Mərsiyələr
א [Alef]
4 Par-par yanan qızılın, saf altunun parıltısı necə də tutqunlaşdı!+
Müqəddəs daşlar+ küçələrə səpələndi.+
ב [Bet]
2 Sionun saf qızıl qədər dəyərli, əziz oğulları
Dulusçu əlindən çıxan
Saxsı küplərə tay tutuldu.
ג [Qimel]
ד [Dalet]
4 Susuzluqdan südəmər körpələrin dili damağına yapışıb,
Uşaqlar çörək üçün yalvarır,+ amma bir tikə də çörək verən yoxdur.+
ה [He]
5 Bir vaxtlar ləziz təamlarla bəslənənlər indi acından küçələrə sərilib.+
Al libaslar içində boya-başa çatanlar indi kül topalarına sarılıb.+
ו [Vav]
6 Xalqımın çəkdiyi cəza Sədumun günahına görə çəkdiyi cəzadan böyükdür.+
Sədum bir an içində alt-üst olmuşdu, köməyinə çatan olmamışdı.+
ז [Zayn]
7 Sionun nəziriləri+ qardan təmiz, süddən ağ idi,
Vücudları mərcandan qırmızı idi. Onlar cilalanmış göy yaquta bənzəyirdilər.
ח [Xet]
8 İndi isə kömürdən də qaradırlar,
Küçədə, bayırda tanınmaz olublar.
Dəriləri sümüklərinə yapışıb,+ ağactək qupquru quruyub.
ט [Tet]
9 Qılınca qurban gedənlər acından ölənlərdən xoşbəxtdir,+
Yeməyə heç nə tapmadığı üçün canında can qalmayan, qırılan adamlardan bəxtiyardır!
י [Yud]
10 Ürəyiyuxa analar öz əlləri ilə balalarını bişirdi.+
Xalqımın müsibətli günündə körpələr analara yas yeməyi oldu.+
כ [Kaf]
Sionda od qalayıb. Od onun təməllərini yandırıb-yaxır.+
ל [Lamed]
12 Dünyanın padşahları, yerin sakinləri inanmazdı ki,
Yağılar, düşmənlər Yerusəlim darvazasından içəri girər.+
מ [Mem]
13 Peyğəmbərlərin günahlarına görə, kahinlərin təqsirlərinə görə bu baş verdi.+
Onlar şəhərin ortasında saleh adamların qanını tökürdülər.+
נ [Nun]
14 Küçələrdə kor kimi dolaşırlar.+
Qana bulaşıblar,+
Paltarlarına heç kim toxuna bilmir.
ס [Samex]
15 Qışqırıb onlara deyirlər: «Uzaq durun! Bizə toxunmayın! Murdarsınız! Rədd olun! Rədd olun!»
Onlar evsiz-eşiksizdirlər, sərgərdan dolanırlar.
Xalqlar deyirlər: «Onlar burada bizimlə qala bilməz.+
פ [Pe]
16 Yehova onları pərən-pərən salıb.+
Bir də onlara lütf göstərməyəcək.
Heç kim kahinlərə hörmət qoymayacaq,+ ağsaqqallara sayğı göstərməyəcək».+
ע [Ayn]
17 İndinin özündə də boş yerə kömək gözləyirik, gözləməkdən gözlərimizin kökü saralıb.+
Bizi qurtara bilməyən xalqdan kömək umduq, kömək gözlədik.+
צ [Tsade]
18 Hər addımımızı izləyirlər,+ meydanlarda gəzə bilmirik.
Axırımız çatıb, ömrümüz bitib, sonumuz gəlib.
ק [Kof]
19 Təqibçilər göydəki qartallardan itidir.+
Dağlarda bizi təqib etdilər, səhrada bizə pusqu qurdular.
ר [Reyş]
20 Nəfəsimiz, Yehovanın məsh olunmuşu+ onların iri çalasında əsirdir.+
Bizsə deyirdik: «Onun kölgəsi altında xalqlar arasında yaşayacağıq».
ש [Sin]
21 Ey Uz diyarında yaşayan Ədum qızı,+ sevin, şadlan.
Amma cam sənə də ötürüləcək,+ sən də sərxoş olub eyib yerlərini açacaqsan.+
ת [Tav]
22 Günahının cəzası bitdi, ey Sion qızı.
O, bir də səni sürgünə aparmayacaq.+
Amma, ey Ədum qızı, Allah təqsirinə nəzər yetirəcək.
Günahlarını aşkara çıxaracaq.+