Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Allahın bizimlə bağlı niyyəti nədir?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
    • Dərs 25. Yerin kosmosdan görünüşü.

      DƏRS 25

      Allahın bizimlə bağlı niyyəti nədir?

      Müqəddəs Kitabda deyilir ki, insanın «ömrü gödəkdir, əzab-əziyyətlə doludur» (Əyyub 14:1). Doğrudanmı, Allah bizim belə yaşamağımızı istəyir? Müqəddəs Kitabdan öyrənirik ki, bu heç də belə deyil. Bəs onda Allahın bizimlə bağlı niyyəti nədir? Onun niyyəti nə vaxtsa həyata keçəcək? Gəlin bu sualların cavabını Müqəddəs Kitabdan tapaq.

      1. Yehova bizə necə bir həyat arzu edir?

      Yehova bizim xoşbəxt yaşamağımızı istəyir. O, ilk insanları, Adəmlə Həvvanı cənnətdə, Ədən adlı gözəl bağda yaratmışdı. Müqəddəs Kitabda deyilir: «Sonra Allah onlara xeyir-dua verərək dedi: “Törəyib çoxalın, bütün yer üzünü doldurun və ona sahib olun”» (Yaradılış 1:28). Yehova istəyirdi ki, Adəmlə Həvvanın övladları olsun, onlar bütün yer üzünü cənnətə çevirsinlər və heyvanların qeydinə qalsınlar. Allahın niyyəti o idi ki, insanlar əbədiyyən xoşbəxt və sağlam yaşasınlar.

      Düzdür, biz bu gün belə yaşamırıqa. Amma Allahın niyyəti dəyişməyib (Əşiya 46:10, 11). O hələ də istəyir ki, itaətkar insanlar əbədiyyən firavan yaşasınlar. (Vəhy 21:3, 4 ayələrini oxuyun.)

      2. Bu gün mənalı həyat sürmək üçün nə edə bilərik?

      Bizim Allahı tanımağa, Ona ibadət etməyə ehtiyacımız var. Çünki O bizi belə yaradıb. (Mətta 5:3—6 ayələrini oxuyun.) Yehova istəyir ki, biz Onunla dost olaq, yəni Onun yolu ilə gedək, Onu sevək, bütün qəlbimizlə Ona xidmət edək (Qanunun təkrarı 10:12; Zəbur 25:14). Bu cür yaşayanda problemlərə baxmayaraq, xoşbəxt oluruq. Yehovaya ibadət etmək həyatımızı mənalı edir, çünki bununla biz Allahı razı salırıq.

      D Ə R İ N L İ Y Ə  V A R I N

      Görün Yehova Yer kürəsini necə böyük məhəbbətlə yaradıb və Onun Kəlamında həyatın mənası barədə nə deyilir.

      Adəmlə Həvva bitkilərlə örtülü, heyvanların olduğu gözəl bağa tamaşa edirlər.

      3. Yehovanın insanlarla bağlı gözəl niyyəti var

      VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

      VİDEO: «Allah Yer kürəsini nəyə görə yaradıb?» Fraqment (1:41)

      • Allah nəyə görə Yer kürəsini belə ecazkar yaradıb?

      Vaiz 3:11 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

      • Bu ayədən Yehovanın insanlarla bağlı niyyəti barədə nə öyrənirsiniz?

      4. Yehovanın niyyəti dəyişməyib

      Zəbur 37:11, 29 və Əşiya 55:11 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:

      • Haradan bilirik ki, Yehovanın insanlarla bağlı niyyəti dəyişməyib?

      A) Yararsız vəziyyətdə olan bir ev. Dam örtüyü dağılıb, pəncərələr sınıb və həyət zibil ilə doludur. B) Həmin ev gözəl və səliqəli şəkildə bərpa edilib, həyəti abadlaşdırılıb.

      Uçuq-sökük evi yenidən təmir etmək mümkündür. İnsanların tələf etdiyi Yer kürəsini də Allah mömin bəndələri üçün bərpa edəcək

      5. Yehovaya ibadət etmək həyatımızı mənalı edir

      Həyatın mənasını bilmək bizə xoşbəxtlik gətirir. VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

      VİDEO: «Həyatın mənasının nə olduğunu öyrəndim» (5:03)

      • Həyatın mənasını bilmək Teruminin həyatına necə rəng qatdı?

      Vaiz 12:13 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

      • Yehovanın etdiyi yaxşılıqların müqabilində biz nə etməyə borcluyuq?

      BƏZİ İNSANLAR SORUŞUR: «İnsan bu dünyaya niyə gəlib?»

      • Siz necə cavab verərdiniz?

      İCMAL

      Yehova istəyir ki, biz yer üzündə əbədiyyən firavan yaşayaq. Yehovaya bütün qəlbimizlə ibadət etmək həyatımızı mənalı edir.

      Təkrar

      • Yehovanın Adəmlə Həvvanı yaratmaqda məqsədi nə idi?

      • Haradan bilirik ki, Yehovanın insanlarla bağlı niyyəti dəyişməyib?

      • Həyatın mənasını necə tapmaq olar?

      Məqsəd

      Ə L A V Ə  M Ə L U M A T

      Ədən bağının mövcud olduğuna hansı sübutlar var?

      «Eden bağı. Əfsanədir, yoxsa həqiqət?» («Gözətçi qülləsi», yanvar—mart 2011)

      Nəyə görə əmin ola bilərik ki, Yer kürəsi əbədiyyən qalacaq?

      «Yer kürəsi dağılacaq?» (internet məqaləsi)

      Müqəddəs Kitabda həyatın mənası barədə nə deyilir?

      «Həyatın mənası nədədir?» (internet məqaləsi)

      Görün heç nədən korluq çəkməyən bir insanın həyatında nə çatışmırdı.

      «İndi həyatımda məna var» (3:55)

      a Növbəti dərsdə bunun səbəbini öyrənəcəksiniz.

  • Allahın Padşahlığı
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
    • 2. Padşahlıqda Məsihlə birgə kimlər hakimiyyət sürür?

      İsa Padşahlıqda tək hakimiyyət sürmür. «Hər tayfaya, hər dilə, xalqa və ümmətə mənsub olan» insanlar onunla birlikdə «yer üzərində padşahlıq edəcəklər» (Vəhy 5:9, 10). Onlar neçə nəfər olacaq? İsa yer üzündə yaşayan vaxtdan bu yana milyonlarla insan onun davamçısı olub. Amma onların hamısı göyə qalxıb onunla birgə hakimiyyət sürməyəcək. Yalnız 144 000 davamçısı Məsihlə birgə padşahlıq edəcək. (Vəhy 14:1—4 ayələrini oxuyun.) Qalan məsihilər isə yer üzündə Allahın Padşahlığının vətəndaşları olacaq (Zəbur 37:29).

  • Allahın Padşahlığının görəcəyi işlər
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
    • Allahın Padşahlığının görəcəyi işlər

      Allahın Padşahlığı artıq göydə hakimiyyət sürür. Bu Padşahlıq tezliklə yer üzərində də hakimiyyət sürəcək və burada köklü dəyişikliklər edəcək. Bu fəsildə görəcəksiniz ki, Padşahlığın hakimiyyəti altında yaşayanda hansı nemətləri alacaqsınız.

      1. Allahın Padşahlığı yer üzündə sülhü və ədaləti necə bərqərar edəcək?

      Allahın Padşahlığının Padşahı İsa Məsih Armageddon müharibəsində şər insanları, o cümlədən bu dünyadakı hökumətləri məhv edəcək (Vəhy 16:14, 16). Onda Müqəddəs Kitabdakı növbəti vəd tam şəkildə gerçəkləşəcək: «Az qalıb! Artıq pis adam olmayacaq» (Zəbur 37:10). İsa Padşahlıq vasitəsilə bütün yer üzündə sülhü və ədaləti bərqərar edəcək. (Əşiya 11:4 ayəsini oxuyun.)

      2. Yer üzündə Allahın iradəsi yerinə yetəndə həyat necə olacaq?

      Allahın Padşahlığı dünyanı idarə edəndə «salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar» (Zəbur 37:29). Təsəvvür edirsiniz, belə bir dünyada yaşamaq necə gözəl olacaq! Dünyada yalnız saleh insanlar yaşayacaq, hər kəs Yehovanı və bir-birini sevəcək. Heç kəs xəstələnməyəcək, hamı əbədi yaşayacaq.

      3. Şər insanlar məhv olandan sonra Allahın Padşahlığı hansı işləri həyata keçirəcək?

      Şər insanlar məhv olandan sonra İsa 1000 il hakimiyyət sürəcək. Bu dövr ərzində İsa və onunla hakimiyyət sürən 144 000 nəfər bütün insanları kamilləşdirəcək. Bu dövrün tamamında bütün Yer kürəsi cənnətə dönəcək. Orada Yehovanın qanunlarına itaət edən xoşbəxt insanlar yaşayacaq. Sonra İsa hakimiyyəti Atasına, Yehovaya qaytaracaq. Yehovanın adı heç vaxt olmadığı qədər müqəddəs tutulacaq (Mətta 6:9, 10). Artıq sübuta yetiriləcək ki, Yehova bəndələrinin qeydinə qalan yaxşı Hökmdardır. O zaman Yehova Şeytanı, cinləri və hakimiyyətinə qarşı çıxan hər kəsi məhv edəcək (Vəhy 20:7—10). Allahın Padşahlığının bərqərar etdiyi mükəmməl həyat əbədi sürəcək.

      D Ə R İ N L İ Y Ə  V A R I N

      Görün nəyə görə əmin ola bilərik ki, Allah gələcəklə bağlı bütün vədlərini Padşahlıq vasitəsilə yerinə yetirəcək.

      4. Allahın Padşahlığı bu dünyadakı hökumətlərə son qoyacaq

      «Bütün dövrlərdə insanın insana ağalıq etməsi insanın zərərinə olub» (Vaiz 8:9). Yehova insan hakimiyyətinin vurduğu ziyanı Padşahlıq vasitəsilə aradan qaldıracaq.

      Dənyal 2:44 və 2 Salonikililərə 1:6—8 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

      • Yehova Allah və İsa Məsih insan hökumətlərinə və onların tərəfdaşlarına nə edəcək?

      • Yehova və İsa haqqında öyrəndikləriniz sizi necə əmin edir ki, onların bu hökmü ədalətli olacaq?

      İsa Padşah kimi göydən yer üzü cənnəti idarə edir.

      5. İsa mükəmməl Padşahdır

      Allahın Padşahlığının Padşahı olan İsa yer üzündə yaşayan insanların rifahı üçün çoxlu işlər görəcək. VİDEOYA baxın. Görün İsa necə göstərmişdi ki, insanlara kömək etmək istəyir və Allahın verdiyi qüvvə ilə bunu etməyə qadirdir.

      VİDEO: «İsa Padşahlığın edəcəyi işləri göstərmişdi» (1:13)

      İsa Məsih yer üzündə olanda Padşahlığın nələr edəcəyini əyani şəkildə göstərmişdi. Növbəti nemətlərdən hansını daha çox gözləyirsiniz? Həmin nemətlərin qarşısındakı ayələri oxuyun.

      İSA YER ÜZÜNDƏ OLANDA...

      İSA GÖYDƏN YERİ İDARƏ EDƏNDƏ...

      • təbiət qüvvələrini ram edirdi (Mark 4:36—41).

      • Yer kürəsinə vurulmuş bütün zərəri aradan qaldıracaq (Əşiya 35:1, 2).

      • möcüzə göstərərək minlərlə insanı doyurdu (Mətta 14:17—21).

      • aclığa son qoyacaq (Zəbur 72:16).

      • xəstələrə şəfa verirdi (Luka 18:35—43).

      • hamıya mükəmməl sağlamlıq bəxş edəcək (Əşiya 33:24).

      • ölüləri dirildirdi (Luka 8:49—55).

      • ölüləri dirildəcək və ölümü yox edəcək (Vəhy 21:3, 4).

      6. Allahın Padşahlığının hakimiyyəti altında həyat gözəl olacaq

      Padşahlıq Yehovanın insanlarla bağlı ilk niyyətini tamlığı ilə gerçəkləşdirəcək. İnsanlar cənnətə çevrilmiş yer üzündə əbədi yaşayacaq. VİDEOYA baxın və görün Yehova Oğlu İsa Məsih vasitəsilə niyyətini necə yerinə yetirir.

      VİDEO: «Ecazkar gələcəyə açılan pəncərə» (4:38)

      Zəbur 145:16 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

      • Yehovanın hər bir məxluqu istəyinə çatdıracağını bilmək sizdə hansı hissləri oyadır?

      BƏZİ İNSANLAR DEYİR: «Bütün insanlar birləşsə, dünyanın problemləri həll olunar».

      • Allahın Padşahlığı dünya hökumətlərinin həll edə bilmədiyi hansı problemləri həll edəcək?

      İCMAL

      Allahın Padşahlığı Allahın niyyətini həyata keçirəcək. Bütün Yer kürəsi cənnətə çevriləcək, orada yalnız Yehovaya ibadət edən saleh insanlar məskən salıb əbədi yaşayacaq.

      Təkrar

      • Allahın Padşahlığı Yehovanın adını necə müqəddəs edəcək?

      • Nəyə görə əmin ola bilərik ki, Allahın Padşahlığı Müqəddəs Kitabdakı vədləri gerçəkləşdirəcək?

      • Padşahlığın həyata keçirəcəyi işlərdən hansını görməyi daha çox arzulayırsınız?

      Məqsəd

      Ə L A V Ə  M Ə L U M A T

      Armageddon nə deməkdir?

      «Armageddon müharibəsi nədir?» (internet məqaləsi)

      İsa Məsihin «böyük müsibət» adlandırdığı dövrdə baş verəcək hadisələr barədə oxuyun (Mətta 24:21).

      «Böyük müsibət nədir?» (internet məqaləsi)

      Videoya baxaraq ailənizlə birgə Cənnətdəki həyatı təsəvvürünüzdə canlandırın.

      «Özünü cənnətdə təsəvvür et» (1:50)

      «Bir çox sual mənə rahatlıq vermirdi» məqaləsini oxuyun və görün siyasi üsyankar axtardığı cavabı necə tapdı.

      «Müqəddəs Kitab həyatları dəyişir» («Gözətçi qülləsi», yanvar—mart 2012)

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş