Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w04 1/7 s. 4—7
  • Yer üzündə Allahın iradəsi yerinə yetən zaman

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yer üzündə Allahın iradəsi yerinə yetən zaman
  • Gözətçi qülləsi 2004
  • Başlıqlar
  • Oxşar material
  • Üsyan zamanı Allahın iradəsi
  • Hər şeydə “Sənin iradən olsun”
  • Allahın Padşahlığı - yerin yeni hökuməti
    Gözətçi qülləsi 2001
  • Allahın Padşahlığı nədir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Allahın yer üçün niyyəti nədən ibarətdir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • ‘Heç vaxt dağılmayacaq’ Padşahlıq
    Vahid həqiqi Allaha ibadət edin
Gözətçi qülləsi 2004
w04 1/7 s. 4—7

Yer üzündə Allahın iradəsi yerinə yetən zaman

İSA şagirdlərinə: “Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun” deyə dua etməyi öyrədən zaman, bundan əvvəl göydə Atası ilə yaşamış bir şəxs kimi danışırdı (Matta 6:10; Yəhya 1:18; 3:13; 8:42). İsa hələ insan kimi mövcud olmazdan əvvəl, göydə və yerdə baş verən hadisələrin hamısının Allahın iradəsinə müvafiq olduğu dövrü görmüşdü. Bu, yüksək yaradıcılıq və məmnunluq gətirən gözəl bir dövr idi (Süleymanın məsəlləri 8:27-31).

Allahın ilk yaratdığı varlıqlar, Onun “kəlamını icra edən, qüdrəti çox olan mələklər”, ruhani şəxsiyyətlər idi. Onlar Allahın “iradəsini icra edən xidmətçilər” olmuş və olaraq qalmaqdadırlar (Məzmur 103:20, 21). Bəs mələklərin hər biri iradə azadlığına malik idimi? Bəli, yerin əsası qoyulan zaman ‘Allahın [bu] oğulları sevinclə çağırışırdılar’ (Eyub 38:7). Onlar Allahın niyyətlərinin yerinə yetdiyi üçün duyduqları sevinclərini bu cür ifadə edir və öz iradələrini Allahın iradəsinə tabe edirdilər.

Allah Yeri yaratdıqdan sonra, onu insanların həyatı üçün hazırladı və axırda ilk kişi və qadını yaratdı (Təkvin 1-ci fəsil). Bu hadisə üçün də sevinməyə dəyərdimi? Müqəddəs Kitabda deyilir: “Allah yaratdığı hər şeyi gördü və budur, çox yaxşı idi”. Bəli, Allahın yaratdıqlarında heç bir çatışmazlıq yox idi, hər şey kamil idi (Təkvin 1:31).

Allahın ulu valideynlərimiz və onların nəsilləri üçün olan iradəsi nədən ibarət idi? Təkvin 1:28 ayəsinə görə bu iradə çox gözəl idi: “Allah onları mübarək qıldı; və Allah onlara dedi: Səmərəli olun və çoxalın və yer üzünü doldurun və ona sahib olun; və dənizin balıqlarına və göylərin quşlarına və yer üzərində hərəkət edən hər canlı şeyə hakim olun”. Bu gözəl tapşırığı yerinə yetirmək üçün, ilk insanlara və onların nəsillərinə yaşamaq — əbədiyyən yaşamaq lazım idi. Bədbəxtliyə, ədalətsizliyə, iztiraba və ya ölümə işarə edən heç bir şey yox idi.

O zaman Allahın iradəsi həm yer üzündə, həm də göydə yerinə yetirdi. Onun iradəsini yerinə yetirən hər bir kəs gələcəkdə də bundan məmnunluq hissi duya bilərdi. Bəs nəyə görə bu gün belə deyil?

Gözlənilmədən Allahın iradəsi şübhə altına alındı. Əlbəttə ki, vəziyyət çıxılmaz deyildi. Amma buna görə insanlarda Allahın bəşəriyyət üçün olan iradəsinə dair çaşqınlıq yaradan uzun müddətli iztirab və fəlakət dövrü başlandı. Hər birimiz bundan əziyyət çəkirik. Axı nə baş verdi?

Üsyan zamanı Allahın iradəsi

Allahın ruhani oğullarından biri öz mənfəətini güdərək Allahın insanlara dair niyyətinə müdaxilə etmək imkanı olduğunu gördü. Bu ruhani varlıq öz planını nə qədər çox götür-qoy edirdisə, plan bir o qədər də həyata keçə bilən və şirnikdirici görünürdü (Yaqub 1:14, 15). Ola bilsin, o belə düşünürdü: əgər ilk insan cütünü Allaha deyil, ona itaət etməyə təhrik edə bilsə, onda Allah insanlar üçün alternativ hakimiyyəti e’tiraf etməli olacaqdır. Görünür, o, Allahın onları məhv etməyəcəyinə ümid edirdi, çünki bu Allahın niyyətini pozmuş olardı. Çox ehtimal ki, Yehova Allah indi yaratdığı insanların tabe olduğu bu ruhani oğulun tutduğu vəzifəni e’tiraf edərək, Öz niyyətini dəyişmək məcburiyyətində qala bilərdi. Bu üsyançının nəyə görə sonradan “düşmən” mə’nasını daşıyan Şeytan adlandırılmasının səbəbi aydındır (Eyub 1:6).

Şeytan arzusunu həyata keçirmək üçün qadına yaxınlaşdı. O, qadını Allahın iradəsinə laqeydlik göstərməyə və mə’nəvi müstəqillik əldə etməyə təhrik edərək dedi: “Qətiyyən ölməzsiniz. ...Yaxşını və pisi bilərək Allah kimi olacaqsınız” (Təkvin 3:1-5). Qadın bu yolla azadlığı qazana biləcəyini düşündü. O, ən gözəl həyat yolunu seçdiyinə ümid edərək deyilənlərə uydu. Daha sonra ərini də ona qoşulmağa təhrik etdi (Təkvin 3:6).

İlk insan cütü üçün Allahın iradəsi bu deyildi. Bu, onların iradəsi idi. Bu seçim dəhşətli nəticələrə gətirib çıxardı. Allah əvvəlcədən xəbərdarlıq etmişdir ki, itaətsizlik onların ölümünə səbəb olacaq (Təkvin 3:3). Allah insanları Ondan asılı olmadan yaşamaq və eyni zamanda müvəffəqiyyətli olmaq üçün yaratmamışdı (Yeremya 10:23). İtaətsizlik onları həmçinin qeyri-kamilliyə gətirib çıxardı, qeyri-kamillik və ölüm isə onların nəslinə keçdi (Romalılara 5:12). Şeytan bu nəticələri aradan qaldıra bilmədi.

Hadisələrin bu cür gedişatı Allahın bəşəriyyətə və yer üzünə dair niyyətini, yə’ni Onun iradəsini həmişəlik dəyişdimi? Xeyr (İşaya 55:9-11). Lakin cavab tələb edən bir sıra suallar ortaya çıxdı: Şeytanın iddia etdiyi kimi, insanlar “yaxşını və pisi bilərək Allah kimi” ola bilərlərmi? Başqa sözlərlə desək, əgər bizə kifayət qədər vaxt versələr, sərbəst olaraq həyatımızın bütün sahələrində nəyin yaxşı, nəyin pis olduğunu, nəyin faydalı, nəyin isə zərərli olduğunu müəyyən edə bilərikmi? Allahın hakimiyyəti ən yaxşı hakimiyyət olduğu üçün O, tam itaətə layiqdirmi? Hər şeydə Onun iradəsinə tabe olmağa dəyərmi? Bu suallara siz necə cavab verərdiniz?

Bu məsələləri bütün dərrakəli varlıqların önündə ancaq bir üsulun köməyi ilə həll etmək mümkün idi: müstəqillik axtaranların müvəffəqiyyət qazanmalarına imkan vermək. Onların məhvi heç nəyi həll etməzdi. Yaranmış vəziyyətdən çıxış yolu insanlara öz niyyətlərini həyata keçirmək üçün kifayət qədər vaxt vermək idi. O zaman Allahdan asılı olmadan yaşamağın nəticələri göz qabağında olardı. Allah qadına övladları olacağını söyləməklə, məsələni necə həll edəcəyini göstərdi. Bəşər ailəsinin başlanğıcı belə qoyuldu. Bizim hər birimiz bunun sayəsində dünyaya göz açmışıq! (Təkvin 3:16, 20).

Lakin bütün bunlar o demək deyildi ki, Allah insanlara və üsyançı olan ruhani oğluna hər şeydə öz istədikləri kimi davranmağa yol verəcəkdir. Allah Öz hökmranlığından və niyyətlərindən imtina etmədi (Məzmur 83:18). O, üsyan təhrikçisinin tam məhv ediləcəyini və itaətsizliyin bütün mənfi nəticələrinin aradan qaldırılacağını aydın surətdə əvvəlcədən xəbər verdi (Təkvin 3:15). Beləliklə, lap başlanğıcdan bəşəriyyətə azadlıq və’d edilmişdi.

Bu arada ulu valideynlərimiz Allahın hakimiyyətindən uzaqlaşdılar və gələcək nəsillərini də öz arxalarınca apardılar. Onları qəbul etdikləri qərarın hər cür pis nəticələrindən mühafizə etmək üçün, Allah gərək Öz iradəsini onlara hər dəfə zorla qəbul etdirəydi. Lakin bu, azadlıq verməməyə bərabər olardı.

Əlbəttə ki, ayrı-ayrı insanlar Allahın rəhbərliyini seçə bilərlər. Onlar bu gün yaşayan insanlara dair Allahın iradəsini öyrənə və mümkün qədər ona dəqiqliklə riayət edə bilərlər (Məzmur 143:10). Bununla belə, onlar problemlərdən azad deyillər, belə ki, Şeytanın insanların tam müstəqilliyinə dair qaldırdığı sual hələ həll olunmayıb.

İnsanların şəxsi qərarlarının nəticəsi artıq bəşər tarixinin lap başlanğıcında özünü göstərdi. Bəşər ailəsinin ilki olan Qabil öz qardaşı Habili öldürdü, ona görə ki, “onun əməlləri pis, qardaşının əməlləri isə saleh idi” (1 Yəhya 3:12). Qabilin hərəkətlərində Allahın iradəsi əks olunmurdu, buna görə Allah onu xəbərdar etdi, sonra isə cəzalandırdı (Təkvin 4:3-12). Qabil Şeytan tərəfindən təklif olunan mə’nəvi müstəqilliyi seçdi, çünki o, “şərirdən” idi. Başqaları da onun kimi etdilər.

1 500 ildən artıq vaxt keçdikdən sonra “Allahın önündə yer üzü pozulmuşdu və yer üzü zorakılıqla dolmuşdu” (Təkvin 6:11). Yer üzünü pozğunluqdan yalnız qəti addımlar xilas edə bilərdi. Buna görə də, Allah yer üzünə Ümumdünya tufanı göndərdi və o zaman yaşayan yeganə saleh ailəni — Nuhu, onun arvadını, oğullarını və onların arvadlarını xilas etdi (Təkvin 7:1). Biz hamımız onların nəsliyik.

Bəşər tarixi boyu Allah Onun iradəsini bilməyi ürəkdən arzu edənlərə rəhbərlik verir. O, sadiq kişiləri təşviq etdi ki, Allahın rəhbərliyini axtaranların hamısı üçün Onun sözlərini yazsınlar. Bu sözləri Müqəddəs Kitabda tapmaq olar (2 Timoteyə 3:16). Allah məhəbbət göstərərək sədaqətli insanlara Onunla münasibət yaratmağa, hətta Onun dostu olmağa yol vermişdi (İşaya 41:8). Və Allah, min illərlə davam edən müstəqillik ərzində bəşəriyyəti parçalayan problemlərin öhdəsindən gələ bilmələri üçün onlara qüvvə vermişdir (Məzmur 46:1; Filipililərə 4:13). Məgər bu bizdə Allaha qarşı minnətdarlıq hissini oyatmalı deyilmi?

Hər şeydə “Sənin iradən olsun”

Allahın indiyə qədər gördüyü işlər Onun iradəsinin tam təzahürü deyil. Məsihçi həvari Peter yazmışdır: “Biz Onun və’dinə görə yeni göylər və yeni yer gözləyirik ki, onlarda salehlik ömür sürür” (2 Peter 3:13). Bu ayədə məcazi dillə, insanları idarə edəcək yeni hökumətdən və bu hökumətin dövründə mövcud olacaq yeni insan cəmiyyətindən danışılır.

Daniel peyğəmbər sadə dildə yazmışdır: “O padşahların günlərində göylərin Allahı əbədiyyən dağılmayacaq bir padşahlıq quracaq... bu padşahlıqların hamısını o parçalayacaq və məhv edəcək, özü isə əbədiyyən duracaq” (Daniel 2:44). Bu peyğəmbərlik indiki tutarsız sistemin sonundan və onun yerinə Allahın Padşahlığının, yə’ni hökumətinin gələcəyindən xəbər verir. Necə də xoş xəbərdir! Bugünkü dünyanı qəddarlıqla dolduran və yer üzünü yenidən pozmaq təhlükəsi yaradan münaqişələr və xüdbinlik arxada qalacaqdır.

Bütün bunlar nə zaman baş verəcək? İsanın şagirdləri ondan soruşdular: “Bu dediklərin nə zaman olacaq? Sənin gəlişinə və dövrün sonuna əlamət nə olacaq?” İsa cavabında dedi: “Padşahlıq haqqında olan bu Müjdə millətlərin hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir” (Matta 24:3, 14, İ–93).

Yaxşı mə’lumdur ki, bu gün bütün dünyada belə bir təbliğ işi aparılır. Ehtimal ki, sizin yaşadığınız ərazidə də təbliğ işi aparıldığına diqqət yetirmisiniz. “Onlar da inanırlar” kitabında professor Çarlz Braden yazır: “Yehovanın Şahidləri öz şahidlikləri ilə sözün əsl mə’nasında bütün yer üzünü əhatə ediblər. ...Dünyada elə bir dini qrup tapılmaz ki, Padşahlıq haqqındakı xoş xəbərin yayılmasında Yehovanın Şahidlərindən artıq sə’y və səbat göstərsinlər” (“These Also Believe”). Şahidlər xoş xəbəri 230-dan çox ölkə və ərazilərdə, təxminən 400 dildə fəal surətdə təbliğ edirlər. Bu iş heç vaxt bu qədər geniş vüs’ət almamışdır. Bu, Padşahlığın insan hökumətlərini əvəz edəcəyi vaxtın yaxınlaşdığına dair olan sübutlardan biridir.

Təbliğ olunacaq Padşahlıq, İsanın dediyi kimi, nümunəvi duada bizə haqqında dua etməyi öyrətdiyi elə həmin Padşahlıqdır: “Padşahlığın gəlsin; göydə olduğu kimi, yerdə də Sənin iradən olsun” (Matta 6:10, İ–93). Bəli, bu Padşahlığın vasitəsilə Allah bəşəriyyətə və yer üzünə dair niyyətlərini və iradəsini həyata keçirəcəkdir.

Bu nə deməkdir? Qoy bu suala Vəhy 21:3, 4 ayələri cavab versin: “Göydən gələn yüksək bir səs eşitdim. Deyirdi: “Budur, Allahın məskəni insanlarla bərabərdir və O, onlarla bərabər yaşayacaqdır. Onlar Onun xalqı olacaq və Allahın Özü onlarla olacaqdır. Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi”. O zaman Allahın iradəsi əsl mə’nada həm yerdə, həm də göydə — hər şeydə yerinə yetəcəkdira. Siz bütün bunları görmək istəməzdinizmi?

[Haşiyə]

a Əgər siz Allahın Padşahlığı haqqında daha çox bilmək istəyirsinizsə, zəhmət olmasa, yaxınlıqda yaşayan Yehovanın Şahidlərindən birinə müraciət edin və ya 2-ci səhifədə göstərilən ünvanlardan birinə yazın.

[5-ci səhifədəki şəkil]

Allahın iradəsindən asılı olmamaq iztirablar gətirdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş