Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 141
  • Yer kürəsi dağılacaq?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yer kürəsi dağılacaq?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Kitabın cavabı
  • Yeri insanlar tələf edəcək?
  • Müqəddəs Kitabda Yer kürəsinin yanıb kül olacağı deyilir?
  • Dünyanın sonuna az qalıb?
    Gözətçi qülləsi (kütləvi) 2021
  • Planetimizi kim xilas edəcək?
    Əlavə mövzular
  • Allahın Yer kürəsinə dair niyyəti nədir?
    Allah bizdən nə tələb edir?
  • Dünyanın sonundan qorxmalıyıqmı?
    Gözətçi qülləsi 2013
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 141
Yer kürəsi parçalara ayrılıb

Yer kürəsi dağılacaq?

Müqəddəs Kitabın cavabı

Yer kürəsi nə dağılacaq, nə yanıb külə dönəcək, nə də başqa yerlə əvəz olunacaq. Müqəddəs Kitabda deyilir ki, Allah Yer kürəsini əbədi yaşayış üçün yaradıb.

  • «Salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar» (Zəbur 37:29).

  • «[Allah] Yeri möhkəm təməllər üzərində [qurub], heç vaxt yerindən tərpənməz» (Zəbur 104:5).

  • «Yer əbədi durur» (Vaiz 1:4).

  • «Yerə quruluş verən, onu möhkəm təməl üstdə quran Xaliq, onu boş yerə deyil, yaşayış üçün [yaradıb]» (Əşiya 45:18).

Yeri insanlar tələf edəcək?

Allah izin verməyəcək ki, insanlar Yeri tullantılarla, müharibələrlə və bu kimi başqa şeylərlə məhv etsin. Əksinə, O, «yeri tələf edənləri tələf» edəcək (Vəhy 11:18). Bəs Allah bunu necə edəcək?

Allah Yeri qorumaq iqtidarında olmayan insan hökumətlərini səmavi Padşahlıqla əvəz edəcək (Dənyal 2:44; Mətta 6:9, 10). Bu Padşahlığı Allahın Oğlu İsa Məsih idarə edəcək (Əşiya 9:6, 7). İsa yer üzündə olanda təbii qüvvələr üzərində möcüzəvi gücünü göstərmişdi (Mark 4:35—41). Allahın Padşahlığının Padşahı kimi İsa Məsih bütün yer üzünü və təbiət qüvvələrini idarə edəcək. O, yer üzündəki şəraiti yenidən quracaq və yeniləşdirəcək. Hər şey Ədən bağındakı kimi gözəl olacaq (Mətta 19:28; Luka 23:43).

Müqəddəs Kitabda Yer kürəsinin yanıb kül olacağı deyilir?

Xeyr. Bu fikir 2 Butrus 3:7 ayəsinin yanlış başa düşülməsindən qaynaqlanır. Orada deyilir: «İndiki göylər və yer... hökm gününün alovu üçün saxlanılır». Gəlin bu sözlərin mənasını başa düşməyə kömək edəcək iki vacib məqama toxunaq.

  1. Müqəddəs Kitabda istifadə olunan «göylər», «yer» və «alov» sözləri birdən daha çox şeyə aid edilir. Məsələn, Yaradılış 11:1 ayəsində deyilir: «Bütün yer üzündə bir dildə [danışırdılar]». Burada «yer» sözü insan cəmiyyətinə aid edilir.

  2. 2 Butrus 3:7 ayəsinin kontekstindən «göylər», «yer» və «alov» sözlərinin hansı mənada işləndiyi aydın görünür. 5 və 6-cı ayələrdə dünyanın sonu Nuhun dövründə baş verən Daşqınla müqayisə edilir. Bu Daşqın nəticəsində, qədim dünya məhv edildi, amma planetimiz yox olmadı. Daşqın zorakılıqla dolu olan insan cəmiyyətini, yəni «yeri» yuyub apardı (Yaradılış 6:11). Həmçinin bu Daşqın «göy»ü, yəni həmin cəmiyyətə ağalıq edən adamları məhv etdi. Deməli, planetimiz yox, pis insanlar məhv oldu. Nuh və onun ailəsi bu məhvdən xilas oldu və Daşqından sonra yer üzündə məskunlaşdı (Yaradılış 8:15—18).

Eynilə, 2 Butrus 3:7 ayəsində yazılan «alov», yəni məhv planetimizin yox, pis insan cəmiyyətinin sonudur. Müqəddəs Kitabda deyilir ki, Allah «yeni bir göy və yeni yer» vəd edir, «orada salehlik məskunlaşacaq» (2 Butrus 3:13). «Yeni göy», yəni Allahın Padşahlığı «yeni yeri», yəni insan cəmiyyətini idarə edəcək. Padşahlığın idarəsi altında yer üzü sülhün hökm sürdüyü cənnətə çevriləcək (Vəhy 21:1—4).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş