Lampa

Məsləhət. Danışarkən nəzakətli, amma qəti ol. Qarşı tərəfin səhvlərini sadalama. Diqqəti bu münasibətin şəxsən sənə nəyə görə uyğun olmadığına cəmlə.

Müqəddəs Kitab prinsipi: «Bir-birinizə həqiqəti söyləyin» (Zəkəriyyə 8:16).

Ayrılmağın o deməkdir ki, sən uğursuzsan? Unutma ki, bir müddətdən sonra görüşən kəslər qərar verməlidir: onlar ya evlənməlidir, ya da romantik münasibətə son qoymalıdır. Hətta münasibətlərinizə son qoysanız da, yaşadıqların sənin üçün yaxşı təcrübə ola bilər.

Özündən soruş: «Bu münasibətlər sayəsində özüm haqda nə öyrəndim? Bu münasibət mənə evlənməzdən öncə hansısa məqamların üzərində işləməli olduğumu öyrətdi? Yenidən kiminləsə görüşməyə başlasam, hansı sahələrdə fərqli davranaram?»

a Bu çətinliklərin ərlə arvada necə təsir edə biləcəyi haqda daha çox öyrənmək üçün «Ailələrə kömək. Bir-birinizdən fərqlənəndə» (türk.) və «Həyat yoldaşınızın qıcıqlandırıcı cəhətlərinə müsbət baxış» adlı məqalələri oxuyun.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş