Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
Azərbaycan nəşrləri (1992-2026)
Çıxış
Daxil ol
Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Sizi xoş gördük!
Yehovanın Şahidlərinin müxtəlif dillərdə dərc etdikləri nəşrlər üzrə axtarış sistemi.
Nəşrləri yükləmək üçün jw.org saytına daxil olun.
  • bu gün

Cümə, 10 oktyabr

Yehovadan qorxmaqdır hikmətin başı (Məs. 9:10).

Elektron cihazda qarşımıza pornoqrafik şəkillər çıxsa, necə davranmalıyıq? Dərhal gözümüzü çəkməliyik. Yehova ilə dostluğumuzun həyatda sahib olduğumuz ən dəyərli şey olduğunu yadımıza salsaq, belə davranmaq asan olacaq. Hətta pornoqrafiya sayılmayan şəkillər də insanda ehtiras oyada bilər. Nəyə görə onlara baxmamalıyıq? Çünki ürəyimizdə zina etməyə səbəb olacaq kiçik addım belə atmaq istəmirik (Mət. 5:28, 29). Tailandda ağsaqqal kimi xidmət edən Deyvid adlı bir qardaş deyir: «Öz-özümə düşünürəm, bu şəkillər pornoqrafiya olmasa da, onlara baxmağım Yehovanın xoşuna gələr? Bunları fikirləşəndə düzgün davranmaq asan olur». Hikmətli davranmağa bizə nə kömək edə bilər? Yehovanı narazı salmaq qorxusunu yetişdirmək. Allah qorxusu «hikmətin başı»dır, yəni təməlidir. w23.06 s. 23, abz. 12, 13

Müqəddəs Yazıları hər gün araşdırın 2025

Şənbə, 11 oktyabr

Ey xalqım, içəri otaqlarınıza girin (Əşy. 26:20).

Ola bilsin, «içəri otaqlar» deyiləndə yığıncaqlarımız nəzərdə tutulur. Yehova söz verir ki, böyük müsibət zamanı dindaşlarımızın arasında olub ibadətimizi davam etdirsək, O bizi qoruyacaq. Buna görə də biz indidən var gücümüzlə çalışmalıyıq ki, bacı-qardaşlara sadəcə dözməyək, onları sevək. Xilasımız bundan asılı ola bilər! «Yehovanın möhtəşəm günü» bütün bəşəriyyət üçün ağır dövr olacaq (Səf. 1:14, 15). Allahın xalqının da həmin vaxt çətinlikləri olacaq. Amma biz indidən hazırlaşsaq, sakitliyimizi qoruyacağıq və başqalarına kömək edə biləcəyik. Biz hər bir çətinlik qarşısında dözüm göstərəcəyik. Dindaşlarımız əziyyət çəkəndə əlimizdən gələni edəcəyik ki, şəfqət göstərərək və əl tutaraq onların dərdini yüngülləşdirək. İndidən bacı-qardaşlara məhəbbət yetişdirdiyimiz üçün gələcəkdə də onlara yaxın olacağıq. Onda Yehova da bizə əbədi həyat mükafatı verəcək. O zaman bütün bəlalar və əzablar unudulacaq (Əşy. 65:17). w23.07 s. 7, abz. 16, 17

Müqəddəs Yazıları hər gün araşdırın 2025

Bazar, 12 oktyabr

[Yehova] sizi güclü, mətin, sarsılmaz edəcək (1 But. 5:10).

Allahın Kəlamında Onun sadiq xidmətçiləri güclü insanlar kimi təsvir olunub. Amma onların arasından ən güclüləri belə özlərini heç də həmişə güclü hesab etmirdilər. Məsələn, Davud padşah bəzən özünü «dağtək sarsılmaz» hiss edirdi, bəzən isə canına qorxu düşürdü (Zəb. 30:7). Yehovanın ruhu Şimşona qeyri-adi güc verirdi. Şimşon başa düşürdü ki, Yehovanın verdiyi güc olmasa, o, «gücdən düşüb adi adam kimi olar» (Hak. 14:5, 6; 16:17). Bu sadiq insanlar Yehovanın sayəsində güclü idi. Həvari Bulus Yehovadan gələn gücə ehtiyac duyduğunu başa düşürdü (2 Kor. 12:9, 10). O, səhhətindəki problemlərlə mübarizə aparırdı (Qal. 4:13, 14). Hərdən ona düzgün davranmaq çətin olurdu (Rom. 7:18, 19). Bəzən isə narahatlıq, naməlumluq onu sıxırdı (2 Kor. 1:8, 9). Amma Bulus zəif olanda güclü idi. Çünki Yehova ona ehtiyac duyduğu gücü verirdi. w23.10 s. 12, abz. 1, 2

Müqəddəs Yazıları hər gün araşdırın 2025
Sizi xoş gördük!
Yehovanın Şahidlərinin müxtəlif dillərdə dərc etdikləri nəşrlər üzrə axtarış sistemi.
Nəşrləri yükləmək üçün jw.org saytına daxil olun.
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş