Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Hizqiyal 20
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Hizqiyalın məzmunu

      • İsrailin asiliyi (1—32)

      • İsrail qayıdacaq (33—44)

      • Cənuba qarşı peyğəmbərlik (45—49)

Hizqiyal 20:3

Çarpaz istinadlar

  • +Əş 1:12, 15; Hz 14:3

Hizqiyal 20:4

Çarpaz istinadlar

  • +Hz 16:51; 22:2; Lk 11:47

Hizqiyal 20:5

Çarpaz istinadlar

  • +Qn 7:6
  • +Çx 4:31; 6:7, 8

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/10/2012 s. 24—25

Hizqiyal 20:6

Çarpaz istinadlar

  • +Çx 3:8

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/10/2012 s. 24—25

Hizqiyal 20:7

Çarpaz istinadlar

  • +Lav 18:3; Qn 29:16, 17; Yş 24:14
  • +Lav 20:7

Hizqiyal 20:8

Çarpaz istinadlar

  • +Çx 32:4

Hizqiyal 20:9

Çarpaz istinadlar

  • +Sy 14:13—16; Qn 9:27, 28; 1İş 12:22
  • +Çx 32:11, 12; Yş 2:9, 10; 9:3, 9; 1İş 4:7, 8

Hizqiyal 20:10

Çarpaz istinadlar

  • +Çx 13:17, 18; 15:22

Hizqiyal 20:11

Çarpaz istinadlar

  • +Qn 4:8
  • +Qn 8:3; 30:16

Hizqiyal 20:12

Çarpaz istinadlar

  • +Çx 20:8—10; Lav 23:3, 24; 25:4, 11
  • +Çx 31:13; 35:2

Hizqiyal 20:13

Çarpaz istinadlar

  • +Çx 32:8; Sy 14:22, 23
  • +Sy 14:11, 12

Hizqiyal 20:14

Çarpaz istinadlar

  • +Yş 7:9; Hz 36:22

Hizqiyal 20:15

Çarpaz istinadlar

  • +Sy 14:30; Zb 95:11; 106:26, 27
  • +Sy 13:26, 27

Hizqiyal 20:16

Çarpaz istinadlar

  • +Çx 32:1, 4; Sy 25:1, 2; Hv 7:42

Hizqiyal 20:18

Çarpaz istinadlar

  • +Sy 14:33
  • +Zb 78:8

Hizqiyal 20:19

Çarpaz istinadlar

  • +Qn 4:1

Hizqiyal 20:20

Çarpaz istinadlar

  • +Ər 17:22
  • +Çx 31:13

Hizqiyal 20:21

Çarpaz istinadlar

  • +Sy 25:1; Qn 9:23
  • +Əş 63:10

Hizqiyal 20:22

Çarpaz istinadlar

  • +Zb 78:38
  • +Zb 25:11; 79:9; Ər 14:7; Dn 9:19

Hizqiyal 20:23

Çarpaz istinadlar

  • +Lav 26:33; Zb 106:26, 27

Hizqiyal 20:24

Çarpaz istinadlar

  • +Lav 26:15, 16
  • +Ər 2:7

Hizqiyal 20:25

Çarpaz istinadlar

  • +Zb 81:12

Hizqiyal 20:26

Çarpaz istinadlar

  • +Lav 18:21; Ər 7:31

Hizqiyal 20:28

Çarpaz istinadlar

  • +Yş 23:5
  • +Qn 12:2

Hizqiyal 20:29

Haşiyələr

  • *

    Bütpərəstlərin səcdəgahına verilən ad.

Çarpaz istinadlar

  • +Hz 16:24, 25

Hizqiyal 20:30

Haşiyələr

  • *

    Hərfən: onlarla zina edirsiniz.

Çarpaz istinadlar

  • +Hk 2:19; 2Sm 21:13; Ər 13:26, 27

Hizqiyal 20:31

Çarpaz istinadlar

  • +Qn 18:10, 12; Zb 106:36—38; Ər 7:31
  • +Əş 1:15
  • +Zk 7:13

Hizqiyal 20:32

Çarpaz istinadlar

  • +Ər 44:17

Hizqiyal 20:33

Çarpaz istinadlar

  • +Ər 21:5; Hz 8:18

Hizqiyal 20:34

Çarpaz istinadlar

  • +Əş 27:13; Hz 34:16

Hizqiyal 20:35

Çarpaz istinadlar

  • +Ər 2:9

Hizqiyal 20:37

Çarpaz istinadlar

  • +Lav 27:32; Hz 34:17

Hizqiyal 20:38

Çarpaz istinadlar

  • +Hz 34:20, 21
  • +Hz 13:9

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Pak ibadət», s. 107

Hizqiyal 20:39

Çarpaz istinadlar

  • +Hk 10:14; Zb 81:12
  • +Əş 1:13; Hz 23:39

Hizqiyal 20:40

Çarpaz istinadlar

  • +Əş 2:2, 3; 66:20
  • +Əş 56:7; Zk 8:22
  • +Ml 3:4

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Pak ibadət», s. 101, 106—107

Hizqiyal 20:41

Çarpaz istinadlar

  • +Əş 11:11; Ər 23:3
  • +Əş 5:16; Hz 38:23

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Pak ibadət», s. 107—109

Hizqiyal 20:42

Çarpaz istinadlar

  • +Hz 11:17; 36:23

Hizqiyal 20:43

Çarpaz istinadlar

  • +Lav 26:40; Hz 6:9; 16:61
  • +Ər 31:18

Hizqiyal 20:44

Çarpaz istinadlar

  • +Zb 79:9; Hz 36:22, 23

Hizqiyal 20:47

Çarpaz istinadlar

  • +Qn 32:22; Ər 21:14
  • +Əş 66:24

Hizqiyal 20:48

Çarpaz istinadlar

  • +2Sm 7:20; Mrs 2:17

Hizqiyal 20:49

Haşiyələr

  • *

    Yaxud məsəllərlə.

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/7/2007 s. 20

Digər

Hizq. 20:3Əş 1:12, 15; Hz 14:3
Hizq. 20:4Hz 16:51; 22:2; Lk 11:47
Hizq. 20:5Qn 7:6
Hizq. 20:5Çx 4:31; 6:7, 8
Hizq. 20:6Çx 3:8
Hizq. 20:7Lav 18:3; Qn 29:16, 17; Yş 24:14
Hizq. 20:7Lav 20:7
Hizq. 20:8Çx 32:4
Hizq. 20:9Sy 14:13—16; Qn 9:27, 28; 1İş 12:22
Hizq. 20:9Çx 32:11, 12; Yş 2:9, 10; 9:3, 9; 1İş 4:7, 8
Hizq. 20:10Çx 13:17, 18; 15:22
Hizq. 20:11Qn 4:8
Hizq. 20:11Qn 8:3; 30:16
Hizq. 20:12Çx 20:8—10; Lav 23:3, 24; 25:4, 11
Hizq. 20:12Çx 31:13; 35:2
Hizq. 20:13Çx 32:8; Sy 14:22, 23
Hizq. 20:13Sy 14:11, 12
Hizq. 20:14Yş 7:9; Hz 36:22
Hizq. 20:15Sy 14:30; Zb 95:11; 106:26, 27
Hizq. 20:15Sy 13:26, 27
Hizq. 20:16Çx 32:1, 4; Sy 25:1, 2; Hv 7:42
Hizq. 20:18Sy 14:33
Hizq. 20:18Zb 78:8
Hizq. 20:19Qn 4:1
Hizq. 20:20Ər 17:22
Hizq. 20:20Çx 31:13
Hizq. 20:21Sy 25:1; Qn 9:23
Hizq. 20:21Əş 63:10
Hizq. 20:22Zb 78:38
Hizq. 20:22Zb 25:11; 79:9; Ər 14:7; Dn 9:19
Hizq. 20:23Lav 26:33; Zb 106:26, 27
Hizq. 20:24Lav 26:15, 16
Hizq. 20:24Ər 2:7
Hizq. 20:25Zb 81:12
Hizq. 20:26Lav 18:21; Ər 7:31
Hizq. 20:28Yş 23:5
Hizq. 20:28Qn 12:2
Hizq. 20:29Hz 16:24, 25
Hizq. 20:30Hk 2:19; 2Sm 21:13; Ər 13:26, 27
Hizq. 20:31Qn 18:10, 12; Zb 106:36—38; Ər 7:31
Hizq. 20:31Əş 1:15
Hizq. 20:31Zk 7:13
Hizq. 20:32Ər 44:17
Hizq. 20:33Ər 21:5; Hz 8:18
Hizq. 20:34Əş 27:13; Hz 34:16
Hizq. 20:35Ər 2:9
Hizq. 20:37Lav 27:32; Hz 34:17
Hizq. 20:38Hz 34:20, 21
Hizq. 20:38Hz 13:9
Hizq. 20:39Hk 10:14; Zb 81:12
Hizq. 20:39Əş 1:13; Hz 23:39
Hizq. 20:40Əş 2:2, 3; 66:20
Hizq. 20:40Əş 56:7; Zk 8:22
Hizq. 20:40Ml 3:4
Hizq. 20:41Əş 11:11; Ər 23:3
Hizq. 20:41Əş 5:16; Hz 38:23
Hizq. 20:42Hz 11:17; 36:23
Hizq. 20:43Lav 26:40; Hz 6:9; 16:61
Hizq. 20:43Ər 31:18
Hizq. 20:44Zb 79:9; Hz 36:22, 23
Hizq. 20:47Qn 32:22; Ər 21:14
Hizq. 20:47Əş 66:24
Hizq. 20:482Sm 7:20; Mrs 2:17
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
  • 48
  • 49
Müqəddəs Kitab
Hizqiyal 20:1—49

Hizqiyal

20 Yeddinci ilin beşinci ayının onuncu günündə İsrail ağsaqqallarından bir neçəsi Yehovaya müraciət etmək üçün yanıma gəlib qarşımda əyləşdilər. 2 Bu vaxt mənə Yehovanın sözü nazil oldu: 3 «Ey bəni-adəm, İsrail ağsaqqallarına de ki, Külli-İxtiyar Yehovanın sözü budur: “Siz Məndən söz soruşmağa gəlmisiniz? Varlığıma and olsun, — deyir Külli-İxtiyar Yehova, — sizə bir kəlmə də cavab verməyəcəyəm”.+

4 Onları mühakimə etməyə hazırsan? Ey bəni-adəm, hazırsanmı onları mühakimə etməyə? Ata-babalarının iyrənc əməllərini bir-bir onlara söylə.+ 5 De ki, Külli-İxtiyar Yehovanın sözü belədir: “İsraili seçdiyim+ gün Yaqub nəslinin övladlarına and içdim, Misir ölkəsində onlara Özümü tanıtdım.+ Bəli, onlara and içib dedim: “Mən Yehovayam, sizin Allahınız”. 6 Həmin gün and içib söz verdim ki, onları Misirdən çıxarıb onlar üçün tapdığım süd-bal axan diyara aparacağam.+ Bu diyar dünyanın ən dilbər guşəsi idi. 7 Onda onlara dedim: “Qoy hər kəs gözünü dikdiyi iyrənc bütləri tullasın. Özünüzü Misirin iyrənc bütləri ilə murdarlamayın.+ Mən sizin Allahınız Yehovayam”.+

8 Onlar isə Mənə qarşı üsyan etdilər, Mənə qulaq asmaq istəmədilər. Bağlandıqları mənfur şeyləri atmadılar, Misirin iyrənc bütlərindən əl çəkmədilər.+ Onda söz verdim ki, onları hiddətimə tuş edəcəyəm, bütün qəzəbimi Misir torpağında üzərlərinə yağdıracağam. 9 Amma adım naminə hərəkətə keçdim ki, aralarında yaşadıqları xalqların yanında adıma ləkə gəlməsin.+ Onları Misir torpağından çıxaranda bu xalqların qarşısında Özümü onlara tanıtdım.+ 10 Beləcə, onları Misir ölkəsindən çıxarıb səhraya apardım.+

11 Orada onlara qanunlarımı bildirib hökmlərimi aşkar etdim,+ o qanun və hökmləri ki onlara əməl edən onların sayəsində yaşayır.+ 12 Bundan əlavə, Özümlə onlar arasında bir əlamət olaraq onlar üçün şənbəni+ təsis etdim ki,+ bilsinlər: onları müqəddəs edən Mənəm, Yehova.

13 Lakin İsrail əhli səhrada Mənə asi çıxdı.+ Qanunlarımla oturub durmadılar, hökmlərimi rədd etdilər, o qanun və hökmləri ki onlara əməl edən onların sayəsində yaşayır. Mənim şənbələrimi heç yerinə qoydular. Odur ki, Mən də səhrada qəzəbimi onların üstünə tökməyə, onları məhv etməyə qərar verdim.+ 14 Amma bunu adım naminə etdim. İstəmədim onları çıxartmağımın şahidi olan xalqların yanında adıma ləkə gəlsin.+ 15 Həm də səhrada and içdim ki, onları söz verdiyim torpağa,+ süd-bal axan diyara,+ dünyanın ən dilbər guşəsinə aparmayacağam, 16 çünki Mənim hökmlərimi rədd etdilər, qanunlarımla yaşamadılar, şənbələrimi heç etdilər, iyrənc bütlərinə könül verdilər.+

17 Ancaq yazığım gəldi onlara, məhv etmədim, səhrada köklərini kəsmədim. 18 Səhrada ikən+ oğullarına dedim: “Ata-babalarınızın qayda-qanunu ilə getməyin,+ hökmlərinə riayət etməyin, özünüzü onların iyrənc bütləri ilə murdarlamayın. 19 Mən sizin Allahınız Yehovayam. Mənim qanunlarımla gedin, Mənim hökmlərimə əməl edin, onlara riayət edin.+ 20 Şənbələrimi müqəddəs tutun,+ onlar sizinlə Mənim aramda əlamət olacaq ki, biləsiniz: Mən sizin Allahınız Yehovayam”.+

21 Amma övladları da Mənə qarşı qalxdılar.+ Qanunlarımla oturub-durmadılar, hökmlərimə əməl etmədilər, o qanun və hökmlərə ki onlara əməl edən onların sayəsində yaşayır. Mənim şənbələrimi heç yerinə qoydular. Buna görə də söz verdim ki, onları hiddətimə tuş edəcəyəm, bütün qəzəbimi səhrada üzərlərinə yağdıracağam.+ 22 Lakin Özümü saxladım,+ adımı düşündüm,+ dedim, onları çıxartmağımın şahidi olan xalqların yanında adıma ləkə gəlməsin. 23 Onlara səhrada and içdim ki, onları xalqlar arasına səpələyəcəyəm, ölkələrə pərən-pərən edəcəyəm,+ 24 çünki hökmlərimə əməl etmədilər, qanunlarımı rədd etdilər,+ şənbələrimi heç etdilər, ata-babalarının iyrənc bütlərinə tapındılar.+ 25 Mən də onları başlı-başına buraxdım ki, gedib faydasız qaydalara, insanı yaşatmağa qadir olmayan hökmlərə uysunlar,+ 26 ilkinlərini odda yandıraraq qurban versinlər və bununla özlərini murdarlasınlar.+ Bunu etdim ki, onları acınacaqlı hala salım və bilsinlər ki, Mən Yehovayam”.

27 Buna görə də, ey bəni-adəm, İsrail əhlinə söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Sizin ata-babalarınız da beləcə Mənə xəyanət edərək küfr etdilər. 28 Onları and içib söz verdiyim ölkəyə gətirdim.+ Onlar isə hündür təpələri, sıxyarpaqlı ağacları+ görəndə başladılar öz qurbanlarını və Məni təhqir edən təqdimələrini gətirməyə. Orada xoş ətirli qurbanlarını, şərab təqdimələrini təqdim etdilər. 29 Onda Mən onlardan soruşdum: “Bu yüksəklik nədir belə? (Bu günə kimi ora Yüksəklik* adlanır.)”+

30 İsrail əhlinə söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Siz də özünüzü atalarınız kimi ləkələyirsiniz? Onların iyrənc bütlərinə bağlanıb Mənə xəyanət edirsiniz*?+ 31 Siz hələ də murdar bütlərinizə qurbanlar gətirərək — oğullarınızı odda yandıraraq özünüzü ləkələyirsiniz?+ Bunlardan sonra da deyirsiniz, Mən sizə cavab verim, ey İsrail əhli?”+

“Varlığıma and olsun, — Külli-İxtiyar Yehova bəyan edir, — sizə cavab verməyəcəyəm.+ 32 Deyirsiniz: “Qoy biz də başqa xalqlar kimi, başqa ölkələrdə yaşayan, ağaca, daşa baş əyən tayfalar kimi olaq”.+ Xeyr, bu olmayacaq”».

33 «“Varlığıma and olsun, — Külli-İxtiyar Yehova bəyan edir, — güclü əlimlə, qüvvətli qolumla, qeyz-qəzəblə üzərinizdə padşahlıq edəcəyəm.+ 34 Güclü əlimlə, qüvvətli qolumla, kükrəyən qəzəbimlə sizi xalqların arasından çıxaracağam, pərən-pərən düşdüyünüz ölkələrdən toplayacağam.+ 35 Sizi xalqların səhrasına gətirəcəyəm, üzbəsurət sizinlə haqq-hesab çəkəcəyəm.+

36 Misir səhrasında ata-babalarınızla haqq-hesab çəkdiyim kimi, sizinlə də çəkəcəyəm, — Külli-İxtiyar Yehova bəyan edir. — 37 Sizi çoban kimi, çomağımın altından keçirəcəyəm,+ əhdin boyunduruğu altına salacağam. 38 Amma üsyankarları, Mənə qarşı günah edənləri aranızdan ayıracağam.+ Onları qürbət ölkədən çıxaracağam, ancaq İsrailə ayaq basmayacaqlar,+ onda biləcəksiniz ki, Mən Yehovayam”.

39 Sizin barənizdə isə, ey İsrail əhli, Külli-İxtiyar Yehova belə deyir: “Siz ki Mənə qulaq asmırsınız, gedin baş əyin öz iyrənc bütlərinizə.+ Ancaq məlumunuz olsun ki, daha qurbanlarınızla, iyrənc bütlərinizlə adıma ləkə gətirə bilməyəcəksiniz”.+

40 “Bütün İsrail əhli, hamı müqəddəs dağımda, İsrailin hündür dağında+ Mənə ibadət edəcək,+ — Külli-İxtiyar Yehova bəyan edir. — Mən onlardan razı qalacağam. Onda sizdən bəxşişləri, ən yaxşı təqdimələri, müqəddəs təqdimələri qəbul edəcəyəm.+ 41 Sizi xalqların içindən çıxaranda, pərən-pərən düşdüyünüz ölkələrdən yığanda+ qurbanlarınızın xoş ətrini duyub sizdən razı qalacağam, sizin vasitənizlə bütün xalqların gözü qarşısında müqəddəsliyimi əyan edəcəyəm”.+

42 “Sizi İsrailə, ata-babalarınıza söz verib and içdiyim ölkəyə gətirəndə biləcəksiniz ki, Mən Yehovayam.+ 43 Orada sizə ləkə gətirən hərəkətləriniz, əməlləriniz yadınıza düşəcək,+ bütün pis əməllərinizə görə özünüz özünüzdən iyrənəcəksiniz.+ 44 Bax onda, ey İsrail əhli, biləcəksiniz ki, Mən Yehovayam, çünki görəcəksiniz ki, Mən sizinlə bəd əməllərinizə, pozğun işlərinizə görə rəftar etmirəm, nə edirəmsə, Öz adım naminə edirəm”,+ — Külli-İxtiyar Yehova bəyan edir».

45 Mənə yenə də Yehovanın sözü nazil oldu: 46 «Ey bəni-adəm, üzünü cənuba çevirib xitab et. Cənub meşələrinə peyğəmbərlik et. 47 Cənubdakı meşələrə belə de: “Eşidin və agah olun, görün Yehova nə deyir. Külli-İxtiyar Yehovanın sözü budur: “Sənin içində elə od qalayacağam ki,+ atəşi sönməyəcək, yaş, quru deməyib, bütün ağacları yandıracaq.+ Cənubdan tutmuş şimala qədər hamını qarsıdacaq. 48 Hamı görəcək ki, bu odu Mən Yehova yandırmışam. Odur ki, atəşi sönməyəcək”».+

49 Onda mən dedim: «Ay Allah, ey Külli-İxtiyar Yehova, onlar mənim barəmdə deyirlər “bu, elə tapmacalarla* danışır”».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş