Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
Azərbaycan nəşrləri (1992-2026)
Çıxış
Daxil ol
Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Sizi xoş gördük!
Yehovanın Şahidlərinin müxtəlif dillərdə dərc etdikləri nəşrlər üzrə axtarış sistemi.
Nəşrləri yükləmək üçün jw.org saytına daxil olun.
  • bu gün

Şənbə, 11 oktyabr

Ey xalqım, içəri otaqlarınıza girin (Əşy. 26:20).

Ola bilsin, «içəri otaqlar» deyiləndə yığıncaqlarımız nəzərdə tutulur. Yehova söz verir ki, böyük müsibət zamanı dindaşlarımızın arasında olub ibadətimizi davam etdirsək, O bizi qoruyacaq. Buna görə də biz indidən var gücümüzlə çalışmalıyıq ki, bacı-qardaşlara sadəcə dözməyək, onları sevək. Xilasımız bundan asılı ola bilər! «Yehovanın möhtəşəm günü» bütün bəşəriyyət üçün ağır dövr olacaq (Səf. 1:14, 15). Allahın xalqının da həmin vaxt çətinlikləri olacaq. Amma biz indidən hazırlaşsaq, sakitliyimizi qoruyacağıq və başqalarına kömək edə biləcəyik. Biz hər bir çətinlik qarşısında dözüm göstərəcəyik. Dindaşlarımız əziyyət çəkəndə əlimizdən gələni edəcəyik ki, şəfqət göstərərək və əl tutaraq onların dərdini yüngülləşdirək. İndidən bacı-qardaşlara məhəbbət yetişdirdiyimiz üçün gələcəkdə də onlara yaxın olacağıq. Onda Yehova da bizə əbədi həyat mükafatı verəcək. O zaman bütün bəlalar və əzablar unudulacaq (Əşy. 65:17). w23.07 s. 7, abz. 16, 17

Müqəddəs Yazıları hər gün araşdırın 2025

Bazar, 12 oktyabr

[Yehova] sizi güclü, mətin, sarsılmaz edəcək (1 But. 5:10).

Allahın Kəlamında Onun sadiq xidmətçiləri güclü insanlar kimi təsvir olunub. Amma onların arasından ən güclüləri belə özlərini heç də həmişə güclü hesab etmirdilər. Məsələn, Davud padşah bəzən özünü «dağtək sarsılmaz» hiss edirdi, bəzən isə canına qorxu düşürdü (Zəb. 30:7). Yehovanın ruhu Şimşona qeyri-adi güc verirdi. Şimşon başa düşürdü ki, Yehovanın verdiyi güc olmasa, o, «gücdən düşüb adi adam kimi olar» (Hak. 14:5, 6; 16:17). Bu sadiq insanlar Yehovanın sayəsində güclü idi. Həvari Bulus Yehovadan gələn gücə ehtiyac duyduğunu başa düşürdü (2 Kor. 12:9, 10). O, səhhətindəki problemlərlə mübarizə aparırdı (Qal. 4:13, 14). Hərdən ona düzgün davranmaq çətin olurdu (Rom. 7:18, 19). Bəzən isə narahatlıq, naməlumluq onu sıxırdı (2 Kor. 1:8, 9). Amma Bulus zəif olanda güclü idi. Çünki Yehova ona ehtiyac duyduğu gücü verirdi. w23.10 s. 12, abz. 1, 2

Müqəddəs Yazıları hər gün araşdırın 2025

Bazar ertəsi, 13 oktyabr

Yehova... ürəyi [görür] (1 İşm. 16:7).

Əgər biz hərdən dəyərsizlik hissi ilə mübarizə aparırıqsa, onda Yehovanın bizi Özünə necə cəlb etdiyi barədə düşünə bilərik (Yəh. 6:44). O bizim özümüzdə görmədiyimiz yaxşı cəhətlərimizi görür, ürəyimizdəkiləri bilir (2 Saln. 6:30). Ona görə də Yehovanın «siz dəyərlisiniz» sözünə inanmalıyıq (1 Yəh. 3:19, 20). Bəzilərimiz həqiqəti öyrənməzdən əvvəl etdiyimiz səhvlərə görə hələ də özümüzü günahkar hiss edirik (1 But. 4:3). Hətta Yehovaya sədaqətlə xidmət edən məsihilərin arasında da zəiflikləri ilə mübarizə aparanlar var. Bəs sizin də ürəyiniz nəyəsə görə sizi qınayır? Əgər elədirsə, bilin ki, Yehovanın digər sadiq bəndələri də oxşar hisslər keçirib. Məsələn, həvari Bulus zəiflikləri barədə düşünəndə özünü qınayırdı (Rom. 7:24). Təbii ki, o, günahlarından tövbə etmişdi və vəftiz olunmuşdu. Bununla belə, yenə də özünü «həvarilərin ən kiçiyi» və «günah sahiblərindən ən betəri» adlandırmışdı (1 Kor. 15:9; 1 Tim. 1:15). w24.03 s. 27, abz. 5, 6

Müqəddəs Yazıları hər gün araşdırın 2025
Sizi xoş gördük!
Yehovanın Şahidlərinin müxtəlif dillərdə dərc etdikləri nəşrlər üzrə axtarış sistemi.
Nəşrləri yükləmək üçün jw.org saytına daxil olun.
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş