Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
Azərbaycan nəşrləri (1992-2026)
Çıxış
Daxil ol
Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Sizi xoş gördük!
Yehovanın Şahidlərinin müxtəlif dillərdə dərc etdikləri nəşrlər üzrə axtarış sistemi.
Nəşrləri yükləmək üçün jw.org saytına daxil olun.
  • bu gün

Çərşənbə, 15 oktyabr

Mən Alfa və Omeqayam (Vəhy 1:8).

«Alfa» yunan əlifbasının birinci, «omeqa» isə axırıncı hərfidir. Yehova nəyə görə Özü ilə bağlı bu sözləri deyir? Çünki O, başladığı hər işi mütləq axıra çatdırır. Yehova Adəmlə Həvvanı yaradandan sonra onlara demişdi: «Törəyib çoxalın, bütün yer üzünü doldurun və ona sahib olun» (Yar. 1:28). Yehova bu niyyətini bəyan etməklə sanki «Alfa» dedi. Onun niyyəti aydın idi: Adəmlə Həvvadan törəyən kamil, itaətkar insanlar yer üzünü doldurub onu cənnətə çevirməli idilər. Bu niyyəti yerinə yetəndə O, sanki «Omeqa» deyəcək. «Göyün, yerin və onlarda olan hər şeyin yaradılışı» başa çatandan sonra Yehova buna zəmanət verdi. O, bildirdi ki, bəşəriyyətlə və Yer kürəsi ilə bağlı niyyətini yerinə yetirəcək və bu, yeddinci günün sonunda tam şəkildə gerçəkləşəcək (Yar. 2:1—3). w23.11 s. 4—5, abz. 13, 14

Müqəddəs Yazıları hər gün araşdırın 2025

Cümə axşamı, 16 oktyabr

Yehova üçün yolu təmizləyin! Allahımız üçün səhrada hamar yol düzəldin (Əşy. 40:3).

Babildən İsrailə çətin səfər təxminən dörd ay çəkə bilərdi. Amma Yehova vəd etmişdi ki, onların qayıtmasına əngəl törədən bütün maneələri aradan qaldıracaq. İmanlı yəhudilər bilirdi ki, İsrailə qayıtmaq onların xeyrinədir. Bunun üçün istənilən qurbanı verməyə dəyər. Alacaqları ən böyük nemət ibadətləri ilə bağlı idi. Babildə Yehovaya ibadət etmək üçün bir dənə də olsun məbəd yox idi. Orada heç qurbangah da yox idi ki, Musanın qanununda tələb olunduğu kimi israillilər qurban gətirsinlər. Həmçinin qurban təqdim etmək üçün kahinlər təyin olunmamışdı. Üstəlik, bütpərəst kişi və qadınların sayı Yehovanın xalqından qat-qat çox idi, onlar Yehovanın qayda-qanunlarını saymırdılar. Ona görə də ürəyində Allah xofu olan minlərlə yəhudi öz ölkələrinə qayıdıb pak ibadəti yenidən bərpa etməyin intizarında idi. w23.05 s. 14—15, abz. 3, 4

Müqəddəs Yazıları hər gün araşdırın 2025

Cümə, 17 oktyabr

Nur övladları kimi də yaşayın (Efes. 5:8).

«Nur övladları kimi» yaşamaq üçün Allahın verdiyi müqəddəs ruha ehtiyacımız var. Çünki bu korlanmış dünyada təmiz qalmaq heç də asan deyil (1 Salon. 4:3—5, 7, 8). Müqəddəs ruh bizə bu dünyanın təsirinə, Allahın düşüncəsinə zidd olan fəlsəfi fikirlərə və baxışlara qarşı durmağa kömək edir. Həmçinin müqəddəs ruh sayəsində «yaxşılıq, salehlik» kimi nurun bəhrələrini yetişdirə bilərik (Efes. 5:9). Müqəddəs ruhu almağın bir yolu bu barədə dua etməkdir. İsa demişdi ki, Yehova «Ondan istəyənlərə müqəddəs ruh» verəcək (Luka 11:13). Üstəlik, yığıncaqda dindaşlarımızla birgə Yehovanı mədh edəndə də müqəddəs ruh alırıq (Efes. 5:19, 20). Bizdə fəaliyyət göstərən müqəddəs ruhun sayəsində Yehovanı razı salan tərzdə yaşaya biləcəyik. w24.03 s. 23—24, abz. 13—15

Müqəddəs Yazıları hər gün araşdırın 2025
Sizi xoş gördük!
Yehovanın Şahidlərinin müxtəlif dillərdə dərc etdikləri nəşrlər üzrə axtarış sistemi.
Nəşrləri yükləmək üçün jw.org saytına daxil olun.
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş